Azərbaycan İdeyası

MİNGƏÇEVİR SUKANAL İDARƏSİNDƏ QANUNSUZ İXTİSARLAR

Tarix:4-07-2018, 14:23
Baxış Sayı:435


Mingəçevir şəhəri şirin sulu "dənizin" sahilində yerləşsə də, şəhərin su ilə bağlı problemləri daim aktual olub. KİV dəfələrlə yazıb ki, "Birləşmiş Sukanal" MMC-nin Mingəçevir Su-Kanal İdarəsinin işçiləri sayğacın göstəricilərinə məhəl qoymur, abonentlərdən göstəricidən əlavə vəsait tələb edirlər. Vaxt olub, abonentlər gileyləniblər ki, hesab - fakturalarındakı göstəricilər istifadə etdikləri suyun real miqdarından xeyli çoxdur. Mingəçevirlilərin idarədən şikayətləri arasında o narazılıq da yer alıb ki, içməli su kimi istifadə etdikləri su texniki sudur. Mustafa Kərimovun fəaliyyətini qeyri-qənaətbəxş hesab etməyə əsas verən neqativ hallardan biri də budur ki, evlərin həyətində quraşdırılmış sayğaclar qış vaxtı donvurmadan yararsız hala düşdüyündə, cihazlar sukanal idarəsi tərəfindən dəyişdirilmir. Bu üzdən sərfiyyat norması tətbiq edilir ki, bu da bəzi abonentləri narazı salır.
Lakin bu dəfə M.Kərimovdan şikayət edənlər abonentlər deyil, idarənin işçisi olmuş vətəndaşlardır. Mingəçevir şəhəri Nahirvan küçəsi 48/1, ev 3 ünvanda qeydiyyatda olan, hazırda Təbriz küçəsi 12 ünvanda yaşayan şəlalə Xəlilova redaksiyamıza göndərdiyi ərizədə yazır ki, sözügedən idarədə əmək fəaliyyətinə başladığı 1985-ci ildən ta indiyədək heç bir qanun pozuntusuna, ciddi nöqsana yol verməyib. Onun sözlərinə görə, sutkanın 12 saatını işləməsinə baxmayaraq, idarənin rəisi Mustafa Kərimov onu dəfələrlə işdən çıxaracağı ilə hədələmiş, nəhayət, heç bir səbəb olmadan əmrini vermişdir.
Xəllova yazır ki, ondan başqa Afaq Vəliyeva, Elza Məmmədova və Emin adlı başqa bir iş yoldaşları rəisin kadr "islahatının" qurbanı olmuşlar. Odur ki, bu məsələnin ictimailəşdirilməsini redaksiyadan xahiş etmişdir.
Təxmin edirik ki, M.Kərimov Mingəçevirin qonaqlı-qaralı olduğu I Avropa Oyunları vaxtı belə özbaşınalığa yol versəydi, "Qanlı Qala əjdaha olub onu udardı". Onun həyata keçirdiyi kadr islahatının kökündə hansı zərurətin durduğunu öyrənməyə çalışacağıq. Yəqin ki, bununla bağlı ortaya çıxacaq suallara "Azərsu" ASC-dən və Dövlət Əmək Müfəttişliyindən cavab ala biləcəyik.

A.Hacıyev

OXŞAR XƏBƏRLƏR
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır