Azərbaycan İdeyası

QARA MƏNİ BASINCA... – TELEVIZIYA EFIRINDƏN MƏHKƏMƏYƏ VƏ QOHUMLARINA TƏZYIQ VASITƏSI KIMI ISTIFADƏ ETMƏYƏ CƏHD EDƏN QADIN QARDAŞI TƏRƏFINDƏN IFŞA OLUNDU

Tarix:17-12-2020, 13:15
Baxış Sayı:434


“Korrupsiya və Qanun” qəzetinin internet səhifəsi olan “Korrupsiya-q.az” saytında dərc olunmuş 07.10.2020-ci il tarixli “ŞABRAN POLİSİ QOHUMLAR ARASINDAKI MÜNAQİŞƏDƏ TƏRƏF TUTUR?” sərlövhəli məqalə oxucular tərəfindən yetərincə maraqla qarşılanıb. Təxminimizə görə ilk reaksiya Şabran polisindən gəlməliydi, çünki yazının başlığında məhz daxili işlər orqanının adı çəkilirdi. Amma...
Şabran şəhəri, Üçsot qəsəbəsi, Bakıxanov küçəsi, ev – 1 ünvanda qeydiyyatda olan və yaşayan Əliyarova Sevinc Adgözəl qızının “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciətin əsasında hazırlanan həmin məqaləyə barəsində şikayət etdiyi qohumu – mərhum qardaşının arvadı Nağıyeva Fəridə Əli qızı etirazını bildirmişdir. F.Nağıyeva redaksiyamıza özünün və anası Reyhan Nağıyevanın imzası ilə eyni xətlə yazılmış iki məktub göndərərək sözügedən məqalə dərc olunmazdan əvvəl niyə onların mövqeyini öyrənmədiyimizi soruşur. Bildirdikləri mövqe isə S.Əliyarovaya yönəlik qarşılıqlı, heç bir sənədə-sübuta söykənməyən ittihamlardan ibarətdir.
Məsələ burasındadır ki, S.Əliyarovanı və qardaşı Adgözəlov Yanvar Adgözəl oğlunu 2019-cu ilin sentyabr ayında onlardan 10 baş xırdabuynuzlu heyvanı nisyə almaqda və pulunu ödəməməkdə ittiham edən Nağıyevalar redaksiyaya yazdıqları məktublarında iddia etdikləri 1650 manat borcu (1250 manat əsas borc və 360 manat əlavəsi) təsdiqləyən hansısa alqı-satqı müqaviləsinə, notariat sənədinə istinad etməmişlər. Üstəlik iddia edirlər ki, heyvanları Reyhan Nağıyeva üçün əlil arabası almaq məqsədilə satıbmışlar, heyvanlar onlarda qalsaydı, artıb 15 baş ola bilərdi.
Sual olunur: Əgər Nağıyevaların heyvanları satmaq fikirləri qəti idisə, vicdanlı ödəyici hesab etmədikləri qohumlarına deyil, başqa bir etibarlı müştəriyə satacaqdılarsa, heyvanlar necə artacaqdı? Yaxud, heyvanları satın alan adamın onları bəsləyib artırmasının Nağıyevalara nə faydası olacaqdı?
Mübahisəyə Şabran rayon məhkəməsi aydınlıq gətirmişdir. Məhkəmənin 27.10.2020-ci il tarixli 2(031)-695/2020 saylı iş üzrə qətnaməsi ilə iddiaçı Nağıyeva Reyhan Əlibala qızının nümayəndəsi kimi çıxış edən Nağıyeva Fəridə Əli qızının cavabdehlər Adgözəlov Yanvar Adgözəl oğluna və Əliyarova Sevinc Adgözəl qızına qarşı irəli sürdüyü pul və ziyan tələbi ortada sübut olmadığına görə təmin olunmamışdır. Şahid kimi dindirilən şəxslər də qohumlar arasında qoyun alveri barədə heç nə bilmədiklərini söyləmişlər. Ən mühüm xüsusat isə bu olmuşdur ki, şahid qismində dindirilən Qasımova Məlahət Beydulla qızı Fəridə Nağıyevanın onu cavabdehlərin əleyhinə yalandan ifadə verməsi üçün təzyiq göstərdiyini etiraf etmişdir. Təkcə bu fakt cavabdehlərə hüquqi əsas verir ki, iddiaçılara qarşı onları böhtan maddəsi ilə əks iddia qaldırsınlar. Yeri gəlmişkən, məlum məhkəmə qətnaməsində işə əlavə edilmiş 24 iyun 2020-ci il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərar barədə də xatırlatma verilib və bildirilib ki, Nağıyeva Fəridə əli qızının, Nağıyeva Reyhan Əlibala qızının və Əliyarova Sevinc Adgözəl qızının 102 məlumatları ilə əlaqədar toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Belə çıxır ki, indi – Nağıyevaların şahid olması üçün Məlahət Qasımovaya təzyiq göstərmələri faktı təsdiqlənəndən sonra 24 iyun 2020-ci il tarixli qərar da təzədən nəzərdən keçirilməli, materiallar yenidən öyrənilməlidir.
Onu da qeyd edək ki, bu mövzuda yazılan birinci məqalə dərc olunandan sonra redaksiyanın votsap nömrəsinə münaqişəli qohumlaqrı tanıyan Şabranlı oxuculardan xeyli mesajlar daxil olmuşdur. Bildirilər ki, onlar S.Əliyarovanı vicdanlı, ləyaqətli qadın kimi tanıyırlar, F.Nağıyeva barəsində səslənən tənqidi fikirlər isə yumşaq ifadə olunub.
Bu arada “qara məni basınca qoy qaranı mən basım” prinsipi ilə hərəkət edən F.Nağıyeva səsini ucadan eşitdirmək üçün özünə daha yüksək tribuna axtararaq “Space” telekanalının efirinə çıxmış, 12.11.2020-ci il tarixdə “Gəl dərdini danış” verilişində iştirak etmişdir. Verilişdə o, doğma qardaşlarına qarşı ittihamlar səsləndirmişdir ki, guya onlar onu ata evindən qovub çıxarmaq istəyirlər. Həmçinin bildirmişdir ki, qardaşları onu evdən ötrü baxış iclası 17 noyabrda baş tutacaq məhkəməyə vermişlər. Birbaşa telefon bağlantısı ilə verilişə qoşulan qardaşı Baba Nağıyev Fəridənin və oğlu Adgözəlov Vüsalın barəsində ictimai rəyin yaxşı olmadığını, onların qohum-əqrəba ilə münasibətlərində və məşğul olduqları mal-qara alverində dürüst olmadıqlarını, insanları aldatdıqlarını, şərlədiklərini, cammatın qızını alıb gəlin kimi saxlamadıqlarını, cəmiyyətə yararsız olduqlarını bildirmişdir. Maraqlıdır ki, eynən bizim kimi həmkarımız – telekanalın aparıcısı da Fəridənin söylədiklərinə şübhə ilə yanaşdığını gizlətməmiş, həmsöhbətlərinə “Baba bəy, belə çıxır ki, bunların əxlaqlarında problem var?”, “Fəridə xanım, inciməyin, belə başa düşürəm ki, siz bütün Şabranı almaq istəyirsiniz...”- deyə suallar vermişdir. Lakin təəssüf ki, təcrübəli vəkilin də iştirak etdiyi həmin verilişdə Fəridə Nağıyevaya KİV-in tribunasından məhkəməyə təzyiq vasitəsi kimi istifadə etməsi irad tutulmamışdır.

Mövzuya qayıdacağıq.
Xuraman Əhlimanqızı

OXŞAR XƏBƏRLƏR
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür