Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küç., ev 63, mən. 151 ünvanda yaşayan əmək və Qarabağ müharibəsi veteranı, 1-ci qrup Qarabağ müharibəsi əlili və 1-ci qrup xəstə əlil Qafarov Vaqif Əli-Ağa oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək şikayətinin ictimailəşdirilməsini və ölkə Prezidentinə çatdırılmasını xahiş etmişdir.
Müraciətinin giriş hissəsində Ali Baş Komandan İlham Əliyevi şanlı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Qarabağ zəfəri münasibətilə təbrik edən V.Qafarov Prezidentimizin liderlik keyfiyyətini digər ölkə başçıları üçün nümunə kimi göstərmişdir. Daha sonra keçdiyi döyüş yolundan, necə yaralanmasından bəhs edən V.Qafarov ilk dəfə 2012-ci ildə , ikinci dəfə isə 2015-ci ildə ürəyində kəskin infarkt keçirdiyini, angioplastik əməliyyata məruz qaldığını, nəhayət üçüncü dəfə 2017-ci ildə ürəyinə ikinci stend qoyulduğunu, 1997-ci ildfə yaşa görə pensiyaya çıxdığını, 2016-cı ildən isə 1-ci qrup Qarabağ əlili statusu aldığını qeyd etmişdir. Eyni zamanda müayinə və müalicələrə, ürək əməliyyatlarına nail olmaq, rast gəldiyi bürokratik əngəlləri dəf etmək üçün çəkdiyi əziyyətləri də təsvir etmiş, hal-hazırda da qəbul etdiyi bahalı dərmanlar hesabına həyatda qaldığını bildirmişdir.
V.Qafarov iddia edir ki, ona təyin olunmuş pensiya yalnış hesablanılmış və nəticədə ona çatası 440 (dörd yüz qırx) manat pul vəsaiti verilməmişdir. Dövlət Sosial Müdafiə Fondu isə hesab edir ki, son illər ərzində yalnış olaraq səhv indeksləşdirmə nəticəsində Qafarovun əmək pensiyasına 461.18 manat əlavə ödənildiyindən, tədricən aylar üzrə bölünərək 2021-ci ildə hissə-hissə onun pensiyasından tutulmuşdur. 2021-ci ilin noyabr ayında V.Qafarov Bakı inzibati məhkəməsinə müraciət edərək 2016-cı ildə ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanılması vəzifəsinin DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 22 noyabr 2022-vci il tarixli Qərarı ilə hesab etmişdir ki, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd edilən normaya əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hesablanılması zamanı texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər və pensiyanın hesablanılması zamanı texniki xəta və ya yanlış riyazi hesablama baş verdikdə inzibati icraat icraat qaydasında əmək pensiyaçısı ilə müzakirə edilməklə əmək pensiyaçısının razılığı olduqda əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılıq olmadıqda məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə müvafiq müzakirə aparılmadan, trazılığı olmadan cavabdeh qurum tərəfindən pensiya məbləği yenidən hesablanılmaqla azalmalara yol verilmişdir ki, bu da inzibati araşdırma çərçivəsində inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib hesab edilə bilməz.
Odur ki, Qafarovun iddiası qismən təmin edilmiş, onun əmək pensiyasının yenidən hesablanılması ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi DSMF Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilmişdir. Qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin məlum qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə baxılmasını 2022-ci il aprel ayının 13-nə təyin etmişdir. Halbuki, ən azı apellyasiya şikayətinin yazılıb göndərildiyi tarixin yazılışında düz bir il (14 yanvar 2021-ci il) yanlışlığa yol verildiyinə görə qəbul edilməməli idi.
Qafarovun redaksiyaya ünvanladığı müraciətnamədə həmçinin onun müharibə əlili kimi mənzil və avtomobiul almaq uğrunda mübarizəsi yolunda duran bürokratik əngəllərdən, əlaqədar qurumların onun müraciətlərinə qeyri-həssas yanaşmalarından da bəhs olunur.
“Korrupsiya və Qanun”
[xfgiven_embed] [/xfgiven_embed]
[xfgiven_youtube][/xfgiven_youtube]