Azərbaycan İdeyası

Ombudsman bəyanat

Tarix:15-01-2020, 15:43
Baxış Sayı:74



Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.
Ombudsman Aparatından Qaynarinfo-ya verilən bəyanatda bildirilib ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən xəbərdarlıq edilmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkənin digər şəhər və rayonlarına tanklar və digər ağır hərbi texnikalar yeridilib, dinc əhali atəşə tutulub, milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 150 nəfər silahsız mülki şəxs, o cümlədən uşaqlar, qadınlar və yaşlılar amansızcasına öldürülüb, hətta yaralıları çıxaran təcili tibbi yardım maşınları silahlı hücuma məruz qalıb, qadağan edilmiş silah və sursatdan istifadə edilib.
"Paytaxt və başqa ərazilərdə 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Hadisə ilə bağlı məlumatın əhalidən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi təxribat nəticəsində Respublika televiziyasının enerji bloku partladılıb.
20 Yanvar faciəsini törədən cinayətkarların ədalət mühakiməsinə cəlb olunması üçün kifayət qədər hüquqi əsaslar mövcuddur. Bu hadisə hər şeydən əvvəl BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktıdır. Eyni zamanda, 20 Yanvar faciəsi Beynəlxalq Cinayət Məhkəməsi Statutunun 7-ci maddəsinə əsasən insanlıq əleyhinə cinayət kimi tövsif edilə bilər. Çünki hadisə zamanı insanlar məhv edilib, məcburi yoxa çıxarılıb, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilib, işgəncə, qəsdən güclü iztirablara səbəbolma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlərə yol verilib.
20 Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər, eyni zamanda bu qətliamın icrasına əmr verənlərin və törədənlərin, xüsusilə də o vaxtkı SSRİ rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur. Azərbaycan Respublikası 20 Yanvar faciəsi ilə əlaqədar reallıqları, qətliamı törədənlərin cəzalandırılmasının zəruriliyini dünya ictimaiyyətinin diqqətinə təqdim edir.
Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri, o cümlədən qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan artıq soydaşımızın hüquqlarının pozulması faktı beynəlxalq birliyin nəzərinə çatdırılır”, - deyə bəyanatda qeyd olunub.
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir