Azərbaycan İdeyası

Qaynatası ilə yatağa girən qadın oğlunu boğdu - FOTO

Tarix:21-10-2016, 11:56
Baxış Sayı:403

Qaynatası ilə yatağa girən qadın oğlunu boğdu - FOTO
İtaliya mediası bu məhkəmə prosesini "ilin ən dəhşətli, ən əxlaqsız hadisəsi" kimi dəyərləndirir. Cinayəti törətməkdə suçlanan qadın çox ciddi mühafizə olunan həbsxanaya, təkadamlıq kameraya yerləşdirilib. Polis bu qadının həbsxanada öldürüləcəyindən ehtiyatlanaraq onu sutkada 24 saat müşahidə edir.

Həmin qadın 2014-cü ilin noyabrın 9-da oğlunu boğaraq qətlə yetirmiş Veronika Panarellodur. Olay Siciliya adasındakı Raquza bölgəsində, Santa Kroçe-Kamerina şəhərində baş verib. Veronika Panarello iki il əvvəl, noyabrın 29-da polisə yollanaraq 8 yaşlı oğlu Loris Stivalın məktəbdən qayıtmadığını deyib.



"Həmişəki kimi, məktəbə getdim. Gözlədim, oğlum məktəbdən çıxmadı. Oğlum itib, yoxdur. Mənə kömək edin, oğlumu tapın!" - 32 yaşlı Veronika Panarello polis idarəsində hönkürür, yalvarır, qışqırırdı. Polis axtarışlara başlayıb. İki gün sonra balaca Lorisin cəsədi şəhərin kənarındakı su kanalında tapılıb.

Ekspertiza göstərdi ki, 8 yaşlı oğlanın boynuna elektrik kabeli salınıb və o, bu minvalla boğularaq öldürülüb. Bir həftə sonra isə polis Veronika Panarellonu həbs edib. O, oğlunu qətlə yetirməkdə suçlanırdı.

İstintaq materiallarına görə, Veronika Panarello qaynatası Andrea Stivalla "eşq macərası" yaşayıb. Əri işə gedəndən sonra Veronika yataq otağında qaynatası ilə "birgə istirahət" edirmiş. Günlərin birində məktəbdən vaxtından tez dönən Loris anasını və babasını yataqda, cinsi əlaqədə olarkən görür. Uşaq qışqıranda Veronika ilə qaynatası "ələ keçdikləri"ni anlayırlar.

Andrea Stivalın "məsləhət"i ilə Veronika oğlunu tutur, dəhlizdəki elektrik kabeli ilə boğaraq öldürür. Sonra isə qaynata ilə gəlin uşağın cəsədini şəhər kənarındakı kanala atırlar.

Veronika Panarello 30 il müddətinə azadlıqdan məhrum olunub. Onun qaynatası A.Stivala hökm bu günlərdə oxunacaq. Veronikanın artıq sabiq əri, onu ötən il boşamış şəxs şərh verməkdən boyun qaçırıb. //Milli.Az
Qaynatası ilə yatağa girən qadın oğlunu boğdu - FOTO
Qaynatası ilə yatağa girən qadın oğlunu boğdu - FOTO

OXŞAR XƏBƏRLƏR
Vergilər azaldılsa, maaşlar artacaq - TƏKLİF
Vergilər azaldılsa, maaşlar artacaq - TƏKLİF
Prezidentdən həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM
Prezidentdən həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM
Polis şəhid məzarlarından oğurluq edənləri SAXLADI - VİDEO + FOTOLAR
Polis şəhid məzarlarından oğurluq edənləri SAXLADI - VİDEO + FOTOLAR
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Elşad Abdullayev HAKİM QARŞISINDA
Elşad Abdullayev HAKİM QARŞISINDA
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə