Azərbaycan İdeyası

Qəzənfər Ağayev Astara rayon Dənizkənarı Parkında gördürdüyü işin pulunu icraçıya vermədən mənimsəyib

Tarix:16-03-2022, 10:19
Baxış Sayı:94



Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan,
Dünya şöhrətli əvəzedilməz, daimi Prezidentim, çox hörmətli
İlham Əliyev cənablarına

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru
Hörmətli cənab Kamran Əliyevə

Surəti: «Korrupsiya və Qanun» qəzetinin baş redaktoru
Quliyeva Xuraman Əhliman qızına

Xalq Dövlət üçün yox, Dövlət xalq üçün olmalıdır!

İddiaçı: Zərərçəkən Yasamal rayonu, Umud Ələkbərov küçəsi 114 D
ünvanda kirayəçi kimi müvəqqəti məskunlaşan, Füzuli rayonundan
məcburi köçkün Məhərrəmov Yaşarın atası Məhərrəmov Fidayəddin
Nüsrəddin oğlunun Astara Rayon İcra Hakimiyyətinin başçısı Ağayev
Qəzənfərin dələduzluq yolu ilə iş icraçısı Məhərrəmov Yaşara çatası
121 340 (yüz iyirmi bir min üç yüz qırx) manat pulunu reketlik edərək
mənimsəməsi barədə yaramaz əməlindən təxirəsalınmaz

ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli Prezidentim, Ali Baş Komandan
İlham Heydər oğlu Əliyev!

Mən dərin hörmətlə, böyük inamla Sizə ümid edib, Sizə inanaraq, Sizə güvənib, Sizin ayaq basdığınız torpaqda Sizdən narazı olmamağımı nəzərə alıb ürək yanğısı ilə Sizə müraciət edirəm.
Astara rayonunda İcra başçısı işləyən Ağayev Qəzənfər kimisini, oğlum Yaşara qarşı insafsızlıq, ədalətsizlik, vəzifəsindən süi-istifadə edərək öz xeyrini başqasının şərində görən hələ bu günə kimi görüb, eşitməmişəm. Bəlkə də hörmətli Prezidentimizin, Dövlətimizin Baş prokuroru cənab Kamran Əliyevin Astara Rayon İcra Hakimiyyəti başçısının yaramaz, bürokrat əməllərindən xəbərləri yoxdur. Təəccüb edirəm, hörmətli Prezidentimizin 20 fevral 2022-ci il tarixdə korrupsiya, rüşvətxorluq barədə əvvəllər olduğu kimi çıxışını istər televiziyada, istərsə də keçirdiyi müşavirədə görməyib. Ağayev Qəzənfər görünməz özbaşınalıq edərək, dələduzluq etməklə oğlumu bir neçə ay işlədərək, ona verilməli 121 340 (yüz iyirmi bir min üç yüz qırx) manat pulunu verməmişdir. Bu barədə oğlumun başına nə oyunlar gətirməklə evlərimizi satdırıb.
Hörmətli Prezident, Hörmətli Prokuror Kamran Əliyev, yazıb, Sizə bildirirəm ki, oğlum Yaşar 2014-cü ilin avqust ayında Astara Rayon İcra Hakimiyyətinin başçısı Ağayev Qəzənfərin sifarişi əsasında Astara rayonuna getmiş, rayon rəhbəri ilə görüşmüşdür. Söhbət zamanı Dənizkənarı bulvarda salınmış parkda sahil boyunca olan məsafədə uzunluğu 600 metr olan parka 120 ədəd işıqlandırma dirəklərinin quraşdırılması 500 metr məsafəyə metal mühəccərlərin çəkilməsini təkidlə bildirmişdir.
Ağayev Qəzənfər oğluma bildirmişdir ki, mal-materiallarını gətir, quraşdır. Qiymət məsələsinə gəldikdə Ağayev Qəzənfər oğlumla bütün işlərin layiqincə görülüb, təhvil verilməsini 121 340 (yüz iyirmi bir min üç yüz qırx) manata razılaşdırılmışdır. Oğlum bu məbləğin dəyər qiymətinin 50 %-nin əvvəlcədən ödənilməsini, mal-materialın gətirilməsi, işlədilməsi üçün sərf edilməsini Ağayev Qəzənfərə bildirdikdə oğlumu aldadaraq bildirmişdir ki, sən işi başla, sənin pulun artıqlaması ilə ödəniləcəkdir. Oğlum da dost-tanışlarından borc pul alaraq 120 ədəd işıq dirəklərinin hər birini 550 manata, 1 800 metr mühəccərlərin hər metrini 24 manata alıb, Astara Rayon Dənizkənarı parka işlədilmiş, layiqli quraşdırılaraq çəkilmiş, işıqlandırma sistemi öz qaydasında təhvil verilmiş, ancaq Ağayev Qəzənfər “bu gün, sabah” deyərək, 121 340 (yüz iyirmi bir min üç yüz qırx) manat pulu mənimsəyib, bu günə kimi verməmişdir. Mal-materialların sahibləri borc verdikləri materialların pulunu oğlumdan ala bilmədikləri üçün, oğlumdan inzibati orqanlara şikayət vermiş, oğlum məhkəmənin hökmü ilə 7 il həbs cəzası ilə cəzalandırılmışdır.
Hörmətli Prezident, xahiş edirəm diqqət edilsin!
Astara Rayon İcra Hakimiyyətinin başçısı Ağayev Qəzənfər oğlum Yaşarı aldatmış, cinayət törətmiş, oğluma borclu olduğu pulu mənimsəmiş, həmin pul ondan tələb ediləndə cinayət məsuliyyətini anlamadan yaramaz əməlindən peşiman olaraq oğlum Yaşara borclu olduğu pulu ödəmək əvəzinə yançılarını öyrədərək bildirmişdir ki, Yaşara borcunu İcra Hakimiyyətinin daxili imkanları hesabına guya 105 000 (yüz beş min) manat ödəmişdir. Ağayev Qəzənfərin yançıları vəzifələrindən ehtiyat edərək, tamamilə yalan izahat vermişdir.
Mənim xeyli yaşım var. Heç vaxt eşitməmişəm ki, İcra Hakimiyyətinin şirkəti, heyvandarlıq ferması, taxıl əkini, bu və ya digər təsərrüfatı ola.
Ağayev Qəzənfərin cinayət işi danılmazdır. Astara Rayon İcra Hakimiyyətinin büdcədən kənar daxili imknaları haradandır? Bu da Qəzənfərin cinayət əməlidir. Ağayev Qəzənfər, bilib anlamalıdır ki, «cidanı çuvalda gizlətmək olmaz».
Cənab Prezident! Sizə bildirmək istəyirəm ki, Ağayev Qəzənfər oğlum Yaşara olan borcunu verməməsi ucbatından, borc aldığı mal-materialın sahiblərinə Yaşar borcunu verməmiş, cinayət məsuliyyətinə cəlb edilmişdir. Nəticədə qızım əlacsız qalıb, Bakı şəhərində N.Hikmət küçəsində olan evini, mən isə Şərifzadə küçəsində olan evimi sataraq, mal-materialların sahiblərinə ödəyəndən sonra Yaşara qarşı qaldırılmış cinayət işi şərti hesab edilmişdir.
Astara Rayon İH-nin başçısı Ağayev Qəzənfərin açıq cinayət işi Astara Rayon Prokurorluğu tərəfindən ört-basdır edilmişdir ki, bu da qəbuledilməzdir.
Astara rayon İH-nin Ağayev Qəzənfər mənim oğlumun başına nə oyunlar açıb. Adam nə qədər əzazil, insafsız, ədalətsiz olar?! Ağayev Qəzənfərdən nə qədər mütəmadi şikayətlər edilsə də şikayətimizə baxan yoxdur.
Bizim haqlı, düzgün müraciətəimizə – Ağayev Qəzənfərin 121 340 (yüz iyirmi bir min üç yüz qırx) manat pulumuzu mənimsəməsi barədə şikayətimizi oxuyub, nəzərə alan yoxdur. Elə bil biz bu Dövlətin vətəndaşı deyilik.
Hörmətli Prezident! Hörmətli Prokuror! Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, Astara Rayon İcra başçısı Ağayev Qəzənfər barədə Sizlərə nə qədər şikayət məktubu yazarlar, aidiyyəti üzrə oxuyan yoxdur. Bəlkə də Sizlərə çatdıran yoxdur. Bəlkə də Ağayev Qəzənfərdən yazılan bütün şikayətlər, cinayətkar bildiyim Ağayev Qəzənfərin üstünə göndərilir ki, bu da heç bir məntiqə sığmır. Ağayev Qəzənfər Azərbaycan Dövlətinin qanunlarını anarxiyaya döndərib, qoçuluq edir. Onun cinayətkar əməllərini tam məsuliyyətimlə açıq-aşkar yazıram. Astara Rayon Dənizkənarı parkında oğlum işıqlandırma sistemi qurub-yaradıb, pulunu bu günə kimi Ağayev Qəzənfər verməyib, mənimsəyib. İddiamızı aparırıq, qoçuluq edir. Şikayətimizi isə oxuyub, nəzərə alan yoxdur. Ağayev Qəzənfər oğlunu həbs elətdirib, evlərimizi satdırıb. Belə də anarxiya, belə də ədalətsizlik olar? Dövlətimizin rəhbər aidiyyatı qurumları, xüsusilə inzibati orqanlar Dövlətimizin qanunlarına hörmətsizlik edən Ağayev Qəzənfər bilməlidir ki, cinayətin məhdudiyyəti yoxdur, izi he vaxt itmir.
Hörmətli Prezident! Hörmətli Prokuror! Sizə bildirmək istəyirəm ki, Sizə güvənib, Sizə müraciət edərək, Sizə inanıram ki, mənim oğluma verilməli olan 121 340 (yüz iyirmi bir min üç yüz qırx) manat pulu mənimsəyən Ağayev Qəzənfər barədə təsirli tədbir görüləcək. Sizə bildirmək istəyirəm ki, mənim tələbim yetərincədir. Bütün istinad etdiyim hallar doğrudur. Mənim şikayətimə cari ilin mart ayının 14-də Astara Rayon Məhkəməsi baxmalıdır. Məhkəmə Ağayev Qəzənfərin sözünü qoyub, bizim işimizlə ədalətli baxmayacağına inanıb, imtina edəcəyik. Mənim şikayət-müraciətimi Ağayev Qəzənfərin üstünə göndərməyin!
Onu da bildirmək istəyirəm ki, 28.01.2022-ci il tarixində hörmətli Prezidentimizə, hörmətli Mehriban xanıma şikayət məktubu göndərsəm də, hələ də məlumat yoxdur. Hələ gözümüz yolgəlmişdilər. da, qulağımız səsdə qalıb.

İmza: F.N.Məhərrəmov

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…