Azərbaycan İdeyası

“Aztelekom” MMC yarım əsrin evlərinə niyə telefon çəkmir?

Tarix:20-09-2021, 11:58
Baxış Sayı:165

“Korrupsiya və Qanun” qəzetinin redaksiyasının poçtuna Biləsuvar rayonunun İsmətli kəndinin bir qrup sakininin kollektiv müraciəti daxil olmuşdur. Müraciətnaməyə imza atmış Aydın Səfiyev və daha 20 nəfər digər sakin yaşadıqları küçəyə rabitə xətti çəkilməsində “ötür-ötür” oyunundan gileylənirlər. Yazırlar ki, müasir dövrün ən əhəmiyyətli tələblərindən olan internet yayımından məhrum olublar.
2016-cı ildən başlayaraq məsələ ilə bağlı dəfələrlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Biləsuvar rayon Telekommunikasiya Qovşağına müraciət ediblər. Lakin tələbləri yerinə yetirilməmişdir: “Bizim məktublarımıza göndərilmiş cavablarda (cavab məktubları redaksiyaya təqdim olunub – “KQ”.) qeyd olunur ki, yaşadığımız ərazi guya yeni yaşayış massivi olduğundan, müraciətimizin təmi olunması mümkün deyildir. Halbuki bizim evlər kəndin ən köhnə evlərindəndir. Bizə guya rabitə xətti çəkmək istəyirlər. Haradansa köhnə, söküntü kabel gətirərək yarı məsafəyə qədər uzadıblar. Daha doğrusu, bir neçə haradansa sökülmüş dirək basdırıblar. Kabeli həmin dirəklərin üstündən, bəzi yerdə elektrik dirəyindən asıblar. Bu iş də qalıb yarımçıq. Bununla bizdə ümid yaratmağa çalışırlar ki, çəkirik. Əslində isə bu, gözdən pərdə asmaq deməkdir”.
Sakinlər xatırladırlar ki, indiki zamanda internetə böyük ehtiyac var. Pandemiyanın davam etdiyi il yarım ərzində övladları onlayn dərslərdə iştirak edə, müəllimlərlə təmas qura bilməyiblər: “Gələcəyin qurucuları olan övladlarımızın taleyi, təhsildə geriləmələri, Biləsuvar TKQ-da əyləşən məmurları heç narahat etmədi. Torpaqlarımızın erməni işğalçılarından azad edilməsində igiliklə vuruşmuş Hüseynli Xalid Böyükağa oğlu, Mirzəli Anar Qərib oğlu və digərləri bu məhəllədə yaşayır. Biləsuvar rayon TKQ-nin rəhbərliyi heç fikirləşmədi ki, biz də öz işimizlə bu igidlərin balalarına xidmət edək?”
Müraciət müəllifləri həmçinin qeyd edirlər ki, kəndin yeni salınmış məhəlləsinə rabitə xətti çəkilib, ancaq onalara yox.
Qeyd edək ki, kəndin telefonlaşdırılmamış sözügedən ərazisi Səfərova Nazqayıt Maqsud qızının evindən Həbiyev Ələsgər Pöhrüz oğlunun evinədək olan nahiyəni əhatə edir. Bu ərazidəki evlər isə Biləsuvar rayon İcra hakimiyyəti başçısının İsmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təsdiqlədiyi arayışa (Arayış redaksiyaya təqdim olunub – “KQ”.) görə, ötən əsrin 70-ci illərində tikilmiş evlərdir. 50 ilin evlərinə necə yeni yaşayış massivi demək olar?
Redaksiya olaraq xatırladaq ki, artıq bir dəfə qəzetimiz bu məsələni ictimailəşdirib. Təəssüflər olsun ki, “Aztelekom” MMC nədənsə İsmətli kəndinin əhalisinin tam olaraq telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsində və keyfiyyətinin yüksəldilməsində maraqlı deyil.
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama