Azərbaycan İdeyası

Deputatın qohumu aldatdığı adama baş prokorurluğa rüşvət vermək məcburiyyətində qaldığını etiraf edib.

Tarix:26-07-2022, 12:25
Baxış Sayı:1 298

Əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, burada cinayət tərkibi yaranmır, kreditor və borclunun qarşılıqlı münasibətləri isə mülki qanunvericilik əsasında tənzimlənməlidir. Bəs borclu öz borcunu verə bilməməsini (və yaxud, aldığı pulun qarşılığında vəd etdiyi işi görməməsini) törətdiyi başqa bir cinayətə görə məsuliyyətdən yayınmaq üçün rüşvət ödəməsi ilə əlaqələndirməsi necə, cinayət tərkibi yaratmırmı?
Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Ə.Kərim küçəsi, ev 9, mənzil 89 ünvanda yaşayan Yəhyayev Fərid Əliməmməd oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək bildirmişdir ki, maşın almaq üçün dostu Əsgərov Elçin Arif oğlunun vasitəçiliyi ilə Xuduzadə Qoşqar Camal oğlu ilə tanış olub. Yazır ki, Qoşqar ona maşını Bakıdakı qiymətdən daha ucuz alacağını, xaricdən gətirəcəyini vəd edib: “Mən pulu verməkdə tərəddüd etdim və onu yaxşı tanımadığım üçün pulu vermək istəmədim. Sonradan Xuduzadə Qoşqar mənə dedi ki, heç bir narahatçılıq ola bilməz. Qoşqarın dediyinə əsasən atası Suraxanı rayonu N.A. Əliyev adına 282 nömrəli tam orta məktəbin direktoru Əlirzayev Camal Xuduş oğludur. Qaynatası Əvəz Əsgərov Suraxanı rayonunda yerləşən “Relax” restoranının sahibidir. Həyat yoldaşının dayısı deputat Məmmədov İqbal Nəriman oğludur. Bunları mənə dedikdən sonra mən ona inandım ki, bu cür vəzifəli şəxslərin qohumu məni aldada bilməz. Ümumi maşının dəyərini 44500 manat olaraq razılaşdıq. Birinci maşını xaricdən almaq üçün Xuduzadə Qoşqar Camal oğluna Əsgərov Elçin Arif oğlunun vasitəçiliyi ilə 2021-ci ilin aprel ayında 30000 manat verdim. Sonradan mənə maşının Bakıya gəldiyini söylədi və mənə maşını gömrük qeydiyyatından keçirmək üçün əlavə olaraq 14500 manat istədi. Mən də Əsgərov Elçin Arif oğlunun vasitəçiliyi ilə Xuduzadə Qoşqar Camal oğluna 2021-ci ilin sentyabr ayında 14500 manat verdim. Bir neçə gündən sonra onunla əlaqə saxlayıb maşın barədə soruşdum. Dedi ki, başıma iş gəlib, təcili görüşməliyik. Görüş zamanı bildirdi ki, adam vurmuşam, pulu prokurorluğa vermişəm ki, işin üstü bağlansın. Sən demə, heç maşın alınmayıb. Mənim bütün pulumu öz işinin bağlanmasına xərcləyib. Mən pulumu tələb eləsəm də, mənə pulu verə bilməyəcəyini söylədi. Dedim, bəs pulu mənə necə verəcəksən. Məndən aldığı pulu qaytara bilməyəcəyi və cinayət əməlini ört-basdır etmək üçün mənə notariusda borc müqaviləsi bağlamağı təklif etdi və mən də məcburiyyət qarşısında qalıb razılaşmalı oldum. Müqavilə 21.12.2021-ci ildə 44500 manat müqabilində 6 ayla ödəmək şərtilə bağlandı. Ancaq müqavilənin heç bir bəndinə əməl olunmadı, heç bir ödəniş edilmədi. Xuduzadə Qoşqar Camal oğlu nəinki mənə, dostum Elçin Əsgərova da 7000 manat verəcəyi var. Bildiyimə görə, çox adamlara borcu var”.
Fərid Yəhyayev problemin KİV-də ictimailəşdirilməsini, aidiyyəti orqanlara çatdırılmasını redaksiyamızdan xahiş etmişdir.
Əgər hər hansı bir prokuror Qoşqar Xuduzadədən rüşvət aldığını etiraf etməsə, onun Fərid Yəhyayevə münasibətdə dələduzluq etdiyi avtomatik sübuta yetəcək.
Qarşı tərəfində mövqeyini öyrənməyə hazırıq.
Mövzuya qayıdacağıq.
X.Ə,Quliyeva

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…