Azərbaycan İdeyası

Vüqar Səfərlinin “Mövqe”yi bağlandı

Tarix:7-01-2021, 14:12
Baxış Sayı:56


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişaffına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərliyə məxsus "Mövqe” qəzeti fəaliyyətini dayandırıb.
Korrupsiya-q.az xəbər verir ki, redaksiya rəhbərliyi "Mövqe”nin bağlanmasını maliyyət problemi ilə əlaqələndirib.
Qeyd edək ki, "Mövqe” qəzeti ciddi oxucu kütləsinə və cəmiyyətdə hər hansı nüfuza malik olmasa da, Vüqar Səfərlinin KİVDF-yə rəhbərlik etdiyi uzun müddət ərzində Fonddan ən yüksək kateqoriya üzrə maliyyə yardımı alan nəşrlər sırasında olub.
KİVDF sədri olarkən, V.Səfərli vəzifə səlahiyyətlərindən istifadə edərək, "Mövqe” qəzetini nazirliklərə məcburi abunə yazdırdığı üçün çap və digər xərcləri elə qəzetin satışından gələn gəlirlə ödənilib. Bu ildən etibarən isə bütün nazirliklər və digər dövlət qurumları ən yaxşı halda Moskvaya gedən pomidor yeşiklərini bəzəyən "Mövqe”dən imtina edib.

(yeniçağ)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı