Azərbaycan İdeyası

MƏLEYKƏ ABBASZADƏDƏN YENI IMTAHAN QRAFIKLƏRI ILƏ BAĞLI MÜHÜM AÇIQLAMA - VİDEO

Tarix:22-04-2020, 12:13
Baxış Sayı:75


“Yeni imtahanların qrafiki tərtib olunan zaman proqramları Təhsil Nazirliyi ilə razılaşdıracağıq”.
Korrupsiya-q.az oxu.az-a istinadən məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə pandemiya dövründə qurumun fəaliyyəti, təxirə salınan imtahanlar, gələcək işlər və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, proqramdan nə isə çıxarmaq və əlavə etmək mümkündür:
“Məsələn, biologiyada virusla bağlı suallar da olacaq. Hər bir imtahan elan ediləndə proqramın təsdiqlənməsini və ya mövzuların çıxarılıb-salınacağını deyəcəyik. Qiymətləndirmənin əsas prinsipi - ədalətliliyi qoruyub-saxlayacağıq”.
Sədr bildirib ki, mart ayında doqquzuncu, aprel ayında isə 11-ci siniflər üçün imtahanlar keçirilməli idi:
“İmtahanla bağlı proqramlar isə noyabr, dekabr ayında nəzərdə tutulub. Şagirdlər onlayn və televiziyada olan dərslərdə iştirak edirlər.
Karantin dövründə 150-dən çox dərs “YouTube” kanalında yerləşdirilib. Kimsə dərsdə iştirak etməyibsə, kanalımızda dərsi tapıb yenidən baxa bilər. Dərslərin iki ay olmaması şagirdlərə psixoloji cəhətdən təsir edir, amma həmin şagirdlərin dərsi mənimsəməsi üçün şərait yaradılıb”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı