Azərbaycan İdeyası

Kəlbəcər məktəblərində kişi müəllimlər “qıpıq” edilir

Tarix:25-07-2022, 11:20
Baxış Sayı:478

Kəlbəcər rayon sakini Mehdiyev Səfariz Binnət oğlu ərizə ilə “Kiorrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşaxuna bağlar yaşayış massivində yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbin ingilis dili müəlliməsi Qılıncova Nazlı Mahir qızından şikayətlənmişdir. Mehdiyevin sözlərinə görə Nazlı Qılıncova müəllim adına layiq olmayan qeyri-etik hərəkətlərə yol verərək həmin qəsəbədə ytaşayan sakinləri şərləyir, özünü hansısa qəzetin müxbiri kimi təqdim edərək rüşvət tələb edir: “Bu ilin mart ayının 10-da məndən Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə guya mart ayının 1-də onu döydüyüm haqda yalandan ərizə vermişdir. Bu onun ilk ərizəsi deyil. Xəzər RPŞ-dən mənə verilən məlumata görə, bu il şərlədiyi 28-ci adamam”.
Şikayətçinin sözlərinə görə, N.Qılıncova müəllimlərin atttestatsiyasından lazım olan minimum balı belə toplaya bilməmişdir: “Bu halda 6 saatdan artıq dərs saatı ala bilməz, ancaq ona 15 saatdan artıq dərs verilib. Buna səbəb direktora və başqa müəllimlərə hədə-qorxu gəlməsidir. Heç bir açıq dərsdə iştirak eləmir (bunu valideynlər də təsdiqləyir) və həmin müəllimin bu hərəkətləri məktəb vəı təhsil adına ləkədir. Məktəb, küçə, ev bilmədən nalayiq sözlər işlədir. Saxta kollec diplomu ilə müəllim işləyir. Valideynlərin şikayətinə baxmayaraq, dərslərin çoxunda iştirak eləmir. Direktor və müavini hədələyib şərləyəcəyini bildirdiyinə görə, həmin müəlliməyə qartşı heç bir tədbir görülmür”.
S.Mehdiyev onun özünü şərləməsindən daha çox, məhz şagirdlərin təhsil və tərbiyəsinə zərər vurduğuna görə N.Qılıncovanın barəsində qanuni çərçivədə ölçü götürülməsinə nail olmaq istəyir və bundan ötrü səlahiyyətli orqanlara, o cümlədən, Təhsil Nazirliyinə və Kəlbəcər Rayon İcra Hakimiyyətinə müraciətlər ünvanlayıb.

Xatırladaq ki, bu ilin fevral ayında Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmraslanova dərs saatının kəsilməsinə görə ona etiraz edən İslam adlı müəllimi təhqir etmişdi və otaqdan çıxmayacağı təqdirdə müəllimi öldürtdürəcəyini bildirmişdi. Bu barədə video-görüntülər də yayılmışdı. Kəlbəcər məktəblərində kişi müəllimlərin bu cür qıpıq edilməsi heç də yaxşı tendensiya deyildir. Axı çox keçmədən onlar işğaldan azad edilmiş doğma yerlərə qayıdacaq, özləri və öyrətdikləri şagirdləri bədnam qonşumuz Ermənistanla həımsərhəd olan Kəlbəcərdə yaşamalı, fəaliyyət göstərməli olacaqlar.
Qarşı tərəfin də öz mövqeyini bildirəcəyinə ümid edirik.

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda yeni nazir təyin edildi
Azərbaycanda yeni nazir təyin edildi
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Ombudsman PARLAMENTDƏ
Ombudsman PARLAMENTDƏ
Parlamentin növbəti iclası BAŞLADI
Parlamentin növbəti iclası BAŞLADI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
Xameneinin yerinə o təyin olundu - FOTO
Xameneinin yerinə o təyin olundu - FOTO