Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küç., ev 63, mən. 151 ünvanda yaşayan əmək və Qarabağ müharibəsi veteranı, 1-ci qrup Qarabağ müharibəsi əlili və 1-ci qrup xəstə əlil Qafarov Vaqif Əli-Ağa oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək şikayətinin ictimailəşdirilməsini və ölkə Prezidentinə çatdırılmasını xahiş etmişdir.
Müraciətinin giriş hissəsində Ali Baş Komandan İlham Əliyevi şanlı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Qarabağ zəfəri münasibətilə təbrik edən V.Qafarov Prezidentimizin liderlik keyfiyyətini digər ölkə başçıları üçün nümunə kimi göstərmişdir:
“Hörmətli Prezident! 44 gün davam edən və Şanlı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Qarabağ zəfəri münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Qarabağ müharibəsi dövründəki göstərdiyiniz yüksək liderlik keyfiyyətləri digər ölkələrin başçıları üçün bir nümunədir. Allah bir daha Azərbaycana 1992-ci ilin fəlakətlərini yenidən vaşamağa imkan verməsin, həmişə qalib gələnlərdən eləsin. Azərbaycanın yolu açıq və həmişə güclü olsun. Allah Şəhidlərimizə rəhmət eləsin, xəstələrə şəfa versin. Allah Sizi xalqımızın başından əskik etməsin”.
Daha sonra keçdiyi döyüş yolundan, necə yaralanmasından bəhs edən V.Qafarov yazır:
“26.02.1992-ci il tarixində düşmənlər Xocalı şəhərini işğal etdilər. O qanlı hadisə xalqımızın heç bir zaman yadından çıxmayacaq. Elə ona görə də, səfərbərlik elan olundu. 25 yaşından çox olan vətəndaşlar əllərinə silah alıb düşmənlərə qarşı döyüşə getməyə qərar verdilər. Mən də həmən tapşırığa qoşularaq Binəqədi rayonunun Hərbi Komissarlığına gedib döyüşə getməyə razılıq verdim. Elə o gündə 50 nəfər - Əzizbəyov rayonundan, 50 nəfər - Binəqədi rayonundan və 50 nəfər isə - Sumqayıtdan gələn yoldaşları Qara-Heybət adlanan hərbi poliqonuna gətirdilər. Qara - Heybətdə bir aya gədər təlim-məşq keçəndən sonra bizi 831 saylı hərbi hissə üzrə Xocavənd rayonunun Kurapatka, Müğanlı və Əmrəhlər kəndlərində yerləşdirdilər. O gündən döyüşlərin ardı-arası kəsilmirdi. Döyüşlərin birində erməni düşmənin mərmisinin partlaması nəticəsində mən sol əlimdən qəlpə yarası aldım. Avqust ayının axırlarında isə, düşmənin atdığı növbəti mərminin yenə də partlaması nəticəsində qəlpələr ətrafa yayıldı. Üç yoldaş və mən də onların içində olmaqla, yaralandıq. Bizi, təxminən 7 km Fizuli rayonundan aralı olan meşə daxilində yerləşən hərbi xəstəxanaya gətirdilər. Döyüşdə aldığım hər iki barmağımın sınığı, çənəmdən, sifətimdən və kəllə - beynimdən aldığım qəlpə çapıqı 5 sm uzunluğunda buna sübutdur”.
V.Qafarov müayinə və müalicələrə, ürək əməliyyatlarına nail olmaq, əlillik statusu almaq yolunda rast gəldiyi bürokratik əngəlləri dəf etmək üçün çəkdiyi əziyyətləri də təsvir etmiş, hal-hazırda da qəbul etdiyi bahalı dərmanlar hesabına həyatda qaldığını bildirmişdir:
“Mən həyatımda nə siqaret çəkməmişəm, nə də içki içmişəm. Buna baxmayaraq, 2010-cu ildən mənə ürək və baş ağrısı aman vermir. 13.08.2012-ci il tarixində, mən sol mədəciyin yuxarı-yan divarının kəskin miokard infarktı ilə C.Abdullayev adına Tədqiqat Kardiologiya İnstitutuna həkim Çingiz Rüstəmovun reanimasiya şöbəsinə daxil olmuşdum. 24.09.2015-ci il tarixində mən kəskin təkrar ikinci miokard infarktı, y/k dövr hipertoniya xəstəliyi ilə 6 saylı Məlikov adına xəstəxananın reanimasiya şöbəsinə daxil olmuşam. 28.09.2015-ci il tarixində “Avrasiya Hospital”da LAP damarıma angioplastik əməliyyat keçirilmişdir. Bu əməliyyatı keçirmək üçün borc pul tapılıb ödənilmişdir. Uzun müddət yardıma ehtiyacım olduğu üçün ümüdim hər tərəfdən üzülmüşdü. Mən 22.07.2016-cı ildə Baş prokurora mənə kömək etməsi barədə müraciət etdim. Sonra mənə məsləhət gördülər ki, xalqımızm 1-ci xanımı və 1-ci Vitse Prezidenti hörmətli Mehriban xanım Əliyevanın qərargahına gedib məktubla müraciət edim. Ona görə ki, şikayətə gələn vətəndaşların ərizəsinə baxılandan sonra verilən hər bir qərarı dövlət tərəfindən qəbul olunur. 1 sentyabr 2016-cı ildə hörmətli Mehriban xanım Əliyevanın qərargahına gələndə vətəndaşların sayı çox olduğundan, bizi hissə-hissə bölərək ayın neçəsində və saat neçədə qəbula yazılmaq üçün nömrə payladılar. 6 sentyabr 2016-cı ildə hörmətli Nərgiz xanım və bir cənab məni qəbul etmişdi. Yazdığım məktubu nəzərindən keçirəndən sonra “Siz gedə bilərsiz, Sizinlə əlaqə saxlanılacaq” - dedi. Təxminən bir aydan sonra mənə zəng vuraraq Dərnəgüldə yerləşən Sobesə (Əhalinin Sosial Müdafiəsi Mərkəzinə - red.) gəlməyimi bildirdilər (hal-hazırda o bina Məşğulluq İdarəsidir – müəllif.). Mən Sobes-ə gələn zaman hörmətli Mehriban xanıma yazdığım məktubumu oxudular. Sonra yazılan məktub əsasında mənə ərizə yazdırdılar ki, TSEK-aya aid olan bütün komissiyalardan keçməliyəm. Mən bütün komissiyalardan keçməyimə baxmayaraq Əminə xanımın tapşırığı ilə II qrup əlillik statusu verildi. Mən bu qərar ilə razılaşmadım, ona görə də yenidən bütün komissiyalardan keçməli oldum. O zaman sanki başım bədənimin üstündə deyildi, başımın və ürəyimin ağrısından yeriyə bilmirdim. Ancaq bu əzablara dözərək bütün komissiyalardan keçərək qrup haqqında vərəqəni TSEK müdiri Gülnara xanım Hacıyevaya təqdim etdim. 14 noyabr 2016-cı ildə TSEK-da təsdiqlənən I-ci qrup Qarabağ Müharibə əlilli kimi vərəqəni mənə təqdim etdilər”.
V.Qafarov iddia edir ki, ona təyin olunmuş pensiya yalnış hesablanılmış və nəticədə ona çatası 440 (dörd yüz qırx) manat pul vəsaiti verilməmişdir.
“14.11.2016 - cı ildə TSEK-dan aldığım güzəştli vərəqəni elə o gündə Binəqədi rayonu fondunun inspektoru Rasim adında işçiyə təqdim etdim. O da öz növbəsində vərəqəni kompüterə yaxınlaşdıranda mənim adımın aşağısında pul cədvəli göründü.
1 (birinci) qrup Baza sistemi Məbləğ
Avqust 210 110 100
Sentyabr 210 110 100
Oktyabr 210 110 100
Noyabr 210 110 100
İnspektor dedi ki, “Sizə yazılan yardım məbləği 400 (dörd yüz) manatdan çoxdur. Fondun rəhbəri Qasımova xanımla məshətləşməliyəm”. Təxminən 30 dəqiqədən sonra qayıdaraq dedi ki, “biz mərkəzi fondun rəisi Əminə xanımı yerində tapa bilmədik. Get, ayın 22-də gələrsən”. O gün gəldim, o dedi ki, “25 - də, sonra isə 27-də gələrsən”. Nəhayət, noyabrın 29-u gələndə dedi ki, dekabr ayından hər ay pensiyanıza 110 man əlavə olunacaq. Mən inspektorla razılaşmayaraq fondun rəisi Qasımova xanımın otağına icazə alaraq daxil oldum. Kompüterdə gördüyüm məbləği xanıma danışdım. Qasımova hirslənərək dedi ki, bizim kompüterdə belə bir şey yoxdur. Mən yenə xahişlə dedim: “Hörmətli xanım! İnspektor Sizin yanınızda olan zaman, onun kompüteri açıq idi və ona görə də orda olan cədvəli qələm ilə vərəqəyə köçürtmüşəm”. Xanim Qasımova otağını tərk etməyimi tələb etdi. Mən otağı tərk edən zaman xanıma “inspektor Rasim, Siz və Əminə xanım öz kompüterlərinizdən mənə ayrılan maddi yardımı silə bilərsiniz. Ancaq mənim kompüterdən köçürtdüyüm cədvəli silmək mümkün deyil” - deyərək otağı tərk etdim. Adları yazılan şəxslər dövlət tərəfindən mənə ayrılan maddi yardımı mənimsəmişlər. O gündən mən özümdə güc tapmayaraq yorğan-döşəkdən ayağa dura bilmirdim. Yalnız təcili yardımın köməyi ilə 2017-ci ilin fevralın 13-dən 23-nə qədər mən C. Abdullayev adına Tədqiqat Kardiologiya İnstitutunun şöbəsində müalicə olundum, ancaq həkim bildirib ki, ikinci stend qoyulması çox vacibdir. Maddi imkanım olmadığına görə, mən Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev cənablarına müraciət etmişəm ki, Əmək və Qarabağ veteranı I qrup Qarabağ əlili və xəstəliyimə görə I qrup olduğuma görə mənə ikinci stend hökumət hesabına qoyulmasına köməklik göstərilsin. Bunları nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən məktub alaraq, mənə 07.06.2017-ci il tarixində LAD damarıma angioplastik və sonradan məni 12.06.2017-ci il tarixində ağır vəziyyətdə təcili yardım ilə Akademik Topçubaşov adına xəstəxanaya gətirib ikinci stend qoyulmuşdur.
Doktor Nicat Babayevin mənə yazdığı “Karum”, “Konkor” 5 mg., “Aspirin Karqo” və “Eskolan 40” dərmanlar imtiyazlı aptekdə olmadığı üçün mən Səhiyyə Nazirliyinə iki dəfə məktub yazaraq kömək istədim və hər dəfə rədd cavabı aldım. Qeyd etmək istəyirəm ki, mənə köməklik göstərməmələrində də Əminə xanımın əməyi olub. Adları yazılan dərmanlar mənim gündəlik tələbatımdır. Mən həmən dərmanlar ilə qidalanıram. Yazılan dərmanlara hər ay 50 manata qədər pul xərclənir.
Dövlət tərəfindən mənə ödənilməli olan 440 (dörd yüz qırx) manat maddi yardımı mənimsədiyinə görə və dövlət tərəfmdən mənə minik avtomobili və Binəqədi rayonunda ev növbəsində qeydiyyatda olduğuma baxmayaraq, Fondun müdiriyyəti tərəfindən təzyiqlər davam edilir. Axı mən də imtiyazlı güzəştlərdən istifadə etmək hüququna malikəm, ona görə ki, hörmətli Prezidentimizin Sərəncamına əsasən I qrup Qarabağ əlillərini mənzil, minik avtomobili və dərmanlarla təmin etməklə fərman verib. Həmin imkanlardan məni məhrum edərək, hüquqlarımı pozduğuna və mənə qarşı qeyri-qanuni hərəkətlərinə görə:
15.05.2017 və 30.06.2017-ci ildə Əhalinin Sosila Miidafızəsi naziri Səlim Müslümov cənabına; 12.09.2017-ci ildə hörmətli prezidentimiz İlharn Əliyev cənablarına; 24.12.2017-ci ildə Baş nazir müavini Əli Əhmədov cənablarına; 08.08.201 8-ci ildə Sosial Müdafıə naziri Sahil Babayev cənablarına; 06.11.2018 -ci ildə vitse - prezidentimiz Mehriban xanım Əliyevaya; 19.09.2018-ci ildə xəstə həyat yoldaşım Qafarova İrina Petrovna (Voropayeva) poçt vasitəsilə I vitse - prezidentimiz Mehriban xanım Əliyevaya yazdığı məktubda, əvvəlki məktublar kimi öz ünvanlarına çatmadı. Elə ona görə də 1-ci vitse - prezidentimiz Mehriban xanım Əliyevaya Əminə xanımdan şikayət ərizəsi yazaraq 19 fevral 2019-cu ildə İnsan Hüquqları üzrə müvəkkilə (ombudsman) Elmira xanım Süleymanovaya təqdim etdim ki, yazdığım 7 ədəd məktubların heç biri öz ünvanına çatmayaraq, təkcə Əminə xanıma çatdırılıb. Mən 16 qoşmadan ibarət məktubu hörmətli Mehriban xanım Əliyevaya çatdırmağı xahiş etmişdim. Elmira xanım isə 4 vərəqəni Sosial Müdafiə Nazirliyinə (yəni, Əminə xamıma) yönəltmiş, qalan 12 vərəq dəlilləri isə məhv etmişdir. Bu da bizim İnsan Hüquqları müvəkkilimiz! Elmira xanımın mənə göndərdiyi birinci məktubunda 10 gün ərzində Elmira xanıma və mənə Nazirlikdən cavab gəlməlidir, lakin, iki aydan sonra nə Nazirlikdən, nə Əminə xanımdan yox. ancaq Elmira xanımdan yanlış məktub aldım. Nəyə görə Elmira xanım Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) olduğu halda, Əminə xanımın təsiri altındadır? Nəyə görə Elmira xanım insan hüquqlarını müdafiə etmək əvəzinə, əksinə, mənim hüquqlarımı pozaraq, əsas məlumatlar olan məktubumdakı qoşma hissəsini ləğv edərək ancaq 4 vərəq çatdırıb? Bu qanunauyğun hərəkətdirmi?
Mən Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəisi Adil Əliyev cənablarma, Fondun rəhbərliyi tərəfindən mənə dövlət tərəfindən ödənilməli olan 440 manat maddi yardımı mənimsədiyinə, Qarabağ müharibəsi veteranı olmağıma baxmayaraq mənə təziqlər göstərib və hüquqlarımı pozduğuna görə şikayət ərizəsi ilə müraciət etmişdim. Sonra yazılan ərizə əsasında Əminə xanımdan məktub aldım. Əminə xanım Fond tərəfindən mənim mənimsədiyi 440 manat yardımdan yox, mənim 1-ci qrup Qarabağ müharibəsi əlilliyimə 110 manat və xəstəyə qulluq üçün 11 manat pensiyama əlavə olunduğunu yazır. Mən 17 yaşımdan zəhmətkeş olmuşam. 1989-cü ildə isə 100 (yüz) rubl və Əmək veteranı adı ilə mükafatlandırılmışam. Əgər Əmək kitabçama nəzər salsaz, orda 20 dəfə pul mükafatı və orden ilə təltif olunmuşam. Əminə xanımın göndərdiyi başqa məktubda qeyd edir ki, mən 449 manat 74 qəpik alıram, həmçinin, minik avtomobilimi almaq üçün T'SEK-nın komissiyalarından keçməliyəm. Ancaq, Əminə xanım yadından çıxardıb ki, onun tapşırdığı təzyiqlər nəticəsində mən iki dəfə TSEK-nın komissiyalarından keçmişəm. Əgər onun təzyiqləri bu günə kimi davam etməsəydi, məni 2017-ci ildə mənzil növbəsinə götürülən zaman minik avtomobili növbəsinə götürərdilər.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətinə görə hörmətli prezidentimiz İlham Əliyev cənablarının mənim kimi xəstələrə və əlillərə birdəfəlik 200 manat pul verilməsinə sərəncam verməsinə baxmayaraq, Əminə xanım bu pulu da mənə vermədi. 21 avqust 2020-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığım müraciətimin qəbul olunması haqqında bildiriş almağıma baxmayaraq, heç bir cavab almamışam. Mən Əminə xanımın əməllərindən dörd dəfə nazirliklərə, iki dəfə Azərbaycanın I xanımı və I vitse prezidenti Mehriban xanım Əliyevaya, hətta hörmətli prezidentimiz İlham Əliyev cənablarına göndərdiyim məktubları qeyri-qanuni yollarla ələ keçirdərək və həmin məktublara yanlış cavablar yazaraq mənə göndərmişdir. Bəs nə oldu ki, Əminə xanım özü yox, özündən yüksək vəzifədə çalışan Azərbaycanın insan hüquqlarının müvəkkili (Ombudsman) Elmira Süleymanovanı qarşısında diz çökdürərək, ona yanlış məktublar yazdırmağa məcbur edib? Axı sizin bu əməlləriniz tamamilə cinayətdir. Bu cür hərəkətlərinizə görə hər ikiniz məsuliyyətə cəlb olunmalısınız. Mən buna tamamilə əminəm. Qarabağ döyüşlərində sifətimdən, çənəmdən, iki barmaqlarımın sınığından və hətta kəllə-beyindən aldığım yaralardan mən şəhid də ola bilərdim. Ancaq Allahımıza hər zaman dua edirəm ki, sağ qalmışam. Ona görə də mənə 1-ci qrup Qarabağ müharibəsi əlilliyim hörmətli Nərgiz xanımın qərarı ilə həm də dövlət tərəfindən verilib. Əminə xanım Binəqədi rayonu Fondunda dövlət tərəfindən mənə ödənilməli olan 440 manat maddi yardımı oğurladığına baxmayaraq, indi də Elmira Süleymanova ilə birlikdə dövlət məmurlarının adına layiq olmayan şantaja əl atmışlar. Dünya ölkələrində Ombudsmen əlillərə, məhbuslara, yetimlərə və sairə şəxslərə öz dövlətləri hesabına kömək etməyə borcludurlar. Ancaq Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova isə mənim əmək veteranı, Qarabağ müharibə veteranı, 1-ci qrup Qarabağ müharibə əlili və hətta I qrup xəstəliyə görə əlil olmağıma baxmayaraq mənim hüquqlarımı tapdalayaraq, Binəqədi rayonu Fonduna başçılıq edən Əminə Seyidzadənin tapşırığını yerinə yetirərək, 2017-ci il yanvar tarixindən bu günə kimi hər ay 110 manat halal pensiyamı ləğv edib. Həm də 2017-ci il yanvar ayından 2019-cu il fevral tarixinə kimi aldığım hər ay 110 manat pulu pensiyamdan çıxıblar. Son vaxtlar hörmətli prezidentimiz İlham Əliyev sizin kimi oğruların və korrupsiya ilə məşğul olanların axırına çatıb. Xalqımız hər gün hörmətli Prezidentimizə məktublar göndərərək onu alqışlayırlar. İndi də növbədə Əminə və Elmira xanımlardır. Sizə xanım deməyə belə dilim gəlmir.
Hal-hazırda Elmira xanım, Əminə xanım və Binəqədi rayon Fondunun keçmiş sədri işdən çıxarılıb. Sonradan məlum oldu ki, bu işlərin arxasında dayanan direktor Mayıl Məmmədovdur. Məgər onun xəbəri yox idi ki, adları çəkilən xanımlar qanunsuz işlərlə məşğuldur? İndi həmin qanunsuz işlərin başında özü dayanır. Hansı əsasa görə o, mənim 39 il iş stajımı ləğv elətdirib? Eyni zamanda təqaüdümü 680 manatdan 426 manata salıb və mən onun qeyri - qanuni hərəkətlərinə görə İnzibati Məhkəməyə şikayət etdim. Məhkəmə də mənim xeyrimə və pullarımın geri qaytarılmasına görə qərar çıxartdı. Lakin Fondun direktoru Mayıl Məmmədov öz çirkin əməllərindən əl çəkmir. İnzibati Məhkəmənin qərarını qəbul etmir və Apellyasiya Məhkəməsinə məktub göndərib.
Vaqif Qafarov həmçinin ömür-gün yoldaşının əzablı həyat yolundan, onun da hazırda xəstəlikdən əziyyət çəkməsindən bəhs edib:
“Hörmətli prezidentim, İlham Əliyev cənabları!
