Binəqədi rayonu, Azadlıq prospekti 180/20, mənzil 95 ünvanda yaşayan Niftullayev Məmmədəli Baxış oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, dələduzluq yolu ilə aldanılaraq pulunun ələ keçirilməsindən, müraciət etdiyi hüquq-mühafizə orqanları tərəfindən şikayətində ehtiva olunan hadisənin mülki xarakterli iş kimi tövsif olunmasından şikayətlənmiş, məsələnin ictimailəşdirilərək oxucu kütləsinə, aidiyyəti qurumlara çatdırılmasını xahiş etmişdir.
Müraciətdə bildirilir:
“2023-cü ilin təxminən may ayının axırlarında yaxın qohumum Əsgərov Əlizadə Zöhrab oğlu taksi fəaliyyəti ilə məşğul olacağı məqsədi ilə maşın tapmaqda ona kömək etməyimdən ötəri mənə müraciət etmişdi. Həmin ərəfədə Şirinov Yasın Zahir oğlu adlı şəxs mənim işlədiyim “Neftçilər” metro-stansiyasına yaxın ərazidə yerləşən kafeyə tez-tez gəlirdi və tanışları ilə tez-tez maşm arendaya verdıyindən danışırdı. Onun pul ilə maşın arendaya verdiyindən məlumatım olduğundan, mən qohumuma da maşın lazım olduğunu ona bidirmişdim. Mən maşın barəsində Yasinə bildirəndən təxminən 3-4 gün sonra şənbə günü Yasin mənə zəng etdi ki, bu gün 6-cı gündü, mən bankdan pul götürə bilmirəm, təsadüfən ucuz qiymətə maşın düşüb, sizin üçün alım. Həmin günü mənim üstümdə 3100 manat pul var idi. Yasin sürücüsünü maşın ilə yaşadığım evin yanına göndərdi və mən telefonda Yasin ilə video görüntüsü ilə danışa-danışa o göndərdiyi sürücüyə 3100 (üç min bir yüz) manat pulu sayıb verdim. Yasin mənə söz verdi ki, sizin üçün alacağım maşm çox əla maşındı, alıb verəcəm sizə. Mən də onun sözlərinə inanıb o dediyi sözləri qohumum Əlizadəyə zəng edib dedim. Pulu ona verəndən sonra mən ondan hər gün maşını tələb edirdim, lakin o, hər dəfə mənə yeni bir bəhanə gətirirdi. Təxminən 20-30 gündən sonra o, yenə mən işlədiyim kafeyə gəldi, yanmda gətirdiyi dostunun və mənimlə bir yerdə işləyən Samir adlı şəxsin yanında az qala ağlaya-ağlaya, yalvara- yalvara məndən xahiş etdi və dedi ki, “banditizm” idarəsi mənə ilişib, məni tutmaq istəyir, məni tutsalar, maşınınızı sizə verə bilməyəcəm. Mənə yalvardı ki, maşın almaq üçün 3100 manat pul vermisiniz, qohumuna da de, mənə 4000 (dörd min) manat da pul versin, gedim ”banditizm” idarəsində işimi həll edim, avqust ayının axırında maşınınızı sizə verəndə hesablaşarıq. Mən onun yanında qohumum Əlizadəyə zəng edib vəziyyəti ona danışdım. Əlizadə mənə dedi ki, Yasin pulun əvvəlini alıb, indi ona pul verməsək pulumuz batar, o tutulsa, nə ona verdiyimiz pulumuzu, nədə maşını ondan ala bilmərik. Mən məcbur olub 4000 (dörd min) manat pul tapıb Samirin yanında Yasinə verdim. Yasin 4000 manat pulu da məndən alandan sonra yenə başladı hər gün mənə yeni bir bəhanələr gətirərək məni aldatmağa. Qohumum Əsgərov Əlizadə götürmək istədiyi maşınm aqibətini hər dəfə məndən soruşanda mən də Yasindən maşını və yaxud 7100 manat pulu tələb edəndə o, tanışım Samirin yanında yüz dəfələrlə mənə söz verib ki, yaxm günlərdə ya maşınınızın, ya da pulunuzun məsələsini həll edəcəm. Lakin mən onun məni hər dəfə yalandan aldatdığını, mənə qarşı dələduzluq etdiyini biləndən sonra mən məcbur olub onun mənə və qohumum Əlizadəyə qarşı etdiyi dələduzluq əməlləri barəsində Azərbaycan Repsublikası DİN-nin BMCMİ-nə şikayət etdim. Şikayət ərizəm BMCMİ-dən araşdırılmasından ötəri aidiyyəti üzrə Xətai RPİ-nin 36-cı Polis İdarəsinə göndərildikdən sonra Yasin Bayram, Mirseyid və mənim tanımadığım 2 nəfər başqa şəxslərlə gəlib mənimlə görüşdülər, 25 adda tikinti materiallarının siyahısını, qiymətini və şəkillərini mobil telefonuma ataraq mənə and içib söz verdilər ki, ayın axırına qədər 10-15 gün müddətində sənə söz verdiyimiz maşın və yaxud, verdiyiniz 7100 manat pulunun əvəzində bu tikinti materiallarını sənə verəcəyik. Onlar hamısı mənə yalvardılar ki, Yasinin ailəsi yazıqdır, onu tutdurma. Hamısı mənə söz verib məni aldatdılar ki, gedək polis idarəsinə, şikayətini geri götür, dediyimiz tikinti materiallarının hamısını sənə veriləcəyinə biz söz veririk. Onlar bu barədə dəfələrlə mənim mobil telefonuma da zəng edib mənimlə danışıblar. Adlarını qeyd etdiyim dələduzlardan biri olan Bayram adlı şəxs mənimlə Polis bölməsinə müstəntiq Rəşad müəllimin yanına da gedib. Yasin və onun dələduz dəstə üzvləri məni aldadıb təhqiqatçı Rəşad müəllimin yanına göndərəndən sonra yenə başladılar hər dəfə bir bəhanə gətirib məni aldatmağa. Onlar məni aldadıb Rəşad müəllimin yanına göndərən gündən bu günə qədər nə pulumuzu geri qaytarmadılar, nə də aldatdığı maşmı bizə vermədilər. Onların bizi aldatmaları barəsində dəfələrlə təhqiqatçı Rəşad müəllimə bildirsəm də, əksinə, Rəşad müəllim mənim xəbərim olmadan “cinayət işinin başlanmasınm rədd olunması” barəsində qərar çıxarıb və qərarı çıxarmasını məndən gizli saxlamışdır. Mən dəfələrlə Polis idarəsinə gedib - gəlsəm də, təhqiqatçı rədd qərarı çıxarmasını məndən gizli saxlamışdı. Tanışlarım məni başa salandan sonra mən 36-cı Polis bölməsinin dəftərxanasına getdim. Mənə məlub oldu ki, məni aldadan dələduzlar təhqiqatçı Rəşad müəllim ilə danışıb razılığa gəlib məni aldadıblar. Təhqiqatçı Rəşad müəllimin məni aldadıb çıxardığı və məndən gizli saxladığı 16 fevral 2024-cü il tarixli rədd qərarını dəftərxanadan alandan sonra mənə məlum oldu ki, təhqiqatçı Rəşad müəllim dələduz Şirinov Yasin Zahir oğlunun və onun dələduz dostlarmın sifarişləri əsasında öz şəxsi maraqlarına görə əsassız, birtərəfli, məqsədli və obyektiv olmayan yalan “cinayət işinin başlanmasının rədd olunması barəsində” qərar çıxarmışdır”.
Şikayətçi Baş prokurorluğa, rayon prokuroruna, Daxili İşlər Nazirliyinə, rayon Polis İdarəsinə yazdığı ərizələrlər Xətai rayon Pİ-nin 36-cı Polis bölməsinin təhqiqatçısı polis baş leytenantı Rəşad Babayevin çıxarmış olduğu 16 fevral 2024-cü il tarixli “cinayət işinın başlanmasının rədd edilməsi” haqqındakı qərarın ləğv edilməsini, iş üzrə yenidən düzgün araşdırma aparılmasını, dələduz Şirinov Yasin Zahir oğluna və qeyrilərinə layiqli cəza verilməsini, dələduzluq yolu ilə onu aldadıb ələ keçirdikləri 7100 (yeddi min yüz) manat pulun onlardan alıb özünə qaytarılmasını xahiş edib.
Bundan sonra Xətai rayon Prokurorluğu tərəfindən 10 iyul 2024-cü il tarixdə təhqiqatçı Rəşad Babayevin çıxarmış olduğu rədd qərarı ləğv olunmuş və yenidən düzgün araşdırma aparılmasından ötəri Xətai rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilmişdir. Niftullayev yazır ki, şikayəti istintaq şöbəsində müstəntiq Həmid müəllim tərəfındən araşdırılır: “Lakin ləğv qərarı 16 iyul 2024-cü il tarixdə çıxarılmasına baxmayaraq, bu günə qədər müstəntiq Həmid müəllim qərar barəsində heç bir araşdırma aparmır. Məcbur olub şikayətim ilə əlaqədar yenə dəfələrlə Xətai rayon Polis İdarəsinə gedib gəlirəm. Lakin Həmid müəllim məni qəbul etmir, telefon zənglərimə cavab vermir. Mənə tək bir dəfə etinasizcasına deyib ki, mən nə etməliyəm, şikayətçi olduğun Yasini tapıb mənə versinlər, mən də öz işimi görüm. Deyir ki, Yasini mən tapa bilmirəm, get axtarışm işçiləri ilə özün danış, Yasini tapıb mənə versinlər. Mən məcbur olub yenə dəfələrlə Xətai rayon Prokurorluğuna gedib hörmətli prokuror Sərdar İmanov cənablarının qəbuluna düşmək istəmişəm. Məni Prokurorun böyük köməkçisi İsmayıl müəllim qəbul edib və mənə deyib ki, narahat olma, ərizəni polis idarəsinə göndərmişik, yenidən düzgün araşdırma aparılacaq. Mən məcbur olub İsmayıl müəllimin mənə dediklərinə əsasən mütəntiqin qəbuluna düşmək üçün təkrar Xətai rayon Polis İdarəsinə getmişəm. Polis İdarəsinin növbətçi hissəsinin işçiləri zəng edib mənim gəlməyimi Həmid müəllimə dedikdən sonra mənə deyiblər ki, Həmid müəllim burda yoxdur, özün zəng elə gəlməyini ona de. Mən onların yanında dəfələrlə müstəntiqə zənglər etmişəm, lakin müstəntiq yenə telefon zənglərinə cavab verməyib. Mən məcbur olub yenə Xətai rayon Prokurorluğuna getmişəm, hörmətli prokuror Sərdar İmanov cənablarının qəbuluna düşmək istəmişəm. Lakin yenə məni onun qəbuluna buraxmayıblar. Odur ki, mən məcbur olub kömək üçün təkrar olaraq hörmətli Prezidentimiz İlham Əliyev cənablanna, hörmətli Baş Prokuror Kamran Əliyev cənablarma, hörmətli prokuror Elşən Abbasov cənablarına, hörmətli nazir Vilayət Eyvazov cənablarına, hörmətli rəis Vaqif Müslümov cənablarına müraciət edirəm. Təkrar olaraq bir də yazıb Sizdən xahiş edirəm, göstəriş verdirin, Xətai rayon Polis İdarəsinin müstəntiqi Həmid müəllim məni az get-gələ salsın, az aldatsın, cinayət əməli törədən dələduzları qorumasın, müdafiə etməsin. Prokurorluğun çıxarmış olduğu qərara hörmətsizlik etməsin, düzgün araşdırma aparsın, mənim telefon zənglərimə cavab versin və məni qəbul etsin. Xətai rayonunun prokuroru hörmətli Sərdar İmanov cənablarından xahiş edirəm, göstəriş verdirin, məni Sizin qəbulunuza buraxsınlar, müxtəlif bəhanələr gətirib geri qaytarmasınlar. Məni aldadıb pulumu dələduzluq yolu ilə ələ keçirən dələduz Şirinov Yasin Zahir oğlunun yaşadığı ünvan və telefon nömrəsi bəlli olduğu halda onu Polis İdarəsinə gətirmirlər. Müstəntiq zərərçəkmışi yox, dələduzu qoruyur, müdafiə edir. Hörmətli Sərdar İmanov cənabları, Sizdən təkrar xahiş edirəm, məni qəbul edin. Xətai rayon Polis İdarəsinin müsəntiqinin məni qəbul etməməkdə məqsədi odur ki, gözləyir ki, araşdıracağı araşdırmanın prosessual müddəti bitsin və cinayətkarı tapa bilməməsini bəhanə edərək araşdırma haqqmda rədd qərarı çıxarsın”.
Redaksiya olaraq öz növbəmizdə Yasin Şirinovun polis tərəfindən axtarışının nə dərəcədə uğurlu aparıldığı barədə təsəvvürümüzü dəqiqləşdirmək üçün şikayətçinin axtarılan şəxsin telefon nömrəsi kimi təqdim etdiyi nömrəyə zəng etdik. Operator cavab verdi ki, nömrə təyin olunmayıb (Bu, əslində gözlənilən idi). Daha sonra yenə də şikayətçinin verdiyi məlumata əsasən, Yasin Şirinovun ailə üzvünə - qardaşına zəng etdik. Düşünürdük ki, Yasinin qardaşının telefonuna zəng çatar, çünki onun vəzifəli şəxs olduğu, gömrük xidmətində çalışdığı barədə məlumatlı idik. Dəstəyi qaldıran şəxs əvvəlcə qardaşından şikayət edildiyini, Yasinin hüquq-mühafizə orqanları tərəfindən axtarıldığından xəbərsiz olduğunu desə də, söhbətin sonrakı gedişində etiraf etdi ki, hətta bu barədə şikayətçi ilə də danışıqları olub. Lakin sonucda Yasinin yerini bilmədiyini, hansısa məlumatı olsa aidiyyətyi qurumlara xəbər verəcəyini vəd etdi.
Mövzuya qayıdacağıq.
Xuraman Quliyeva