Azərbaycan İdeyası

Yeznəni döydülər, dilə tutub şikayətin geri götürtdülər, sonra da aldadıb ailəsindən ayırdılar

Tarix:6-07-2021, 11:33
Baxış Sayı:1 207

Yeznəni döydülər, dilə tutub şikayətin geri götürtdülər, sonra da aldadıb ailəsindən ayırdılar

Kürdəmir rayonunun Topalhəsənli kənd sakini Dəmirov Şaməddin Şamil oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək bildirir ki, 2011-ci ildə Dəmirova İlahə Akif qızı ilə ailə qurmuş, sonrakı iki ildə iki uşaqları doğulmuşdur. Qısqanclıq zəminində aralarında yaranmış söz-söhbətə görə İlahə 2019-cu ildə uşaqlarını özü ilə götürüb atasıgilə getmişdir. Şaməddinin sözlərinə görə, o, sonradan həyat yoldaşı ilə ailə münasibətlərini bərpa etməyə çalışsa da, qaynatası Akif və qaynı Nurlan müdaxilə edərək barışmalarına mane olmuşlar. Hətta İlahə nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət edəndən sonra Şaməddin barışıq üçün verilmiş 3 ay ərzində barışmağa cəhd etsə də, yenə də İlahənin atası və qardaşı buna qarşı çıxmışlar. Nəticədə Kürdəmir rayon məhkəməsinin 10 fevral 2020-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş və 14 oktyabr 2019-cu il tarixdən başlayaraq Şaməddinin hər ay övladlarına sabit pul məbləğində hər uşağa 120 manat aliment tutularaq İlahəyə ödəməsi qət olunmuşdur.
Lakin Kürdəmir rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda olan Şaməddin Dəmirovun bu məbləği ödəməyə imkanı yoxdur. Bu azmış kimi qaynı Dəmirov Nurlan Akif oğlu onu döyüb xəsarət yetirdiyinə görə əmək qabiliyyətini də itirdiyini bildirir. Buna görə hətta məhkəməyə müraciət edib ki, ona kəsilmiş aliment məbləği minimuma endirilsin.
Şaməddin Dəmirov yazır ki, 24 yanvar 2020-ci il tarixdə qaynı Nurlan tərəfindən döyüləndən sonra bir ay xəstəxanada yatmış, müalicəyə ümumilikdə 3000 manat xərc çəkmişdir. Məhz xəsətxanada olduğu müddətdə məhkəmə onların nikahını pozmuşdur. Nurlandan etdiyi şikayət üzrə cinayət işi qaldırılmışdır. Lakin qaynatası Akif və digər qohumları onu dilə tutub inandırmışlar ki, Nurlanla barışsa, onu İlahə ilə də barışdıracaqlar. O da ağsaqqal qaynatasına inanıb barışıq sövdələşməsinə getmiş, şikayətini geri götürmüşdür. Məhkəmə də buna əsasən Nurlanın cinayət işinə xitam vermişdir. Nurlanı məsuliyyətdən azad edən məhkəmə qərarı qüvvəyə minəndən sonra qayın və qaynata verdikləri vədin üstündə durmamışlar. Bu azmış kimi onu aldatdıqlarını da açıq-aşkar üzünə demişlər. Bütün bunları nəzərə alaraq Şaməddin Dəmirov Kürdəmir rayon məhkəməsinə müraciət edərək keçmiş qaynı Dəmirov Nurlan Akif oğlunndan ikincinin törətdiyi cinayət hadisəsindən ona dəyən maddi ziyanın qarşılığı kimi 6150 manat məbləğində, Nurlanın və atası Akifin ona vurduğu mənəvi ziyanın qarşılığında isə ikisindən müştərək qaydada 15000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Kürdəmir rayon məhkəməsi 17 mart 2021-ci il tarixli qətnaməsi ilə bu iddianı qismən təmin edərək , cavabdehlərdən iddiaçıya vurduqları mənəvi ziyanın əvəzi olaraq cəmi 1000 manat məbləğində pulun tutularaq ona ödənilməsini qət etmişdir. Şaməddinin üz-çənə cərrahiyyəsi əməliyyatına məruz qaldığı xəstəxana pulsuz xidmət göstərilən dövlət tibb müəssisəsi olduğu üçün, həkimlərə verdiyi rüşvəti sübut edə bilməmişdir.
Məhkəmə Şəməddin Dəmirova, onun atası və anasına Şaməddinin uşaqları ilə həftənin şənbə-bazar günləri ünsiyyətdə olmaq hüququ versə də, o, bu hüququnu həyata keçirə bilmir.
Boşanmış tərəflər arasında mübahisə bu gün də davam edir. Belə ki, İlahə Dəmirova məhəkəməyə müraciət edərək qızıl zinət əşyalarının Şaməddinin atasının evində qaldığını və həmin zinət əşyalarının alınaraq ona verilməsini xahiş etmişdir. Lakin Şaməddin və valideynləri bildirirlər ki, İlahə acıq edib onların evini tərk etdiyi günün ertəsi gün İlhaənin atası və iki bacısı onlara gəlmiş, otağa keçərək uşaqları, gəlinin sənədlərini və zinət əşyalarını götürüb getmişlər. İlahə məhkəmədə qızıl davası açandan sonra Şaməddinin valideynləri polisə müraciət edərək iki il əvvəl baş vermiş hadisənin təfərrüatlarını bildirmişlər. Akif Dəmirov polisə izahat verərək həqiqətən də 01.09.2019-cu il tarixdə digər iki qızı ilə birlikdə uşaqları və İlahənin sənədlərini götürmək üçün qudasıgilə getdiyini, özünün həyətdə qaldığını, qızların evə girdiyini təsdiqləmişdir. Belə olan halda haqlı sual meydana çıxır: Getmişkən, uşaqları və sənədləri götürmüşkən, niyə İlahəyə məxsus hesab etdikləri qızılı aparmamışlar? Əgər Şaməddin və valideynləri İlahənin özününkü saydığı zinət əşyalarını o vaxt verməyiblərsə, niyə İlahə məhz o vaxt məhkəmədə belə bir iddia qaldırmayıb? Göründüyü kimi, bel bir tələbin indi irəli sürülməsi İlahənin və valideynlərinin, eləcə də qardaş-bacılarının qisasçı, böhtançı mövqe tutduqlarını təsdiqləyir.

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…