Azərbaycan İdeyası

Rusiyada adam öldürdü, Bakıda iki nəfəri bıçaqladı - MƏHKƏMƏ İŞİ

Tarix:1-08-2019, 16:00
Baxış Sayı:202

Rusiyada adam öldürdü, Bakıda iki nəfəri bıçaqladı - MƏHKƏMƏ İŞİ
KORRUPSİYA-Q.AZ
ldürməkdə təqsirləndirilən Gündüz Aslanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Məhkəmə hazırlıq iclası avqust ayının 6-na təyin olunub.

Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyayat-axtarış tədbirləri nəticəsində qətldə təqsirləndirilən, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Gündüz Çingiz oğlu Aslanov tutulub. Gündüz Aslanov 2015-ci ildə Rusiya Federasiyasında 1992-ci il təvəllüdlü Mübariz Nadir oğlu Səlimovu aralarında yaranan münaqişə zəminində öldürüb.
2016-cı il tarixdə Gündüz Aslanov barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və axtarışa verilib.
Bakıya gələn Gündüz Aslanov burada da cinayət törədib.

Belə ki, o, 2016-cı ilin dekabrında paytaxtın Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Fərid Quliyev və onun həmyaşıdı olan dostu, Füzuli rayon sakini Vüqar Zeynalzadəni bıçaqlayıb.

Təqsirləndirilən şəxs Gündüz Aslanovun əməli 2018-ci ildə Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilərək barəsində axtarış elan olunub.

Milli.Az

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI