Azərbaycan İdeyası

Yevlax bələdiyyəsinin sədrindən jurnalistlərə “bığına-saqqalına yaraşmayan” hədə

Tarix:26-01-2022, 19:50
Baxış Sayı:73

Yevlax şəhəri, Salatın Əsgərova küçəsi, ev 15 ünvanda yaşayan Sultanov Samir Bəhram oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, Yevlax Bələdiyyəsinin sədri İsmayıl Hüseynlidən şikayət etmişdir.
S.Sultanov bildirir ki, maaşının verilmədiyi üçün müxtəlif qurumlara şikayət etdiyi üçün bələdiyyə sədri yanvarın 11-də heç bir əsas olmadan onu vəzifəsindən kənarlaşdırmışdır. Şikayətçi həmçinin qeyd edir ki, 2007-ci ildən Yevlax Bələdiyyəsində işləyib, fəaliyyətində heç bir qüsura yol verməyib, daşıdığı vəzifəyə məsuliyyətlə yanaşıb. Onun sözlərinə görə, bələdiyyənin bəzi məmurları vergi pullarını gizlədirlər, sədr və mühasib Namiq Səfərəliyev rüşvətxorluqla məşğuldurlar. Bələdiyyə rəhbərliyi fəaliyyət barədə, o cümlədən bələdiyyə mülkiyyətində olan örüş sahələri və toplanan pullar barədə məlumatları açıqlamır, ictimai hesabatlılığı təmin etmir, haqqı deyəni işdən çıxarır.
Ərizəsində göstərdiklərinin KİV-də ictimailəşdirilməsini xahiş edən Sultanovun müraciətində daha bir ilginc məlumat yer alıb: “Bələdiyyə sədrinə 44 günlük Vətən müharibəsində çağırış vərəqi gəldiyi halda səfərbərlikdən yayınmışdır. Onun üçün Vətən yox, vəzifə önəmlidir”.
Qarşı tərəfə münasibətini bildirməsi üçün zəng vurub sullar verdikdə, bildirdi ki, məsələ ilə bağlı Sultanovun müraciət etdiyi Ədliyyə Nazirliyindən də, Dövlət Əmək Müfəttişliyindən də yoxlama gəlib, araşdırılıb, bələdiyyə rəhbərliyinin doğru qərar verdiyi üzə çıxıb. İsmayıl Hüseynli bizi hədələməyi də unutmadı: “İctimai nəzarətdən (Yəqin, İctimai Nəzarət Koalisiyası nəzərdə tutulur – red.) Fərman və Əbülfəz adlı şəxslər də gəlmişdilər. Biri bığına, digəri saqqalına yaraşmayan hərəkətlər elədilər. Elə etməyin ki, onlar kimi sizi də məhkəməyə verim!”
Yaxşı olardı ki, sədr İ.Hüseynli Ədliyyə Nazirliyini və Əmək Müfəttişliyini razı salan o qərarının düzgünlüyünü isbatlayan arqumentlərini bizə də sadalayaydı.
Araşdırmalarımızla məlum oldu ki, İ.Hüseynli Azərbaycan Sosial Rifah Partiyasını təmsil edir. Maraqlıdır, görəsən İ.Hüseynli S.Sultanovu işdən azad edərkən onun ailəsinin sosial rifahını düşünübmü? Yoxsa, bu partiyanın sədrliyi keçmiş deputat Xanhüseyn Kazımlıdan qızınıa- deputatlığa cəhdi uğursuz alınan Əsli Kazımovaya keçəndən sonra üzvləri qəddarlaşıb?
Həmçinin məlum oldu ki, İ.Hüseynli keçən il 24-25 avqust tarixlərində Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində T.C Gənclik və Spor Bakanlığı və Türkiyə Bələdiyyələr Birliyinin birgə təşkilatçılığı ilə "Genç Dostu Şehirler Kongre ve Sergisi" tədbirində iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində olub. Türk həmkarlarından bunumu öyrənib?

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…