Baş prokurorluğun İstintaq İdarəsində istintaq olunan 222006258 saylı cinayət işi üzrə zərərçəkən Məmmədov Eldar Nadirşah oğlu və onun səlahiyyətli nümayəndəsi Məmmədov Nadirşah Rəşid oğlu tərəfindən
Ə R İ Z Ə
Hörmətli cənab Kamran Əliyev!
Nəzərinizə çatdırıram ki, 2021-ci ilin iyun ayında 100 manat pula ehtiyacım olduğundan iş yoldaşım Caviddən borc verməsini xahiş etdikdə o, bildirdi ki, mənimlə gedək notariat kontoruna, bir nəfərə etibarnamə ver, sənə həmin məbləğdə borc verim. 17.06.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisinə gəlib, məndən savayı bir neçə nəfər də Talışinski Rövşən Nurəddin oğlu adlı, soyadlı şəxsə etibarnamə verdik. Həmin gün iş yoldaşım mənə 100 AZN məbləğində maliyyə vəsaiti verdi və təqribən bir aydan sonra, həmin məbləğdə pulu ona qaytardım. Təqribən bir il keçdikdən sonra mənə məlum oldu ki, Talışınski Rövşənin vasitəsiylə adlarını ilk dəfə eşitdim “NEMO FRUİT” və “FRUİT LAYM” MMC-lərə məni direktor vəzifəsinə təyin edilmişəm və nəticədə bir il ərzində həmin MMC-lərin ümumilikdə 1124006 (bir milyon yüz iyirmi dörd min altı) manat dövlətə vergi borcu yaranmışdır! ABB-dən Mərkəzi Banka daxil olan məlumat əsasında Mərkəzi Bankın Hüquq Şöbəsinin rəisi Məmmədov Rasim Rafiq oğlu tərəfindən müxtəlif vaxtlarda 19.03.2023; 16.01.2024; 24.01.2024; 08.02.2024-cü il tarixlərində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati protokollar tərtib edilməklə, guya direktoru olduğum həmin MMC-lər Nizami Rayon Məhkəməsinin 08.01.2024; 15.02.2024; 19.02.2024 və 28.03.2024-cü il tarixli qərarları ilə inzibati qaydada cərimə edilməklə, yuxarıda qeyd edilən 1.124006 manat məbləğində yaranan vergi borcunun 20% məbləğində vəsaitin dövlətə ödənilməsi öhdəliyi qoyulmuş və hər dəfə məni həmin inzibati işlər üzrə keçirilən məhkəmə iclaslarına MMC-nin nümayəndəsi kimi izahat vermək üçün dəvət etmişlər. Nizami Rayon Məhkəməsinin həmin qərarları qəbul edən hakimləri mənim məhkəmə iclaslarında verdiyim izahatlarımda qeyd etdiyim faktlara hüquqi qiymət vermədən “NEMO FRUİT” və “FRUİT LAYM” MMC-lərin faktiki fəaliyyət göstərib-göstərməməsinə və mənim-Məmmədov Eldar Nadirşah oğlunun kim tərəfindən, hansı əsasla həmin MMC-lərin direktoru vəzifəsinə təyin edilməyim faktlarına münasibət bildirib, hüquqi qiymət vermədən yuxarıda qeyd etdiyim tarixlərdə əsassız, saxta qərarlar qəbul etmişlər. Həmin qərarlardan verdiyim apellyasiya şikayətlərim əsasında isə Bakı Apellyasiya Məhkəməsinin saxtakar hakimi Həsən Əhmədov iki dəfə - 19.03.2024 və 08.05.2024-cü il tarixli, 3(103)-882/2024 saylı saxta, ədalətsiz 10 səhifəlik qərar qəbul etmiş, digər hakim Bəhramzadə Sabit Xanlar oğlu isə Həsən Hüseyn oğlu Əhmədovdan fərqli olaraq eyni mübahisə predmeti əsasında 10 səhifəlik 91 qanunvericilik aktını deyil, yalnız üç səhifəlik və İXM-nin 133.2.4; Mərkəzi Bankın İdarə heyətinin 28.11.2016-cı il tarixli, 45,1 saylı qərarını, yəni, cəmi iki normativ hüquqi akt tətbiq etməklə apellyasiya şikayətimin rədd edilməsi barədə qəsdən səhv nəticəyə gəlmişlər (Hər iki məhkəmə qərarını ərizəyə əlavə edirəm).
Qeyd etdiyim faktlardan savayı, adlarını qeyd etdiyim Bakı Apellyasiya Məhkəməsinin hakimləri həmin MMC-lərin fəaliyyətləri ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində 2024-cü ilin fevral-mart aylarında AZərbaycan Respublikası CM-nin 193.1; 2013.1 və 308.1-ci maddələri ilə 222006258 saylı cinayət işinin istintaqının aparıldığından məlumatlı olsalar da, vəzifə borclarına vicdanla yanaşaraq apellyasiya şikayətimin xahiş hissəsində yuxarıda adlarını qeyd etdiyim, direktoru olduğum MMC-lər və Mərkəzi Bank tərəfindən İXM-in 430-cu maddəsi ilə tərtib olunan inzibati protokollar əsasında ədalətsiz,saxta qərarlar qəbul edən Nizami Rayon Məhkəməsinin hakimləri barədə MPM-in 394.1 və 394.2-ci maddələrinin tələblərinə əsasən xüsusi qərardad çıxarıb prokurorluğa və Məhkəmə-Hüquq Şurasına göndərilməsini xahiş etdim, lakin, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd etdiyim tarixlərdə saxta, ədalətsiz qərarlar qəbul edən hakimlər - Həsən Əhmədov, Bəhramzadə Sabit vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, həmin qərarlarla faktiki olaraq həm direktoru olduğum MMC-lərin cinayət tərkibli fəaliyyətləri ilə bağlı, həm də Nizami Rayon Məhkəməsinin hakimlərinin işini hərtərəfli, obyektiv, tam araşdırılmadan saxta, ədalətsiz qərarlar qəbul etməklə törətfikləri cinayət əməllərinin üstünü gizlətmək qərarına gəlmişlər!!! İqtisadiyyat Nazirliyi yanında Deövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs kimi mənə - Məmmədov Eldar Nadirşah oğluna qarşı “ölkədən getmək hüquqnun məhdudlaşdırılması” barədə ərizəsi əsasında, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı məhkəmə baxış iclasınnda maraqlı şəxs kimi izahat verərkən bildirdim ki, “NEMO FRUİT” və “FRUİT LAYM” MMC-lər barədə məlumatım yoxdur və məni kim, hansı əsasla həmin MMC-lərə direktor vəzifəsinə təyin etməsindən də xəbərdar deyiləm. Hakim Alıyeva Həlimə izahatımda qeyd etdiyim bu faktlara da münasibət bildirib, hüquqi qiymət vermədən,hərtərəfli, nobyektiv araşdırma aparmadan vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qəbul etdiyi 03.03.2023-cü il tarixli,e-2-2(119)-3540,2023 saylı qətnamənin nəticə hissəsində qət edir: - “NEMO FRUİT” və “FRUİT LAYM” MMC-lərin 161630,63 (yüz altmış bir min altı yüz otuz manat 63 qəpik) manat məbləğində vergi borcunu dövlət büdcəsinə ÖDƏNİLƏNƏDƏK həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri - 08 may 1996-cı il təvəllüdlü Məmmədov Eldar Nadirşah oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın! Hakim Alıyeva Həlimə xanımın barəmdə qəbul etdiyi bu qətnamədə diqqətçəkən, şübhə doğuran digər fakt ondan ibarətdir ki, ərizəçi - Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xahiş edir ki, məhkəmə baxışı ərizəçinin nümayəndəsinin iştirakı olmadan, yəni, iddia tələbi üzrə izahatı tələb edilmədən keçirilsin! Niyə? Hakim Alıyeva Həlimə xanım, ən azı, ərizəçinin ərizəsində qeyd etdiyi hüquqi şəxslərin rəhbərinin - Məmmədov Eldar Nadirşah oğlunun kimliyinə, həmin hüquqi şəxslərin həqiqətən rəhbəri olub-olmamasına aydınlıq gətirmək, ümumiyyətlə, ərizəçinin Məmmədov Eldar Nadirşah oğlunu tanıyıb-tanımamasına hüquqi qiymət vermək məqsədiylə 5-10 dəqiqə də olsa, ərizəçinin onun iddiası əsasında keçirilən məhkəmə iclasında iştirak etməsini nə məqsədlə ərizəçidən tələb etmədi?! Bəlkə, hakim Alıyeva Həlimə xanım ərizəçinin ərizəsində maraqlı şəxs kimi qeyd etdiyi Məmmədov Eldar Nadirşah oğlu barəsində yazdıqları faktın saxta və mövcud olmadığından iş üzrə keçirilən məhkəmə iclasından xeyli əvvəl məlumat əldə etmişdir?!
Hörmətli Baş prokuror cənab Kamran Əliyev!
Mənə - Məmmədov Eldar Nadirşah oğluna qarşı yuxarıda qeyd etdiyim xüsusi ağır cinayət faktı üzrə araşdırmanın ilkin olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Baş İdarədə araşdırması faktını, daha sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətləri Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin Baş ədliyyə müşaviri cənab Ceyhun Nəsrullayev tərəfindən 22.02.2024-cü il tarixində araşdırrılmasının, hazırda isə həmin cinayət faktının Baş prokurorluğun istintaq idarəsində CM-in 193.1; 213.1 və 308.1-ci maddələri ilə istintaq olunmasını nəzərə alıb, cinayət işinin CPM-nin 84.5.3-cü maddəsinin tələbinə uyğun olaraq istintaqın hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin etmək məqsədiylə bir icraatda birləşdirilərək, həm də nəzərə alsaq ki, Məmmədov Eldar Nadirşah oğlunun “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edən vəzifəli şəxsin əməlində 307; 308 və 313-cü maddələrinin tərkibinin olduğunu da nəzərə alıb, həmin 222006258 saylı cinayət işinin bir icraatda birləşdirilərək Baş prokurorluq yanında Korrupsiyaya qarşı Baş idarənin icraatına verilməsi barədə müvafiq göstəriş verməyinizi xahiş edirəm.
Hörmətlə,
İmza: Məmmədov Eldar Nadirşah oğlu və onun səlahiyyətli nümayəndəsi Məmmədov Nadirşah Rəşid oğlu
səlahiyyətli nümayəndə Hüseynov Güloğlan Pəli oğlu
Tarix: 25.09.2024