Azərbaycan İdeyası

Jurnalistlər noyabrda yeni binaya köçə biləcək

Tarix:27-09-2017, 14:59
Baxış Sayı:562

 Jurnalistlər noyabrda yeni binaya köçə biləcək


Bakının Bibiheybət qəsəbəsində tikilmiş yeni jurnalist binasının noyabrda istifadəyə veriləcəyi gözlənir.
Korrupsiya-q.az xəbər verir ki, “Jurnalist Evi” MMC-nin direktoru Bünyamin İsmayılov Novator.az-a deyib ki, binanın təhvil verilməsi üçün işlər yekunlaşır: “Çalışırıq sakinlər ən qısa müddətdə mənzillərinə köçə bilsinlər. Ola bilsin, noyabrın ikinci yarısında buna nail olaq. Tikinti şirkəti binanın daxilindəki təmir işlərini bitirib. Sənədləşmə yekunlaşmaq üzrədir. Binada yoxlama aparmaları üçün 19 təşkilata rəsmi müraciət etmişik. Yoxlamanı başa çatdıran qurumların verdiyi rəsmi cavablarda binanın istismara hazır olduğu, heç bir nöqsanın qeydə alınmadığı bildirilib.
Yanğın Nəzarəti Xidməti yanğın siqnalizasiyasını yoxlayıb, sanitar-epidemioloji nəzarət qurumunun əməkdaşları su anbarlarını dezinfeksiya edib yuyublar, bir dəfə analiz götürüblər, ikinci dəfə də götürəcəklər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları da burada olublar. İnternet xətti çəkilib, elektrik sayğacları qoyulub.
Qaz xətti də var. Bircə həyətdə ümumi qaz xəttinə qoşulma qalıb, oktyabrın sonuna bu da həllini tapacaq. “Azəriqaz” çox tələbkar qurumdur, paytaxtda yaşayış olan onlarca bina illərlə qaz problemini həll edib dövlət reyestrindən çıxarış ala bilmir. Amma bizim binada heç bir problem qeydə alınmayıb, eyni zamanda işi sürətləndirmək üçün güzəştlər edilir. İndiyə qədər heç bir təşkilatla problem yaşamamışıq, bütün zəruri sənədlərimizi almışıq.
Bütün təşkilatlarla iş yekunlaşandan sonra noyabr ayının əvvəllərindən mənzillərin sakinlərə bağışlanmasına dair müqavilələrin bağlanması prosesinə başlamağı nəzərdə tuturuq. Operativlik üçün bu prosesdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nümayəndələrinin və notarius əməkdaşlarının birbaşa iştirakını təmin etmək fikrindəyik.
Bütün sakinlər gəlib öz mənzillərini görüblər, hər kəs mənzilini çox bəyənib, heç bir narazılıq yoxdur. Rəhbərlik marağındadır və əlindən gələni edir ki, sakinlər evlərinə tez köçsünlər”.

OXŞAR XƏBƏRLƏR
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır