Azərbaycan İdeyası

MƏHKƏMƏ 70 YAŞLI KÖÇKÜN GÜLNAR NƏNƏNİ MƏSKUNLAŞDIĞI MƏNZİLDƏN QOVDU - DÖVLƏTİN VƏD ETDİYİ EVİN NÖVBƏSİ İSƏ YETİŞMİR Kİ, YETİŞMİR

Tarix:4-02-2020, 11:26
Baxış Sayı:117

Sadiq oxucularımız bəlkə də xatırlayarlar, qəzetimizin aprel buraxılışında Sumqayıt şəhəri, 9-cu mkr., ev 31, mən. 63 ünvanda müvəqqəti məskunlaşmış Füzuli rayonunun Əbdürəhmanlı kəndindən olan 1949-cu il təvəllüdlü məcburi köçkün Yusifova Gülnar Əvəz qızının redaksiyamıza müraciəti əsasında "70 YAŞLI KÖÇKÜN GÜLNAR NƏNƏ ÖMRÜNÜN QIŞINDA DA EVSİZDİR" başlıqlı məqalə dərc olunmuşdu.
Evsizliyin onu çıxılmaz vəziyyətə saldığından gileylənən Gülnar nənə bildirirdi ki, yaşadığı ev ona məxsus deyil, gec-tez tərk etməli olacaq. Qızıgilin ailəsi isə böyük olduğundan, onlarla birgə yaşayışı mümkünsüzdür: "Körpə uşaqları var. Özüm də şəkər xəstəsiyəm. Vaxtlı - vaxtında dərman qəbul edə, istədiyimdə yata bilmirəm". Redaksiyadan xahiş edirdi ki, onun mənzillə təmin olunması istəyini kütləvi informasiya vasitələrində ictimailəşdirərək aidiyyati qurumların rəhbər vəzifəlilərinin diqqətinə çatdıraq.
Məqalənin yekununda ümid ifadə etmişdik ki, yəqin, ömrünün payızını yaşayan Gülnar Yusifovanın ahıllığı və xəstəliyi nəzərə alınar, arzulamışdıq ki, ona və onunla eyni dərddə olan soydaşlarımıza həm təzə mənzilə köçmək, həm də düşmən üzərində qazanacağımız qələbəni, torpaqlarımızın düşmən işğalından azad olunacağı günü görmək qismət olsun.
Məqalə dərc olunandan sonra məktubla müraciət etdiyimiz Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər şöbəsindən G.Yusifovaya məktub yazılıb ki, o, mənzil növbəsindədir, evlə təmin olunacaq.
Amma Gülnar nənə növbə gözləməkdə olsun, bir tərəfdən Sumqayıt Şəhər Məhkəməsi 04 noyabr 2019-cu il tarixdə iddiaçı Behbudov Füzuli Gəray oğlunun "mənzildən çıxarılma" tələbini təmin edərək, Gülnar Yusifovanın köçkün kimi məskunlaşdığı, Füzuli Behbudova məxsus, Sumqayıt şəhəri, 9-cu mkr., ev 31, mən. 63 ünvandakı mənzildən çıxarılması barədə Qətnamə qəbul etmişdir. Gülnar Yusifova apellyasiya şikayəti verməmək qərarına gəlmiş, mənzili sahibinə təhvil vermişdir.
Bu dəfə qəzetimizn tribunasından üzünü ölkə rəhbərliyinə - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya tutub xahiş edir ki, onun kiminsə mülkiyyət hüququnu tapdalamaq fikri olmayıb, amma bu yaşında qoltuqlarda qalan halı da yoxdur. Odur ki, mümkünsə, onun yaşını və xəstəliyini nəzərə alıb mənzil növbəsində qabağa salsınlar.

Korrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə-TƏBRİKNAMƏ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə-TƏBRİKNAMƏ
Avtobuslarda da bank kartı ilə ödəniş edəcəyik
Avtobuslarda da bank kartı ilə ödəniş edəcəyik
Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri
Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri
Bəkir Orucovla bağlı QƏRAR
Bəkir Orucovla bağlı QƏRAR
“Turan ordusu” Azərbaycana toplaşır - yeni güc mərkəzi
“Turan ordusu” Azərbaycana toplaşır - yeni güc mərkəzi
Azərbaycanda bu vəzifəli şəxslərə cinayət işi açıldı
Azərbaycanda bu vəzifəli şəxslərə cinayət işi açıldı
Laçında və Zəfər yürüşü keçirilir+FOTO!
Laçında və Zəfər yürüşü keçirilir+FOTO!
“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə - YENİLƏNİB
“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə - YENİLƏNİB