Azərbaycan İdeyası

İran Küveytdə yanacaq terminalına və elektrik stansiyasına zərbələr endirib

Tarix:Bu gün, 14:00
Baxış Sayı:2

İran Küveytdə yanacaq terminalına və elektrik stansiyasına zərbələr endirib
Küveyt ərazisindəki daha bir su şirinləşdirmə və elektrik enerjisi istehsalı müəssisəsi İranın endirdiyi zərbələr səbəbindən zərər görüb. Bu, son günlər ərzində hədəfə alınan ikinci belə obyektdir.

Hadisə ilə bağlı Küveytin Su Ehtiyatları, Bərpaolunan Enerji Mənbələri və Elektrik Energetikası Nazirliyi rəsmi açıqlama yayıb.

Nazirliyin bildirilib ki, İran tərəfindən Küveyt Dövlətinə edilən hücumlar nəticəsində növbəti dəniz suyunu şirinləşdirmə və elektrik stansiyası zərbəyə məruz qalıb və stansiyalarda yanğınlar qeydə alınıb.

Əlavə edilir ki, enerji şəbəkəsinin dayanıqlığını qorumaq və işçilərin təhlükəsizliyini təmin etmək üçün aidiyyəti qurumlar tərəfindən bir sıra istehsal aqreqatları dayandırılıb. İndi ərazidə xilasetmə və yanğından mühafizə briqadaları fəaliyyət göstərir.

Bərpa prosesi gedən zaman sistemdə yaranan gərginliyi minimuma endirmək məqsədilə nazirlik vətəndaşlardan ən çox istifadə olunan saatlarda (yerli vaxtla saat 11:00-17:00) elektrik enerjisinə qənaət etmələrini xahiş edib.

Silahlı Qüvvələrin Baş Qərargahından verilən bilgiyə əsasən, Küveytin hava hücumundan müdafiə qüvvələri gün başlanandan bəri artıq dördüncü dəfədir ki, İrana məxsus PUA-ların və raketlərin qarşısını almağa cəhd göstərir.

İranın "Tasnim" agentliyinin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytin cənub hissəsində yerləşən Əl-Əhmədi şəhərindəki yanacaq terminalına hücum təşkil edib. Həmçinin SEPAH iddia edir ki, hədəfə alınan bu obyekt ABŞ hərbi dəniz qüvvələrinin yanacaq təchizatını həyata keçirir.

Küveyt ordusunun mətbuat mərkəzi "X" sosial media platformasında İran tərəfindən göndərilən PUA-ların zərərsizləşdirildiyini bəyan edib.

Bundan əlavə bildirilir ki, Küveyt beynəlxalq hava limanında yaranmış məhdudiyyətlərlə əlaqədar olaraq, "Kuwait Airways" şirkəti planlaşdırılan uçuşların böyük bir qismini təxirə salmaq məcburiyyətində qalıb.

10:44

Küveyt son 24 saat ərzində İran tərəfindən həyata keçirilən üçüncü hücumun qarşısını aldığını bəyan edib.

Ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata əsasən, Hava Hücumundan Müdafiə (HHM) qüvvələri düşmənin PUA və raketlərini havada zərərsizləşdiriblər.

Baş Qərargahın "X" platformasında paylaşdığı rəsmi bəyanatda qeyd edilib ki, hazırda Küveytin HHM vasitələri davam edən zərbələri uğurla dəf edir.

OXŞAR XƏBƏRLƏR
İran Küveytdə yanacaq terminalına və elektrik stansiyasına zərbələr endirib
İran Küveytdə yanacaq terminalına və elektrik stansiyasına zərbələr endirib
Hacı Murad Yagizarovun anadan olmasından 87 il ötür
Hacı Murad Yagizarovun anadan olmasından 87 il ötür
Həftəsonu istirahətə gedən VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ
Həftəsonu istirahətə gedən VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ
Azərbaycan neftinin qiymətində CİDDİ ARTIM
Azərbaycan neftinin qiymətində CİDDİ ARTIM
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
Xəstəxananın həyətində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Tibbi tullantılar və orqan qalıqları günlərlə yığılıb qalır
Xəstəxananın həyətində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Tibbi tullantılar və orqan qalıqları günlərlə yığılıb qalır
Venesuelada zəlzələ qurbanlarının sayı beş mini ötdü
Venesuelada zəlzələ qurbanlarının sayı beş mini ötdü