Siz hər zaman qaçqınlarla, əlillərlə və hətta atasız-anasız şəxslərlə görüşürsünüz, və onların qayğısma qalırsınız. Mənim də həyat yoldaşım yetimlər evində böyüyüb. II Dünya Müharibəsi zamanı 2,5 ay yarımda olarkən valideyinləri Zinaida və Pyotr Voropayeviər körpəni Yefeniya adlı xalasma tapşıraraq özləri Vətəni qorumaq üçün, müharibəyə getmişdilar. Bu günə qədər onlardan heç bir xəbər yoxdur. Təxminən bir neçə aydan sonra alman faşistləri yaşadıqları Belorusiyanın Qrodno şəhərini işğal etmişdilər. Həmən vaxt xalası Yefeniya körpəni Qrodno şəhərindən təxminən 60 km aralı meşə daxilində verləşən Pareçye qəsəbəsinin I (bir) saylı yetimlər evinə təhvil vermişdir və 08.07.1960-cı ildə 18 yaşı tamam olana qədər həmən yetimlər evində yaşamışdır. Yaşadığı zaman çəkilən şəkillərin və bəzi sənədlərin surətini 19.09.2018-ci il tarixində poçt vasitəsi ilə I-ci Vitse Prezident Mehriban xanım Əliyevaya göndərilmişdir. Əfsuslar olsun ki, bu məktub da başqaları kimi Mehriban xanıma çatmamışdır.
Hörmətli prezidentim, İlham Əliyev cənabları! SMFD direktoru Mayıl Məmmədov, müavini Əminə Seyidzadə və sabiq ombudsman Elmira Süleymanovanın birləşməsi nəticəsində mənim I-ci qrup Qarabağ Müharibə Əlilliyim ləğv olunub. Ona görə də Sizdən xahiş edirəm, mənim Qarabağ döyüşlərində iki barmağımın sınığını, çənəmdən, sifətimdən və kəllə beynimdən aldığım 5 sm uzunluğunda qəlpə yaralarını nəzərə alaraq mənim Qarabağ müharibəsi veteranı olduğum üçün, 2005-ci ildən mənə verilməmiş pulların geri qaytarılmasını Sizdən xahiş edirəm. Hal-hazırda aldığım pensiyadan mənim və xəstə həyat yoldaşımın dərmanlarına hər ay 60 manat pul xərclənir. Son vaxtlar həkimin yazdığı dərmanları vaxtında qəbul etdiyimə görə özümü vaxşı hiss edirəm. Hətta peyvənd də olmuşam. Ancaq ailə üzvlərimin gündəlik tələbatı çıxılmaz vəziyyətdədir”.
Vaqif Qafarovun müraciətnaməsinə qoşma etdiyi sənəd surətlərindən qarşı tərəfin və məhkəmənin hazırki vəziyyətə olan mövqeyi barədə aşağıdakı nəticəni çıxardıq:
Dövlət Sosial Müdafiə Fondu hesab edir ki, son illər ərzində yalnış olaraq səhv indeksləşdirmə nəticəsində Qafarovun əmək pensiyasına 461.18 manat əlavə ödənildiyindən, tədricən aylar üzrə bölünərək 2021-ci ildə hissə-hissə onun pensiyasından tutulmuşdur. 2021-ci ilin noyabr ayında V.Qafarov Bakı inzibati məhkəməsinə müraciət edərək 2016-cı ildə ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanılması vəzifəsinin DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 22 noyabr 2022-ci il tarixli Qərarı ilə hesab etmişdir ki, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd edilən normaya əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hesablanılması zamanı texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər və pensiyanın hesablanılması zamanı texniki xəta və ya yanlış riyazi hesablama baş verdikdə inzibati icraat icraat qaydasında əmək pensiyaçısı ilə müzakirə edilməklə əmək pensiyaçısının razılığı olduqda əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılıq olmadıqda məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə müvafiq müzakirə aparılmadan, razılığı olmadan cavabdeh qurum tərəfindən pensiya məbləği yenidən hesablanılmaqla azalmalara yol verilmişdir ki, bu da inzibati araşdırma çərçivəsində inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib hesab edilə bilməz.
Odur ki, Qafarovun iddiası qismən təmin edilmiş, onun əmək pensiyasının yenidən hesablanılması ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi DSMF Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilmişdir. Qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin məlum qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə baxılmasını 2022-ci il aprel ayının 13-nə təyin etmişdir. Halbuki, ən azı apellyasiya şikayətinin yazılıb göndərildiyi tarixin yazılışında düz bir il (14 yanvar 2021-ci il) yanlışlığa yol verildiyinə görə qəbul edilməməli idi.
“Korrupsiya və Qanun”