Azərbaycan İdeyası

Bakıda sürücülər kondisionerlərə görə CƏRİMƏLƏNƏCƏK

Tarix:17-07-2017, 16:52
Baxış Sayı:305

 Bakıda sürücülər kondisionerlərə görə CƏRİMƏLƏNƏCƏK


Havaların isinməsi ilə hamı çalışır ki, özünü bir cürə istidən qorusun. Xüsusən sürücülər bu aylarda avtomobildə kondisionerdən daha çox istifadə edirlər. Hətta bəzi sürücülər avtomobili kondisioner işlək vəziyyətdə qoyur ki, maşın sərin qalsın. Bu isə avtomobilə zərəri ilə yanaşı qayda pozuntusu sayılır.
Korrupsiya və Qanun saytı xezerxeber.az-a istinadən verdiyi məlumata görə, isti yay günlərində bəzi sürücülər avtomobil sərin qalsın deyə kondisioner işlək vəziyyətdə avtomobili park edirlər.
Səbəb kimi isə bunu isti havalarla əlaqələndirilər. Ekspertlər isə bunun "Yol hərəkəti haqqında” qanunlara zidd olduğunu deyirlər. Avtomobili işlək vəziyyətdə tərk edən sürücüləri 20 manat cərimə gözləyir.
Avtomobilin kondisioneri işlək halda uzun müddət parklanmış vəziyyətdə saxlanması ekoloji ziyanla yanaşı, xoşagəlməz hallara da səbəb ola bilər. Belə ki, hərəkət etməyən avtomobilin mühərrikində normal yanma getmir, dəm qazı və digər zərərli maddələr artır. Nəticədə ətrafdakılarla yanaşı, avtomobilin içərisində olan şəxslər də dəm qazından zəhərlənə bilər.
Ekspertlər xoşagəlməz halların baş verməməsi üçün sürücüləri qaydalara əməl etməyə çağırır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı