Azərbaycan İdeyası

Əməkdar və fədakar həkim

Tarix:21-06-2021, 14:55
Baxış Sayı:665

D-r İlhamə Cabbarova: “Mənə fəxri ad verilməsi xəbərini gözlənilməz olduğu üçün təəccüblə qarşıladım”
İnfeksion xəstəliklərlə, o cümlədən, vərəmlə mübarizədə Azərbaycanın nailiyyətləri dünyanın bir çox ölkələri üçün təcrübə rolunu oynaya bilər. Dövlətin diqqət və qayğısı sayəsində vərəm xəstələrinin sayının və ölüm hallarının xeyli azalması, xəstəliyin ağır formasının müalicəsində effektiv nəticələrin çox olması bir daha sübut edir ki, Azərbaycan vərəmlə mübarizədə böyük uğurlar qazanıb. Bu nailiyyətlərə əhəmiyyətli töhfə ve4rən qabaqcıl tibb müəssisələrindən biri də TƏBİB-in tabeçiliyində fəaliyyət göstərən Bakı şəhər Səhiyyə İdarəsi 4 saylı Vərəm Dispanseridir. 2020-ci ilin dekabr ayında əməkdar həkim İlhamə Cabbarova dispanserə baş həkim vəzifəsinə təyin olunandan sonra bu müəssisənin fəaliyyətində müsbət dəyişikliklər daha çox müşahidə olunmağa başlayıb.
Respublika ictimaiyyəti doktor – ftiziatr İlhamə Cabbarovanın adını koronavirus pandemiyası ölkəmizə ayaq açandan sonra ucadan eşitməyə başladı. Hələ daha əvvəl - 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində işlədiyi dövrdən COVİD-19-la bağlı maarifləndirici çıxışları ilə xəstəliyə qarşı mübarizə işinə köməklik göstərməyə başladı. Epidemiyanın güclənməsinə iqlim dəyişikliyinin təsiri, virusun ilin müxtəlif mövsümlərində özünü necə aparması, ondan qorunmağın yolları, lokallaşmasənda karantin tədbirlərinin rolu, düzgün qidalanma barədə doktor Cabbarovanın KİV-də yer alan fikirləri əhali tərəfindən maraqla izlənilir, mötəbərliyinə şübhə edilmir.
İlhamə Cabbarova həm də fəal vətəndaşlıq mövqeyinə malik, siyasi orientasiyasını düzgün müəyyənləşdirmiş ziyalıdır. Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədr müavini kimi ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrə münasibətini bildirir, aparıcı KİV-ə müsahibələr verir.
Dispanserdə olarkən müşahidələr apardıq, qorunma prosedurlarını gözləməklə bəzi pasientlərlə həmsöhbət olduq. Gördüklərimizdən, eşitdiklərimizdən belə nəticə çıxardıq ki, İlhamə Cabbarovanın rəhbərlik etdiyi bu tibb müəssisəsində korrupsiya hüquqpozmalarından söhbət belə gedə bilməz. Çoxsaylı fəxri fərmanlarla təltif olunmş, təşəkkürnamələr qazanmış İlhamə Cabbarova məhz halal zəhməti, həkim andına sadiqliyi, qüsursuz xidmətləri ilə hörmətə-izzətə yiyələnmişdir. Ucuz şan-şöhrətə heç vaxt can atmamışdır. Özünün dediyinə görə, ona “respublikanın əməkdar həkimi fəxri adı verilməsi xəbərini də gözlənilməz olduğu üçün təəccüblə qarşılamışdır. İnsanların sağlamlığının keşiyində duran doktor Cabbarovaya həyatda ən şirin nemət olan can sağlığı, müqəddəs həkimlik fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, İlhamə xanım kimi fədakar tibb işçilərinin sayəsində tezliklə bəşəriyyət və Azərbaycan xalqı koronavirus kabusundan xilas olacaq.
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama