Azərbaycan İdeyası

Yarım milyonluq dələduzluq edən şəxsə cəza verildi

Tarix:6-06-2023, 11:13
Baxış Sayı:218

Yarım milyonluq dələduzluq edən şəxsə cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abbasəli Mayılovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Əldə etdiyimiz məlumata görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Abbasəli Mayılov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bir neçə şəxsə qarşı dələduzluq edib.
O, həmin şəxslərə özünü işgüzar şəxs kimi göstərib uğurlu biznes fəaliyyəti ilə məşğul olmasına inandıraraq Sumqayıt şəhərində avtosalon icarəyə götürüb, orada Almaniya və Gürcüstandan gətirəcəyi avtomobilləri satıb əldə olunan qazancın yarısını ona verəcəyi barədə yalan vəd verib.

Abbasəli Mayılov bu yolla zərərçəkmişlərin ümumilikdə 450 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı