Azərbaycan İdeyası

Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır

Tarix:2-05-2024, 14:33
Baxış Sayı:105

Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır

“Korrupsiya və Qanun” qəzetinin keçmiş əməkdaşı, qanunla jurnalistin qarşısına qoyulan tələblərə cavab vermədiyindən, redaksiyadan kənarlaşdırılan Vüqar Xəlilov bəzi hallarda jurnalist fəaliyyəti ilə vəkillik xidmətini qarışıq salır, məmur özbaşınalığı, bürokratik əngəllərlə üzləşən, hüquqları tapdalanan vətəndaşların problemlərini qəzetdə ictimailəşdirmək, aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq qarşılığında təmənna umurdu. Həmin işlərdən xəbər tutandan və onların jurnalist fəaliyyəti ilə bir araya sığmadığını biləndən sonra isə əməkdaşımızla yollarımızı ayırmağa qərar verdik.
Xəlilov işdən çıxandan sonra isə onun barəsində redaksiyamıza şikayətlər daxil olmağa başladı. Görünür, daha KİV-də işləmədiyi barədə məlumat alan vətəndaşlar onun müəyyən təmənna qarşılığında öz üzərinə götürdüyü, əslində isə səlahiyyətlərinə daxil olmayan öhdəlikləri yerinə yetirə bilməyəcəyini anlayıb narahat olmuşlar. Dəfələrlə olmuşdur ki, vətəndaşlar redaksiyamıza təşrif buyurub Vüqardan şikayətlənmişlər. Onlarla apardığımız izahat işləri nəticəsində redaksiyanın bu məsələlərə görə məsuliyyət daşımadığı, qəzetin işinin yalnız problemləri ictimailəşdirmək olması ilə razılaşmışlar. Öz növbəmizdə Vüqar Xəlilovu arayaraq mübahisələrin tez bir zamanda həlli üçün çalışmasını tövsiyə etmiş, hətta tərəflərin üzbəüz görüşlərini də təşkil etmişik. O isə yalnız az qisim vətəndaşlarla olan probleminin çözümünə nail olmuş, əksər şəxslərin isə ümidlərini yalançı vədlərlə qidalandırmaqda davam etmişdir.
Bütün bunlar barədə “Korrupsiya və Qanun” qəzetinin 8 iyul 2022-ci il tarixli, sayca 04(88)-ci nəşrində “SAHİL BABAYEVİN KƏSDİYİ PENSİYALARI ŞİRVANDA “JURNALİST” VÜQAR XƏLİLOV “BƏRPA” EDIR” sərlövhəli məqalə dərc olunmuşdu. Qəzet nüsxəsini müşayiətedici məktubla Baş Prokurorluğa göndərmişdik. Oradan da aidiyyəti üzrə Vüqar Xəlilovun sakini olduğu və işdən azad olunana qədər bölgə müxbiri kimi fəaliyyət göstərdiyi Şirvan şəhər prokuroruna yönləndirilmişdi. Məktubda ümid ifadə etmişdik ki, məqalədə ehtiva olunan məsələlərin Baş Prokurorluq səviyyəsində araşdırılması və hüquqi qiymət verilməsi təmin olunacaq.
Təəssüf ki, Şirvan şəhər prokuroru cənab Kamal Talıbov guya məqalədə “konkret cinayət faktlarının göstərilmədiyini və həmin faktların təsdiqlənməsi üçün şahidlərin adları qeyd edilmədiyin” səbəb göstərərək araşdırmanın aparılmasının mümkün olmadığını bildirdi. Bizə qəribə gəldi ki, Şirvan şəhər prokuroru konkret cinayət faktlarını sadalamağımızı, şahidlərin adlarını, atalarının adını, soyadlarını müfəssəl qeyd etməyimizi bizdən tələb etmədi. Heyf ki, o vaxt Şirvan şəhər prokuroru buna maraq göstərmədi. Bundan əlavə, şəhər prokurorunun Vüqar Xəlilova münasibətinin aşırı dərəcədə humanist olduğuna dəlalət edən əlamətlər ortaya çıxdı.
Vüqar Xəlilov isə cəzasızlıq şəraitində özünü “suda balıq kimi” hiss edir və redaksiyamıza qarşı qisas siyasəti həyata keçirir. Belə ki, o, ictimai təşkilat yaradaraq qəzetimizin Şirvan şəhərində abunəçilərinin sayının artmaması üçün əleyhimizə qarayaxma, antireklam kampaniyası aparır.

Baş redaktor: X.Ə. Quliyeva

OXŞAR XƏBƏRLƏR
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Qarlı hava qəzaları ARTIRIR – Ustadan sürücülərə XƏBƏRDARLIQ
Qarlı hava qəzaları ARTIRIR – Ustadan sürücülərə XƏBƏRDARLIQ
Qarlı hava nə vaxta qədər davam edəcək?
Qarlı hava nə vaxta qədər davam edəcək?
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır