QƏBƏLƏDƏ ƏMLAKI QƏSB OLUNAN AİLƏ ÖLKƏ BAŞÇISINA ÜZ TUTDU: “ÖZÜMÜZÜ YANDIRACAĞIQ”
Sadiq oxucularımız bəlkə də xatırlayarlar, “Korrupsiya və Qanun” qəzetinin ötən 2020-ci ildəki 15 dekabr tarixli son (sayca 80-ci) nəşrində “Öz bacılarının haqqını həyasızcasına yeməkdən çəkinməyiblər” sərlövhəli məqalə dərc olunmuşdu. Həmin məqalədə söhbət Qəbələ rayonunun Bum qəsəbəsində vəzifəli şəxslərin dövlət aktları ilə təsdiq olunmuş torpaq sahələrinin xəritəsini dəyişdirmələrindən və Rəşidovlar ailəsiinin əmlakına əl qoyulmasına şərait yaratmalarından gedirdi.
Bu dəfə qəsəbə sakinləri Rəşidov Məhəmməd Cəlal oğlu və həyat yoldaşı Rəşidova Qəribə Tapdıq qızının “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciəti və həmin müraciətə qoşma etdikləri sənədlərin təhlli əsasında hazırlanmış həmin məqalə rəsmi məktubumuza əlavə edilərək tərəfimizdən Ədliyyə Nazirliyinə göndərilmiş, ehtiva olunan məsələlərə münasibət bildirilməsi xahiş olunmuşdu. Nazirlikdən redaksiyamıza göndərilmiş 29 yanvar 2021-ci il tarixli 04/11-1033 saylı cavab məktubundan elə təəssürat yaranır ki, sanki artıq mübahisə Rəşidovların xeyrinə həll olunub. Sitat: “Müəyyən edilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 09.04.2019-cu il tarixli qətnaməsinə əsasən Tərlan, Fərhad Eyyubovlar və Eynulla Məmmədov torpağa mülkiyyət hüququna dair JN-1048, 40600038 saylı dövlət aktına əsasən Məhəmməd Rəşidovun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalı və həmin sahədə hər hansı işlərin görülməsi qadağan edilməlidir. İcra sənədi Qəbələ rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və orada qanunamüvafiq qaydada icraata başlanılaraq borclulara müvafiq bildiriş göndərilmişdir. Tələb könüllü təmin edilmədiyindən, məcburi icra tədbirlərinin həyata keçirilməsinə başlanılaraq təyin edilmiş icra prosesi zamanı işə cəlb edilmiş mütəxəssis tərəfindən məhkəmə qərarında göstərilən torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilərək borclular həmin ərazidən çıxarılmış, habelə onlara həmin sahədə hər hansı işlərin görülməsi qadağan edilərək sözügedən torpaq sahəsi M.Rəşidova təhvil verilmiş və icra məmurunun 19.03.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir...”
Amma Rəşidovlar bu qənaətdədirlər ki, qarşı tərəfin maraqlarını təmin etməyə köklənmiş vəzifəli şəxslər qərarın icrasından qanunsuz yayınaraq yerin qanunsuz dəyişdirilməsi üçün vaxt uzadırlar.
Rəşidovlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikası Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova, Azərbaycan Respublikası İnsan Hüquqlarınınm Müdafiəsi üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Naziri cənab Əli Nağıyevə ünvanladıqları 02 aprel 2021-ci il tarixli ərizə formalı müraciətin bir surətini “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına da göndərərək ictimailəşdirilməsini xahiş etmişlər. Ərizəni təqdim edirik:
“Cənab Prezident!
Ümid yerimiz Siz olduğunuz üçün yenə də Sizə müraciət edirik. Xahiş edirik müraciətimizi diqqət mərkəzində saxlayasınız. Ailəmiz ölüm-qalım mübarizəsi aparır. Son qərarımızdır, özümüzü ailəli Sizin kartejinizin altına atacağıq və ya ailəli Bakı şəhərində ən mötəbər yerdə yandıracağıq. Çünki bu qədər ədalətsizlik olmaz. Statistikaya görə son 52 gündə 86 nəfər intihar edib. Ailəmizin başına açılan oyundan sübut olunur ki, bu da məmur özbaşınalığından irəli gəlir. 28.11.2020-ci ildə Sizə faktlarla, sübutlarla etdiyimiz müraciət Qəbələ Rayon İcra Hakimiyyətinə yönləndirildi. Bu vaxta qədər biz İcra Hakimiyyətinin qapılarında düşüb qalmışıq. İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev vətəndaşların haqlarının yox, güclülərin, pulluların arxasında durur. Əlbəttə, sübutdur. 2012-ci ildə Sizə etdiyimiz müraciətə görə bizi ailəmizə məxsus olan əraziyə apartdırıb icra nümayəndəsi Eynulla Məmmədovun və sahə müvəkkili Fəhrad Abbasovun yanında qarşı tərəfə ölümlə hədələyərək nalayiq söyüşlərlə söydürərək nəticədə hər hansı bir inzibati tədbir görülməsinə maneçilik törətmişdir. 07.07.2017-ci ildə onun qəbulunda olan vaxtı biz imdad istəmək, tapdalanmış hüquqlarımızın bərpa olunmasına kömək etməsi üçün getdiyimiz halda polisə tapşırdı ki, “bunu, yəni (məni) basın dama, onu da (yəni, yoldaşımı) atın bayıra”. Bizi polis şöbəsinə apardılar. Biz onun bu göstərişini həyata keçirmək üçün polis şöbəsində olan vaxtı bizə məlum nömrədən 051-654-97-00 tanımadığımız kəsdən zəng gəldi söyüşlə: “Siz polisdə deyilsiz, sizi orada öldürtdürəcəm!” Araşdırdıq - icra hakiminin müavini Abdulla müəllimə etdirmişdi. Zəngi (arayış var) 2017-ci ildə deputatımız Aqiyə xanım Naxçıvanlının Səbuhi Abdullayevə yönəltdiyi müraciətimiz Qəbələ Rayon İcra Hakimiyyətində “həbs olunur”. Eyni müraciətimiz Respublika Prokurorluğu tərəfindən Qəbələ rayon prokurorluğuna araşdırmaq üçün göndərilir. Araşdırılmayıb, o da “həbs olunur”. 10.08.2017-ci ildə Qəbələ rRayon Məhkəməsinə pozulmuş hüquqlarımızın hüquqi müstəvidə bərpası üçün müraciət etdik. Məhkəmədə işin gedişatına pərdəarxası maneçilik törətməyi bizə məlum oldu. Belə ki, sübutlarla təqdim olunmuş mülki iş barədə məhkəmə MPM-nin 172-ci maddəsinin tələbinə görə üç aya qərar verməli olduğu halda, 21 aya qərar verdi. Həm də məhkəmənin nümayəndəsi özü şəxsən əraziyə baxış keçirdikdən sonra qərar verildi. İcra hakimi Səbuhi Abdullayev “Azərbaycan Respublikası icra məmurları haqqında” Qanununun 5-ci maddəsinin gücündən istifadə edərək məhkəmənin sübutlarla verdiyi qərarın ağ yalanlarla saxtalaşdırıb məhkəmə günahlandırdığını mükafatlandıraraq, Azərbaycan dövləti adından çıxış edən məhkəməyə üzr istətdirmək səviyyəsinə işi çıxartdırdı. Əlbəttə, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin I bəndinə uyğun olaraq hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Bu səbəbdən də Azərbaycan Respublikasının Konstitusiyasının 129.1.2 maddəsini cavabdeh və məsul şəxslərə xatırlatmaq yerinə düşərdi. Azərbaycan Respublikasının Konstitusiyasının
129.1-ci maddəsinə görə, Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
129.2. Məhkəmənin qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Çünki məhkəmə qərarlarını icra etməmək məhkəmənin, dövlətin və seçdiklərimizin real mənada təhqiri deməkdir. Əlbəttə, bu da yolverilməzdir. Məhkəmə qərarının icra olunmaması barədə qərar icraya yönələndən sonra 4 dəfə (bu tarixlərdə: 26.09.2019; 25.11.2019; 20.02.2020; 10.05.2020.) məhkəməyə müraciət etmişik.
Hər dəfə məhkəmə təsir altında olduğu üçün bizə qeyri-qanuni istiqamətlər verib, verdiyi qərara özü cavabdeh olduğu halda, hətta bizi Şəki İqtisad Məhkəməsinə də yönləndirib. Şəki İqtisad Məhkəməsi biz düşündüyümüz kimi cavab verib ki, həmin işin davamı olduğu üçün Qəbələ Rayon Məhkəməsinə müraciət edin. Təkrar müraciətlər etmişik. Müraciətimizə baxmağa məhkəməni qoymayıblar. Ərizəmizi qanunsuz geri qaytarıb. Məhkəmə 2017-ci ildə bizə məxsus əraziyə həbs kəsdi. Cavabdehlər məhkəmə qərarını tanımadı, torpağı əkdilər. Qəbələ Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Rahib Əhmədov Bum qəsəbə icra nümayəndəsinin verdiyi arayışa əsasən “əkilməyib” deyib, məhkəməyə 44 №-li arayış təqdim etdi. Səbəb budur ki, qanunsuz sahibkar Eyyubov Fəhrad əkdiyi buğdanın satışını Qəbələ rayon Kənd Təsərrüfatının İdarəsinin hesabına həyata keçirir və məhsuldarlıq həmin təşkilatda gizlədilir. Əraziyə icra məmurları ilə baxış keçirən zaman əkilməsi sübuta yetirildi və aktı tərtib olundu (hər iki arayış var). Məhkəmə qərarını guya ki, icra etməkdən ötəri 3 dəfə bizi əraziyə apardılar. Hər dəfə icra məmuru Təbiyyət Həsənquliyevin DƏDRX-nin əməkdaşı Vasif Bədəllinin ağlasığmaz qanunsuz hərəkətlərinə yol verdi. Beləcə Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun bütün tələbləri pozuldu. Çünki onun məqsədi məhkəmə günahlandırdıqlarını mükafatlandırılmasına şərait yaratmaqdır ki, yer quruluşu xəritəsində qanunsuz dəyişiklik edilsin, günahkarlar ailəmizin əmlakı ilə qanunsuz sahibkarlıq yaratsınlar və qanunsuz sahibkarlar Eyyubov Fəhrad və Tərlan qardaşları mükafatlandırılsın. Əvəzində icra məmurunu təsir altına salan şəxslər öz haqlarını alsın.
Vasif Bədəllinin bizə verdiyi yer quruluşu xəritəsində JN-1048 kod 40600038 nömrəli ərazi çox gözəl öz əksini tapır. Baxmayaraq ki, əraziyə cavabdehlər gətirilmir və bizim ünvanımıza böhtan atılır ki, guya bizə məxsus ərazini başqa yerdə göstəririk. Bu da sübut edir ki, Vasif Bədəlli və Təbiyyət Həsənquliyev qərarın icrasından qanunsuz yayınaraq yerin qanunsuz dəyişdirilməsi üçün vaxt uzadırlar. İcra məmuru hər hansı bir qərarın icrası barədə tərtib olunmuş aktları və aparılmış çəkilişlərin surətini çıxarmağa bizə imkan verməmişdir. Çünki icra zamanı aparılan çəkiliş və aldadıcı, yalançı tərtib olunmuş aktlar ərazinin dəyişdirilməsini sübut edir. Məhkəmə qərarı icraya yönəldikdən sonra Eyyubov Fəhrad bizə məxsus olan ərazini əkməyib saxladı. Bu il isə xəritə üzrə bizə məxsus ərazini yox, yerin 25 hektar cənubunda yer saxlayıb soruşduğumuz zaman bizə dedi ki, yer indi belə bölünüb. Sübut üçün əraziyə baxış keçirmək daha doğrudur. Bu da ərazinin real xəritəsinin məhkəmə qərarından sonra qanunsuz dəyişdirilərək cənubda olan 16 hektar torpaq sahəsinin yerin şimalına keçirilərək qanunsuz 140 minə satılmasına sübutdur. Əlbəttə, icra məmuru Təbiyyət Həsənquliyevin bu himayəsi, özbaşına qanunsuz hərəkətlərini icra idarəsinin əməkdaşları və icra idarəsinin rəisi İlyas Babayev himayə etmək üçün ailəmizi maddi, mənəvi və psixoloji təzyiq altında saxlamaq üçün Azərbaycan Respublikasının Konstitusiyasının 64-cü maddəsinin tələblərinə görə heç kəs bir cinayətə görə təkrar məhkum edilə bilməz. Bu qanunun da tələbləri Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin rəhbərliyi tərəfindən təhqiramiz formada pozularaq ailəmizi təzyiq altında saxlamaq üçün bir böyrəyi olmayan, özü talassemiya xəstəsi övladəməz R\şidov Nurməhəmmədə mənəvi, psixoloji və maddi ziyan vurmaq üçün çəkdiyi cəzaya görə təkrar cəzalandırılacağı barədə Qəbələ rayon icra probasiya şöbəsinin icra məmuru, II dərəcəli ədliyyə qulluqçusu Ramin İbadov, şöbə rəisi İlyas Babayevin qanunsuz tapşırığı ilə 06.11.20-ci ildə xəbərdarlıq ünvanlamışdır ki, “05.06.2017-ci il tarixli icra sənədinə əsasən Sizdən 200 manat məbləğində cərimə tutularaq dövlət nəfinə ödənilməlidir”. İlyas Babayev 04.07.2019-cu ildə həmin qərarın icrasını təmin etmək üçün övladımızın dövlət tərəfindən aldığı 110 manat sosial müavinətin qansızcasına 50%-nin tutularaq dövlət nəfinə ödənilməsinin təmin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna №340215 nömrəli məktubla müraciət etmişdir. Halbuki, verilmiş müavinət onun yaşaması üçün lazım olan tibbi preparatların alınmasını ödəmir. 30% yönəltsəydi, yenə də düşünmək olardı ki, 70% ilə doğrudur. 70 manatla yaşamaq mümkün olmasa da, köməkçilərin sayəsində yaşamaq olardı. Deməli, bir ailənin işğal etməkdən ötəri söndürülməsi üçün verilmiş qərardır. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 17 –ci maddəsinin I bəndinin tələblərinə qəsd deməkdir. Müraciət təmin olunması barədə Qəbələ rayon DSMF-nin 14 saylı Regional ərazi filialından aldığımız 08.12.2020-ci il tarixli 20633/39348 nömrəli arayışa əsasən həmin cərimə 01.08.2019-cu il tarixdən 01.02.2020-ci il tarixə qədər olan dövr ərzində 200 manat əvəzinə 214 manat dövlət büdcəsinə ödənmişdir.
Baxın, cənab Prezident, Qəbələ rayon məmurları Sizə sidq - ürəkdən etimad göstərən vətəndaşları Sizin əleyhinizə qaldırmaq üçün hansı fırıldaqçılıq qəsdindən istifadə edərək birləşirlər. Ancaq haqq-ədalət yolunda sidq - ürəkdən Heydər Əliyev siyasətinin davamçısı olmağınızı bütün sahələrdə göstərdiyiniz üçün üz döndərməyəcəyik. Biz Sizinlə olduğumuz kimi, bizimlə olmağınızı xahiş edirik. Çünki məmurlarımız erməni əsirliyində olanların başına açılan oyundan daha artığını bizim başımıza açırlar. Məsələn, 2017-ci ildə Qəbələ rayonunda Məşğulluq Mərkəzində qeydiyyata düşdük ki, öz ailəmizdə sahibkarlıq siubyekti yaratmaq üçün inək versinlər. 2020-ci il fevral ayında təlimlərə cəlb edildik. Təlimləri keçdik. Sonda Azərbaycan Respublikası Konstitusiyasının 12.1 –ci maddəsinin tələblərini kobudcasına pozaraq bizə dedilər: “Siz pensiya alırsınız, ona görə sizə inək verə bilmərik”. Baxmayaraq ki, ailəmiz beş nəfərdən ibarətdir, kiçiyi bir yaşında. İkinci dəfə yenidən 2020-ci il may ayında ailəmizin ən cavanı Rəşidova Tünzalə Asif qızının quşçuluq təsərrüfatı yaratması üçün avadanlıqdan ötəri qeydiyyata düşdük. Respublikanın bütün regionlarından biz qeydiyyata düşən vaxtı qeydiyyata götürülənlər avadanlıqla təmin olunublar, bizi isə yubadırlar. Bu da sübut edir ki, Qəbələ məmurları Heydər Əliyev siyasətinin davamçısı hörmətli Prezidentimiz İlham Əliyev cənabları ətrafında birləşən xalqa özləri ədalətsiz icra başçısı S.Abdullayev ətrafında birləşərək mane olurlar. Sübutlarla göstərdiyimiz faktların araşdırılaraq aradan qaldırılması üçün əsaslı tədbir görülməsini xahiş edirik.
1. Qəbələ Rayon Məhkəməsinin 09.04.2019-cu ildə verdiyi qərar həmin dövrdə olmuş bölgü xəritəsinə uyğun olaraq “İcra haqqında” qanunun tələbləri səviyyəsində icra olunması təmin edilməli;
2. Məşğulluq Mərkəzi tərəfindən bizə veriləsi mənimsənilmiş iki baş inəyin verilməsinin təmin olunması;
3. Əvvəlki ərizəmizdə Bum qəsəbə bələdiyyəsinin sədri Həsənov Əddin Qəbələ rayon İcra və Probaniya Şöbəsinin əməkdaşları İlyas Babayev və Təbiyyət Həsənquliyev, DƏDRX-nin əməkdaşı Vasif Bədəlli fırıldaqçılıq yolu ilə qərəzçiliklə birləşərək “Ellik yeri” deyilən ərazinin bölgü xəritəsinin koordinatını dəyişərək satılmasına şərait yaratdıqları üçün onların da işinin araşdırılaraq pərdəarxası sadalamadığımız faktların üzə çıxarılaraq qarşısının alınması üçün hüquqi qiymət verilməsi üçün aidiyyatı təşkilatlara yönləndirilməsinin ailəmizə qarşı olan qanunsuz təzyiqlərin aradan qaldırılmasının təmin edilməsinini xahiş edirik.
4. Birinci dəfə qəsəbə bələdiyyəsinin sədri Əddin Həsənov və qəsəbə icra nümayəndəsi Eynulla Məmmədov 2017-ci ildə bizi ailəli çağıraraq quşçuluq kompleksi yaratmaq istədiyimiz barədə məlumat istədilər və bizə ailəmizə qarşı olan haqsızlığın əvəzi olaraq kompleks yaratmağa köməklik edəcəklərini bildirərək kompleksin çertyojunu aldılar. 2-ci dəfə 09.01.2021-ci ildə 50 m uzunluğu, 10 m enində kompleks üçün E.Məmmədov bizdə olan topladığımız materialların şəklini çəkdi. Hər ikisində heç demə bizi sakitləşdirərək öz işğalçılıq əməllərini davam etdirmək üçün görülmüş tədbir kimi nəticələndi. 2019-cu ildə oktyabr ayında qəsəbə bələdiyyəsinin sədri Həsənov Əddin bizi idarəsinə çağırdı və dedi: “Sizin yeri ərazinin başına salsaq, razısızmı? Biz də dedik: “Olar. Təki mülkiyyətimizdən özümüz istifadə edək”. Yaratmaq istədiyimiz quşçuluq kompleksinə uyğun yer ailəmizə məxsus real ərazi ilə yerin başı səmərəli olduğu üçün razılıq verdik. Sonra bizə dedilər ki, “sizin yeriniz şimaldan cənuba 20 hektarlıqdadır, yerin başında bölgüyə getməmiş yer yerin cənubundadır”. Bu faktı 2012-ci ildə Sizə etdiyim müraciətdə göstərmişdim. Bizə məxsus ərazi indi onlar dediyi yerdə idisə, onda 2012-ci ildə Eyyubov Fəhrad bizə ərazinin dəyişdirilməsini niyə təklif edib? Qanunsuz da olsa, nə üçün dəyişdirilirdi?
Bax beləcə rayonumuzun S.Abdullayevin rəhbərliyi altında fəaliyyət göstərən bütün məmurlarının hərəkəti ailəmizin əmlakjınınişğalına yönəlib. Baxmayaraq ki, bizim mülkiyyətimizi Qəbələ məmurlarını başımızın üstündə durdurub söydürə-söydürə ölümlə hədələyərək işğal etdirir. Cavabdehlərin məhkəməyə gəlməkdən imtina etməsinə səbəb bizi görmək istəmədiklərini göstərir. Libasa girirlər. Abırlı kəsin bacısı: “mənim haqqımı qardaşımdan alın, mənə verin” deməz. Bizə qarşı etdiyi hərəkətlərinin sübut ediləcəyindən qorxub gəlməyib. Abırlı qardaş bacının haqqını yeyə-yeyə bacını yeznənin üstünə “sizin var-yoxunuzu belə-belə edim, sizi öldürəcəm, mənim əkinimə adam gətirmisiniz” deyib özgənin, dövlət məmurlarının yanında cummaz. Ailəmizə məxsus ərazini əkdiyi üçün biz ondan cəmi iki dəfə taxıl ala bilmişik, ailəmizin halal payını ondan ala bilməmişik, o bizə pul verərmi? Eyyubov Fəhradı yaxından tanıyan hər kəsdə azərbaycanlı olduğuna görə özünə nifrət yaranar. Çünki o qardaşlar şər-böhtançı kimi rayonumuzda tanınırlar, onların yazdıqlarının şər və böhtan olmasını təsdiqləyən aktı da Sizə göndəririk. Aktda onlar söz verirlər ki, biz bir daha Məhəmməd Rəşidovun hüquqlarını pozmayacağıq və dövlət qanunlarına tabe olacağıq.
5. Məlum faktdır ki, (bizim mülkiyyətimizi) Azərbaycan Respublikasının Konstitusiyasının 13 - cü maddəsinin tələblərində göstərildiyi kimi:
I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
II. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 59. Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti növü ilə məşğul ola bilər.
Bu səbəbdən də bizim əmlakımız ilə özünə qanunsuz sahibkarlıq təsərrüfatı yaratmış Eyyubov Fəhradın qanuni tələblərə uyğun olaraq özünə topladığı qanunsuz mülkiyyətinin araşdırılaraq meydana çıxarılması üçün yoxlanmasının, təmin olunması üçün qərar verməyinizi, ərizəmizdə göstərilən faktların aradan qaldırılaraq ailəmizin pozulmuş hüquqlarının bərpası üçün əsaslı tədbir görülməsində köməklik etməyinizi xahiş edirik.
6. Qəbələ rayon məhkəməsinin hakimi Elman İsayev tapdalanmış hüquqlarımızın bərpasını təmin edərək kommunal və digər xərclərə borcumuzu ödəməyimizə şərait yaratmaqdansa, 16.07.2020-ci ildə Qəbələ rayon Qaz İstismarı İdarəsinin işçilərinin işlərinə məsuliyyətmiz yanaşmaları üzündən ailəmizin qazdan istifadə etməyimizə borcumuz olduğu üçün Qəbələ Rayon Məhkəməsinə müraciət edib. Qəbələ Rayon Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının maddə 127.VII bəndinin tələblərinə əməl etmədən, bizdə olan sübutları məhkəməyə təqdim etməyə şərait yaratmadan, xəbərimiz olmadan gizli qərar qəbul edib ki, Qaz İstismarı İdarəsinə olan borc ödənilsin. Borcun yaranma səbəbləri aşkara çıxarılmadan, araşdırmadan qərarı vermək, bu da özü bir qəsddir. Çünki istehlakçı hüquqları qorunmayıb və Qəbəl Rayon Qaz İstismarı İdarəsinin əməkdaşları məsuliyyətdən azad olunub. Məhkəmə qərarı bizə təqdim olunanda biz qanunsuz günahlandırılmağımızı bildik. Qanunun tələblərinə uyğun olaraq Şəki Apellyasiya Məhkəməsinə faktları sübut edən sənədlərlə müraciət etdik. Məhkəmə qanunsuz olaraq faktları qəbul etmədi və Qəbələ Rayon Məhkəməsinin qərarını olduğu kimi saxladı. Eyni zamanda Apellyasiya Məhkəməsindən müraciətimizdə xahiş etmişdik ki, bizə vurulmuş 200 manat maddi ziyan Qaz İstismarı İdarəsinin əməkdaşlarından tutularaq Qaz İstismarı İdarəsinin hesabına keçirilsin. Bizə dəymiş 500 manat mənəvi ziyan, ekologiya və havaya sızmış qazın dəyəri hesablanaraq Qaz İstismarı İdarəsindən tutularaq vətənimizdə müharibə olduğu üçün hərbi büdcəyə keçirilməsinin təmin edilməsini xahiş etmişdik. Çünki məsuliyyətsiz məmurlar vətəndaş qayğısını və işlərində məsuliyyətli olmağı diqqət mərkəzində saxlasınlar. “Azəriqaz” İstehsalat Birliyinin Qəbələ rayon şöbəsinin işlərinin araşdırılaraq hüquqi qiymət verilməsi üçün sənədləri Sizə göndəririk. Sübutlar kifayət qədərdir.
7. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Qəbələ rayon şöbəsinin əməkdaşı Vasif Bədəllinin ünvanımıza söylədiyi fikirlərin böhtan və iftira olmasını Sizə göndərdiyimiz kompüterdən çıxarılmış xəritədə olduğu kimi öz əksini tapır. Xəritədə olduğu kimi, ərazi şimaldan bölünüb 2.34 hektarlığında JN-1048 kod 40600038 məhkəmə qərarında tələb qoyulan mülkiyyətimizdə olan ərazi görünür və işarələnib (xəritəni göndəririk).
8. Cənab Prezident! 28.11.2020-ci ildə Sizə ünvanladığımız ərizəni Qəbələ Rayon İcra Hakimiyyətinə yönləndirdiz ki, ərizədə göstərilən müddəalar aradan qaldırılaraq tədbir görülsün. Rayonumuzda isə müraciətimizdə göstərilən qanunsuzluqlardan icra başçısı S.Abdullayevə dəfələrlə xəbər vermişik. Ailəmizə qarşı olan işğal ahəngi heç də ləngiməyib. Sonuncu fakt ərizəmizdə göstərilən faktların araşdıralaraq meydana çıxması rüşvətxorluq hərəkətlərinin aradan qaldırılması üçün heç bir tədbir görülməyib. Sadəcə olaraq “Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanunun tələbləri pozularaq iki aydan sonra qanuni və hüquqi dəstəyi olmayan cavabı bizə göndərdilər. Verdikləri cavabı rayon icra hakimiyyətnin hüquq şöbəsinin rəisi Arif Allahverdiyev vermişdir. Maraqlıdır, onun söylədiyi fikirlərdə məqsədi bizi aldadaraq ərizəmizdə göstərilən faktlardan bizi yayındırmaqdır. Çünki məhkəmə qərarı ilə cavabdehlərin çıxarılmalı olduqları ərazini cavabdehlərə əkdiriblər. Belə məzmunda cavab verirdisə, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanunun tələblərinə əməl edərək 10 gün müddətinə niyə vermədilər? Bax budur bunların saxtakarlığı.
Cənab Prezident, Siz özünüz dediniz ki, dəmir yumruq kimi birləşək və bu birliyi biz yaradaraq Sizi Prezident seçdik ki, Sizinləyik. Ancaq bizim Sizinlə olmağımıza saydığımız qüvvələr maneçilik törədirlər. Belə maneçilik törədənlərə qarşı tədbir görməyinizi xahiş edirik. Qəbələ Rayon İcra Hakimiyyətinin bizə verdiyi cavabı Sizə göndəririk.
Ədliyyə Nazirliyi Bələdiyyələrin İş Mərkəzinin Şəki regional şöbəsinə 14.01.2021-ci ildə Sizə etdiyiimiz müraciət araşdırmaq üçün yönləndirilmişdir. Onlar bu vaxta qədər bizə cavab verməyib, yalandan “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına araşdırmadan cavab vermişlər. Verdikləri cavabda fırıldaqçıların cavablardan bəhrələndiklərini göstərirlər. Eyni zamanda 02.02.2020-ci ildə 09.04.2019-cu ildə Qəbələ rayon məhkəməsinin verdiyi qərarı qanunun tələbləri səviyyəsində icra olunması və Bum qəsəbə bələdiyyəsinin sədri Əddin Həsənovun və DƏDRX-nin bizə məlum olan əməkdaşı Vasif Bədəlli ilə əlbir olaraq yeri, quruluş xəritəsini qanunsuz dəyişərək, yerin cənubunda olan 16 hektar ərazini yerin başına keçirərək satılmasına şərait yaratması barədə məlumat vermişik. Bu vaxta qədər Ədliyyə Nazirliyinin əməkdaşları heç bir tədbir görməyib və araşdırılmayıb, bizə də məlumat verilməyib”.
Təxmin edirik ki, Rəşidovlar bu problemin çözümü üçün ümidlərini yalnız Prezidentə bağlamaqda yanılmayacaqlar. Ali Baş Komandan 30 il əsarətdə qalan Qarabağ ərazisini yağı tapdağından azad etdisə, Rəşidovların da torpaq sahəsini işğaldan qurtara bilər.
"Korrupsiya və Qanun"