Azərbaycan İdeyası

Qazlı içkilərlə bağlı çaşdırıcı açıqlamalar: Xeyirdir, yoxsa ziyan? - FOTO

Tarix:5-04-2024, 10:23
Baxış Sayı:104


Dünyada ən çox satılan qidalar sırasında fastfud, içkilərdən isə qazlı olanlar liderdir. Ekspertlər iddia edirlər ki, sümüklərin möhkəmliyi və sıxlığına qida və içkilərin təsiri var. Belə ki, qanda fosforun səviyyəsi həddən artıq yüksək olduqda orqanizm kalsiumu sümüklərdən, dişlərdən alıb qana atır. Bu da sümüklərin boşalmasına səbəb olur. Elm adamlarının sözlərinə görə, son zamanlar kalsiumu sümüklərdən yuyub-aparan səbəblərdən biri də duzlu qidalar və qazlı içkilərdir. Çox miqdarda duz - natrium kalsiumun orqanizmdən sovrulmasını artırır, turşu mühit yaradır. Mütəmadi qazlı su içənlərin sümükləri isə tez kövrəkləşir, ümumi sümük kütləsi azalır, bu da orta yaşlarda fəsadlara gətirib çıxarır.
Çin və ABŞ alimləri daha çox qazlı və şəkərli içkilər üzərində tədqiqat aparırlar. Onların fikrincə, şəkər istehlakı ilə xərçəng xəstəlikləri arasında əlaqənin olma ehtimalı yüksəkdir. Gündə bir şüşə şirinləşdirilmiş içkinin koronar ürək xəstəliyi riskini 17%, ölüm riskini 4% artırdığı iddia olunur.

Müasir dövrdə sərinləşdirici effekt vermək üçün içkilərdə karbon dioksiddən istifadə edilir. Həmçinin, onların tərkibinə şəkər (saxaroza, qlükoza və fruktoza), şəkər əvəzləyiciləri, turşular (limon turşusu, alma turşusu və fosfor turşusu), meyvə şirəsi, dadlandırıcılar, rəngləndiricilər və uzun müddət saxlamaq üçün lazımi maddələr də daxildir.

Rusiyanın məşhur ürək cərrahı Leo Bokeriya isə qazlı içkiləri tövsiyə edir. Onun sözlərinə görə, insanın mədə-bağırsaq sistemində iki cür mikroblar olur - aerob və anaerob. Qazlı su içəndə həmin mikrobların yarısı məhv olur, çünki bu cür içkilərin tərkibində oksigenin miqdarı çoxdur və məhz həll olunmuş oksigen tez ayrılır və mikrobları öldürür.

Maraqlıdır, bu dilemmada düz olan hansıdır? Gündəlik istifadə etdiyimiz qazlı içkilər sağlamlığımıza yaxşı, yoxsa pis təsir göstərir?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlamasında bildirib ki, qazlı içkilərin orqanizmə təsiri onun tərkibindən asılıdır:
“Əvvəlcə onu bildirim ki, tərkibinə şəkər, eləcə də meyvə dadlandırıcıları əlavə edilmiş qazlı içkilər zərərlidir. Mineral qazlı içkilərin isə insan orqanizminə heç bir zərəri yoxdur.
Bütün dünyada qəbul olunub ki, şirəli, şirin qazlı sular insan sağlamlığına ciddi təhlükə yaradır. Bu, tədqiqatlarla sübuta yetirilib. Məsələn, 2021-ci ildə aparılan araşdırma Latın Amerikası ölkələrində şirəli içkilərin, xüsusilə uşaqlarda, dişlərin çürüməsinə, piylənməyə, ürək xəstəliklərinə səbəb olduğunu aşkarlayıb. Böyüklərdə isə ağızda pis qoxu yaratmaqla yanaşı, artrit, podaqra xəstəlikləri riskini artırdığı sübut olunub.
Sözügedən şirin qazlı içkilərin tərkibindəki dadlandırıcı maddələr, xüsusilə emulqatorlar, bol miqdarda şəkər insan orqanizminə ciddi toksiki təsir göstərir. Qazlı və şirin içkinin saxlanma şəraiti onun istehsal prosesindən, tərkibində olan maddələrdən asılı olaraq dəyişir. Bəzilərinin adi otaq temperaturunda, bəzilərinin isə soyuducuda saxlanması tövsiyə olunur.

Satışda şəkərsiz, qazlı, sodalı içkilər də var. Mədəsində yüksək turşuluq, reflüks, mədə yanması şikayəti olan insanlar bu içkiləri istehlak edirlər. Bu onların mədəsinə rahatlıq gətirir və müəyyən əlamətləri aradan qaldırır”.

Həkim-qastroenteroloq əlavə edib ki, qazlı, sodalı içkilərin yemək zamanı və ya yeməkdən dərhal sonra içilməsi tövsiyə olunmur:

“Çünki bu içkilərin tərkibi qələvi tərkibinə çox yaxın olduğu üçün həzm prosesini pozur, uzun müddət istifadədən sonra mədə və bağırsağa zərərli təsir göstərməyə başlayır. Qazlı içkilər mədənizə nə qədər rahatlıq, komfort gətirsə də, sonradan müəyyən yan təsirləri müşahidə olunacaq. Əgər mədənizdə narahatlıq hiss edirsinizsə, mütləq onun səbəbini araşdırmaq lazımdır. Bilmək lazımdır ki, bu, yüksək, yoxsa aşağı turşuluq səbəbindən yaranır. Bundan sonra qazlı içkilərdən istifadə edib-etməmək haqqında danışmaq olar”.

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA