Azərbaycan İdeyası

BİNƏQƏDİ NEFT ŞİRKƏTİNƏ SATILAN MƏHKƏMƏ hakimi: “Hüququ pozulan şəxs polisdən, prokurorluqdan və mətbuatdan kömək gözləməməlidir”

Tarix:Dünən, 14:19
Baxış Sayı:0

BİNƏQƏDİ NEFT ŞİRKƏTİNƏ SATILAN MƏHKƏMƏ hakimi: “Hüququ pozulan şəxs polisdən, prokurorluqdan və mətbuatdan kömək gözləməməlidir”
05.11.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı Fərzəliyev Əflatun İsi oğlunun, Cavabdehin nümayəndəsi Niftiyev Vüsal Nəbi oğlunun iştirakları ilə İddiaçı Fərzəliyev Əflatun İsi oğlunun cavabdeh “Binəqədi Oyl Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin tutulması" tələbinə dair iddia ərizəsi üzrə № e-2(001)-5752/2024 saylı mülki işə açıq məhkəmə iclasında baxmışdır.
İddiaçı Fərzəliyev Əflatun İsi oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirərək məhkəmədən, Fərzəliyev Əflatun İsi oğlunun işdən öz xahişi ilə azad edilməsi barədə “Binəqədi Oyl Kompani” Şirkətinin baş direktoru Sergey Naymışevin qəbul etdiyi HRR-171/22 saylı 30.11.2022-ci il və HRR 37/2 saylı, 31.01.2023-cü il tarixli əmrlərinin ləğv edilməsi, Fərzəliyev Əflatun İsi oğlunun işə bərpa olunması, 31.01.2023-cü ildən işə bərpa olunduğu anadək məcburi işburaxma dövrü üçün hər ay 500 manat əmək haqqının ödənilməsi, bir il beş ay müddətində keçirtdiyi mənəvi və psixoloji streslər nəticəsində 10000 manat mənəvi zərərin cavabdeh “Binəqədi Oyl Kompani” Şirkətindən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsi dəqiqləşdirildikdən sonra onunla əsaslandırılmışdır ki, 10.05.1988-ci il tarixli,"Binagadi" neft qaz çıxarma idarəsində quyuların təmiri sexinə 4-cü dərəcəli quyuların yeraltı və əsaslı təmirlərə hazırlanması üzrə operator vəzifəsinə qəbul edilmiş, həmin tarixdən, 30.11.2022-ci il tarixli ƏMR OHRR 174 saylı, 01.12.2022-ci il tarixli, HRQ-201/22 saylı və 31.01.2023-cü il tarixli № HRR-3/72 saylı Əmrlərlə, guya, öz xahişimlə işdən azad edildiyim tarixlərədək "Binagadi Oil Company" şirkətində qüsursuz, şirkətin daxili nizam-intizamlarına əməl etməklə işləmişdir. 35 il ərzində bir dəfə də olsun hər hansı təqsirli hərəkətə, xətaya yol vermədiyi səbəbindən intizam məsuliyyətinə cəlb edilmişdir. Bu faktın təsdiqi olaraq, nəticədə, həmin şirkətdə 29 il qüsursuz xidmətlərini nəzərə alıb, şirkətin Baş direktoru cənab Sergey Neymışevin 12.09.2017-ci il tarixində 128 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Prezidenti mərhum Heydər Əliyev 16.08.2001-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş peşə bayramı Neftçilər günü münasibəti ilə Azərbaycan Neft sənayesinin inkişafında böyük xidmətlərinə işinə olan layiqli münasibətinə görə Fəxri Fərmanla təltif edilmişdir. Baş direktor cənab Sergey Neymışevin ona göstərdiyi bu etimadından güc-qüvvət alıb, sonrakı illərdə də yüksək həvəslə işini qüsursuz davam etdirmişdir. Bu faktlara rəğmən 2023-cü ilin yanvar ayının 31-dək həmin şirkətdə vicdanla, iş rejiminə əməl etməklə işləmişdir. 2023-cü ilin yanvar ayının 31-də soyadını bilmədiyi Qahir adlı sex rəisi onu yanına çağırıb, “icazəsiz olaraq şirkətdə yük maşınına mil turbalar yükləyərkən nəzarət kameralarına düşdüyünü” demişdir. Həmin gün Qahir onu ofisə çağıraraq 19 ədəd mili icazəsiz yük maşınına (avtokrana) yüklədiyi barədə ondan izahat tələb etmişdir, halbuki, milləri və digər şirkətə məxsus materialları maşına yükləmək onun gündəlik işi olmuşdur. Millərin oğurlanıb-oğulanmamasına nəzarət etmək isə onun işi, vəzifə borcu deyildi. Qahir adlı sex rəisinin şirkət işçisini vəzifədən çıxartmaq səlahiyyətinə malik olub-olmaması barədə məlumatı olmamışdır. Şirkətə məxsus millərin onun tərəfindən maşına yüklənilməsi faktının oğurluq hadisəsi olduğunu təsdiqləyən Qahir bəy, həmin faktdan təzyiq vasitəsi kimi istifadə edib, yaranmış vəziyyətdən çıxış yolu kimi ona öz xahişi ilə ərizə yazıb, işdən çıxmağı təklif etmişdir. O isə, onun bu təklifinin nəticələrini qısa zaman kəsiyində təhlil etmədən, hansı hüquqi nəticələrə gətirib çıxaracağının fərqinə varmadan onun təklifi ilə razılaşmaq məcburiyyətində qalıb, işdən çıxmağı barədə ərizə hazır imzalanıb, ona təqdim etmişdir! Bu ərizəni əsas kimi qəbul edib, pensiyaya çıxmağına 2 il qalmış 35 il şirkətdə qüsursuz işlədiyi halda, hansı sağlam məntiqlə, illərlə qüsursuz gördüyü işlərə rəsmən yük maşınına şirkətə məxsus milləri yüklədiyi faktını Qahir bəyin oğurluq hadisəsi kimi qiymətləndirdiyi səbəbindən, işdən öz xahişi ilə çıxmağı barədə ərizə yazmağının tam əsassız və yalnış olduğu qənaətinə gəlmişdir. Əflatun hesab edir ki, məhz,bu səbəbdən də, işdən çıxmağı barədə şirkətin rəhbərliyi tərəfindən iki ay müddətində 30.11.2022-ci ildən və 31.01.2023-cü ilədək iki dəfə ƏMR vermişdir. Bu fakt o, anlama gətirir ki, o, iki dəfə - 2022-ci ilin noyabr və 2023-cü ilin yanvar aylarında işdən azad edilməyi barədə şirkətin baş direktoru cənab Sergey Neymışevdən iki dəfə xahiş etmişdir! Yuxarıda qeyd etdiyi faktlar Fərzəliyev Əflatun İsi oğlunun 30.11.2022-ci ildə işdən öz xahişi ilə işdən azad edilməyi, həmin günün səhəri, yəni, 01.12.2022-ci ildə isə şirkətin "Quyuların yeraltı və əsaslı təmir sexinə quyuların təmirə hazırlanması sahəsinə 4-cü dərəcəli quyuların təmirə hazırlanması üzrə operator vəzifəsinə" qəbul edilməyi barədə ƏMRİN verilməsi və bu əmrin verildiyi tarixdən iki ay sonra, şirkətin Baş direktoru cənab Sergev Neymışevə ikinci dəfə 2023-cü ilin yanvar ayının 31-də işdən azad olunmağı barədə növbəti ərizə ilə müraciət etməsi faktları, onu işdən azad edilməyi barədə iki ay müddətində tərtib etdiyi - 31.01.2023-cü il tarixli, HRR-37/2 saylı ƏMR-ini Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndinin, 39.1, 69.4, 75.2 "a" bəndini və 75.2-ci maddələrinin tələblərini qəsdən pozmaqla qəbul edilmişdir! Hesab edir ki, məhz, bu səbəbdən də şirkətin Baş direktoru cənab Sergey Neymışev "Korrupsiya və Qanun" qəzetinin növbəti sorğusuna göndərdiyi 22.11.2023-cü il tarixli cavabında Fərzəliyev Əflatun İsi oğlunun tutduğu vəzifəsindən öz xahişi ilə, yalnız 21.11.2022-ci il tarixli ərizəsi əsasında 30.11.2022-ci il tarixli, HRR 171/22 saylı ƏMRİ ilə şirkətdə tutduğu vəzifəsindən azad edildiyini qeyd etdiyi halda, həmin günün səhərisi, yəni, 01.12.2022-ci ildə Fərzəliyev Əflatun İsi oğlunun adına verilən əmək kitabçasında "Quyuların yeraltı və əsaslı təmir sexinə quyuların təmirə hazırlanması sahəsinə 4-cü dərəcəli quyuların təmirə hazırlanması üzrə operator vəzifəsinə təyin edilməsi barədə 01.12.2022-ci il tarixli, HRRQ 204/22 saylı ƏMRİNİ, daha sonra, yəni, Fərzəliyev Əlatun İsi oğlunun növbəti dəfə öz xahişi ilə yazdığı ərizəsi əsasında iki ay keçdikdən sonra, ikinci dəfə 31.01.2023-cü il tarixli işdən azad edilməsi barədə verdiyi ƏMRİ qeyd etsə də, oğurluq faktını gizlədir!!! Əgər sex rəisi Qahirin barəsində dediyini - yəni, Ə.Fərzəliyev tərəfindən iş vaxtı şirkətə məxsus millər oğurlanmışdırsa və ya oğurlamağa cəhd göstərilmişdirsə, belə olan halda, onun bu oğurluq hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat vermək onun həm vəzifə, həm də vətəndaş borcu idi! Nə üçün o, bu faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmişdir?! Belə olan halda, Ə.Fərzəliyev işdən Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndi ilə deyil, 72-ci maddənin "f" bəndi ilə işdən azad edilməli idi. Bundan başqa, Fərzəliyev Əflatun İsi oğlu işdən azad edilməyi barədə şirkətin rəhbərliyinə ərizə ilə müraciət etdiyi halda, Əmək Məcəlləsinin 69-cu maddəsinin I bəndinin tələbinə uyğun bir ay müddətinə ona vaxt verilməli, həmin Məcəllənin 69-cu maddəsinin 4-cü bəndinin tələbinə əsasən isə bir ay müddətində istənilən vaxt onun ərizəsini geri götürmək hüququ olduğu halda, bu hüququ da Şirkətin rəhbərliyinin "öz xahişi ilə" işdən azad edilməyi barədə iki ay ərzində, yuxarıda qeyd etdiyi tarixlərdə qəbul etdiyi ƏMRLƏRLƏ kobud şəkildə pozulmuşdur! Bundan savayı, Azərbaycan Respublikasının Əmək Məcəlləsində vətəndaşın xahişi ilə işdən azad edilməsi barədə iki ay müddətində iki dəfə ƏMR verilməsi kimi hüquq norması nəzərdə tutulmayıb!!! Onun şirkətin Qahir adlı vəzifəli şəxsi tərəfindən şirkətə məxsus mil turbaları oğurlaması faktı ilə bağlı şərlənərək, təhdid edilərək, işdən azad edilməyi barədə xahişi ilə bağlı şirkətin rəhbərliyi Sergey Neymışevə ünvanladığı ərizəsi əsasında qəbul edilən əmrlərlə əlaqədar "Korrupsiya və Qanun” qəzeti tərəfindən üç dəfə 16.05.2023-cü il, 04.11.2023-cü il və 01.12.2023-cü il tarixlərində həmin qəzetin 27.05.2023-cü il tarixli, 05(97) saylı tarixinin 14- cü səhifəsində "Binəqədi neft şirkəti 35 ilin qüsursuz işçisini necə şərləyir" və 31.07.2023- cü il tarixli, 06(98)-ci nəşrinin 11-ci səhifəsində isə "Baş prokurorluq Binəqədi neft şirkətindəki qanunsuzluqlara niyə göz yumur?!" başlıqlı materiallar əlavə edilməklə, sorğular göndərilsə də, həmin jurnalist sorğularına, yalnız bir dəfə 02.1196 saylı, 22.11.2023-cü il tarixli "BİNAGADİ OİL COMPANY" şirkətinin baş direktoru cənab Sergey Neymışevin imzası ilə redaksiyaya cavab məktubu ünvanlanmışdır. Lakin, həmin cavab məktubunda isə şirkətin sex rəisi Qahir adlı vəzifəli şəxs tərəfindən şirkətə məxsus mil turbalarının şirkətin işçisi Fərzəliyev Əflatun İsi oğlu tərəfindən oğurlanması və ya bu cinayət faktının baş verməsinə cəhd göstərilməsi barədə heç nə yazılmayıb!
Həmçinin Əflatun bildirib ki, yaranmış mübahisənin əsl səbəbi onun da başqaları kimi əmək haqqının artırılması tələbi olmuşdur. Bunun davamında onu oğurluqda ittiham edib öz ərizəsi ilə işdən çıxarılmasına vadar ediblər. Hansı ki, o, savadsızlıqdan nəyə imza atdığının fərqinə varmamışdır. Daha sonra ona artıq işdən çıxarıldığını bildirərək, Şirkətə buraxmamışlar. İşdən çıxarıldıqdan sonra, ona əmək kitabçası verilsə də, işdən azad edilmə barədə əmr ona verilməmişdir. Niyə? Bundan sonra o, Prokurorluğa, Polisə şirkət barədə şikayətlər etmiş və daha sonra qəzetin redaksiyasına bu məsələni araşdırmaları barədə müraciət etmişdir. Redaksiyadan şirkətə dəfələrlə məktub yazılmış, işdən çıxarılma barədə ƏMR-in təqdim edilməsi tələb edilmiş, lakin, şirkət tərəfindən qəzetin müraciətlərinə cavab verilməmişdir. Daha sonra inzibati məhkəməyə iddia vermiş və iddiası mümkün sayılmadıqdan sonra mediasiyadan keçərək hazırki iddianı vermişdir. Onun işdən çıxarıldıqdan sonra məhkəməyə müraciət etməməyinin səbəbi həm əmrin ona verilməməsi, həm də mübahisəni məhkəmədən kənar həll etmək niyyəti olmuşdur.
İddiaçı cavabdehin etirazına münasibətdə yazılı mülahizəsində qeyd etmişdir: İş üzrə cavabdehin nümayəndəsi İsgəndərov Vüqar Vaqif oğlu etibardan sui istifadə edərək, məhkəməyə təqdim etdiyim iddia ərizəmə, yuxarıda qeyd etdiyim tarixlərdə yazdığı etirazlazlarında bilərəkdən aşağıdakı saxtakarlığa yol vermişdir:
1. İsgəndərov Vüqar Vaqif oğlu iddia ərizəmə münasibətdə nə 22.02.2024-cü il tarixli Bakı İnzibati Məhkəməsinə, nə də hakim İlkin Əliyevə ünvanladığı 09.10.2024-cü il tarixli yazdığı etirazlarında Fərzəliyev Əflatun İsi oğlunun öz xahişi əsasında nə 30.11.2022-ci il tarixli, HRR 171/22 saylı işdən azad olunması barədə, nə də həmin əmrin verildiyi günün səhəri, yəni, 01.12.2022-ci il tarixli, HRA 201/22 saylı, başqa işə qəbul edilməyi barədə şirkətin Baş direktoru Sergey Neyimşev tərəfindən verilən əmrlərə münasibət bildirməkdən qəsdən yayınmışdır! Bu fakt onunla əlaqədardır ki, hüquqşünas cənab Vüqar İsgəndərov dəqiq bilir ki, iki ay müddətində işçinin iki dəfə öz xahişi əsasında işindən azad edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmayıb!
2. "Hüquqşünas" İsgəndərov Vüqar Vaqif oğlu iddia ərizəmlə əlaqədar məhkəməyə ünvanladığı etirazlarında bilərəkdən yol verdiyi növbəti saxtakarlıq ondan ibarətdir ki, o, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndini tətbiq edərək, təsdiqləyir: - Bu maddənin birinci bəndində göstərilən haldan başqa,qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün fiziki şəxs hüququnun pozulduğunu aşkar edildiyi gündən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Daha sonra, İsgəndərov Vüqar Vaqif oğlu təsdiqləyir: - şirkətin kadrlar şöbəsinin qeydiyyat kitabında çıxarışdan göründüyü kimi, Fərzəliyev Əflatun isi oğlu HRR 37/23 saylı, 31.01.2023-cü il tarixli əmrin sürətini və əmək kitabçasının əslini, elə, həmin tarixdə, yəni, 31.01.2023-cü il tarixdə sözügedən kitaba imza etməklə almışdır. Bu fakt da həqiqəti əks etdirmir, yalandır! Belə ki, əmək kitabçam mənə 31.01.2023-cü il tarixində təqdim edilsə də, həmin tarixi, HRR 37/23 saylı əmrin sürəti isə iş üzrə bu ilin oktyabr ayının 9-da Binəqədi Rayon Məhkəməsində hazırlıq iclasının keçirildiyi vaxtadək mənə təqdim edilməmişdir! Yalnız hakim cənab İlkin Əliyevin tələbi əsasında məhkəmə qaydasında mübahisələndirdiyim, lakin məzmunu ilə tanış olmadığım əmrlərin sürətləri mənə şirkət tərəfindən təqdim edildi. Bu səbəbdən də cənab İsgəndərov Vüqar Vaqif oğlu barəmdə şirkətin Baş direktoru Sergey Neymışevin qəbul etdiyi öz xahişimlə işdən azad edilməyim barədə 30.11.2022-ci il tarixli, HRR 171/2022 saylı əmrin sürətinin mənə təqdim edilib-edilməməsi barədə isə susur! Cavabdeh tərəf "Binəqədi Oil Company" şirkətinin səlahiyyətli nümayəndəsi İsgəndərov Vüqar Vaqif oğlundan və hazırki iş məhkəmə baxışında araşdıran hakimdən sualları cavablandırılması tələb edilsin: -
1. Mən - iş üzrə iddiaçı Fərzəliyev Əflatun İsi oğlu, əgər, doğrudan da öz istək arzumla 30.11.2022-ci il tarixində öz xahişimlə işdən azad olunmağım barədə "Binəqədi Oil Company" şirkətinin Baş direktoruna həqiqətən də ərizə ilə müraciət etmişdimsə, həmin günün səhərisi, yəni, 01.12.2022-ci il tarixdə həmin şirkətdə başqa işlə təmin olunmağım barədə şirkətin rəhbərliyinə ərizə ilə müraciət etmədiyim halda, hansı əsasla Fərzəlivev Əflatun İsi oğlu barəsində şirkətin direktoru Sergey Neymışev 01.12.2022-ci il tarixində HRQ 204/22 saylı saylı əmr vermişdir?
2. "Binəqədi Oil Company" şirkətinin Baş direktoru cənab Sergey Neymışevin Fərzəliyev Əflatun İsi oğlu barəsində onun öz xahişi ilə vəzifəsindən azad edilməsi barədə qəbul etdiyi 30.11.2022 və 31.01.2023-cü il tarixli əmrlərin sürətlərini Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinin tələbinə əsasən - hüququn pozulmasının aşkar edildiyi gün-işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının verildiyi... gündür - tələbi qəsdən pozulmaqla nə məqsədlə 1 il 6 ay müddətində Fərzəliyev Əflatun İsi oğluna verilməyib, ondan gizlədilib?! Nə məqsədlə? Nəticə - İnsanlıq ləyaqətini itirən insan, şərəfsiz hüquqşünas olmalısan ki, cavabdeh şirkətin rəhbərliyi tərəfindən qəbul edilən əmrin (əmrlərin) qanunvericiliyin - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "a", "D", və 69-cu maddəsinin 1-ci və 5-ci bəndlərinin, eləcə də, 269-cu maddəsinin 3-cü bəndinin tələblərinin qəsdən və kobud şəkildə pozularaq bir il, bir il altı ay müddətində işçiyə həmin sənədlərin verilmədiyini dəqiq bildiyi halda, məhkəməyə ünvanladığı etirazında işçi tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə uyğun olaraq pozulan əmək hüququnun məhkəmə qaydasında mübahisələndirmək üçün nəzərdə tutulan bir ay müddətinin ötürüldüyünü əsas kimi qiymətləndirib, bu əsasla iddiaçının iddia ərizəsindən imtina edilməsini məhkəmədən xahiş edəsən!”
Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi yazılı qaydada təqdim edilən iddiaya etirazın dəlillərinə uyğun izahat vermiş və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir. Bundan əlavə bildirmişdir ki, iddiaçının istinad etdiyi oğurluqla bağlı onda hər hansı məlumat yoxdur və onun dedikləri formal mülahizələrdən ibarətdir. Bundan əlavə, iddiaçının istinad etdiyi kimi, qəzet redaksiyasından onlara daxil olmuş müraciətə zərurət görmədiklərindən cavab verilməmişdir. İddiaçı ona əmək kitabçası təqdim edilən zaman hansı əsasla əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı olmuşdur, çünki əmək kitabçasında bu barədə qeydiyyat aparılmışdır. 2022-ci ildəki əmr isə başqa işə keçirilməsi ilə bağlı olmuşdur.
Cavabdeh tərəf yazılı etirazında göstərmişlər ki, iddiaçı Fərzəliyev Əflatun İsi oğlu cavabdeh "Binəqədi Oyl Kompani" şirkətinin Azərbaycan Respublikasındakı filialına (bundan sonra "Cavabdeh" və ya "Şirkət") qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Şirkətin Fərzəliyev Əflatun İsi oğlunun öz xahişi ilə işdən azad olması barədə HRR 171/22 saylı, 30.11.2022- ci il tarixli, № HRR 37/2 saylı, 31.01.2023-cü il tarixli və Fərzəliyev Əflatun İsi oğlunun HRA 201/22 saylı, 01.12.2022-ci il tarixli əmrlərinə qanunsuz hüquqi qiymət verilməsini, Şirkətin üzərinə Fərzəliyev Əflatun İsi oğlunun işinə bərpa olunması öhdəliyi qoyulmasını, Fərzəliyev Əflatun İsi oğlunun 31.01.2023-cü ildən 31.06.2024-cü ilədək həmin müddət ərzində hər ay 500 manat olmaqla Şirkət tərəfindən ödənilməyən 8.500 manat məbləğində maddi ziyanın ödənilməsi və həmin şirkətin rəhbərliyinin Fərzəliyev Əflatun İsi oğlu barəsində verilən, yuxarıda qeyd edilən əmrlərin nəticəsində bir il beş ay müddətində keçirtdiyi mənəvi və psixoloji stresslər nəticəsində 10.000 manat məbləğində mənəvi ziyan, ümumilikdə, Fərzəliyev Əflatun İsi oğluna vurulan 18.500 manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi barədə Şirkətin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Cavabdehin mövqeyincə, iddia ərizəsi iddiaçı tərəfindən iddia müddəti ötürülməklə verimişdir. Belə ki, məlum olduğu kimi, həm Əmək Məcəlləsinin tələbinə, həm də illərlə formalaşmış məhkəmə təcrübəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Lakin, həm iddia ərizəsindən, həm də tərəfimizdən təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı Ə.Fərzəliyev Şirkətin 2022 və 2023-cü illərinin əmrlərini mübahisələndirərək onların ləğvini və həmin əmrlərin ləğvindən irəli gələ biləcək öhdəliklərin Şirkətin üzərinə qoyulmasını məhkəmədən tələb edir. Yəni, iddiaçı Şirkətin 30.11.2022-ci il və 31.01.2023-cü il tarixli Əmrlərini hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 ay müddətində mübahisələndirməli olduğu halda, bu ƏMR-lərin qəbul olunmasından 1 il 6 aydan artıq vaxt keçdikdən sonra onların qanunsuzluğu ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinin tələbinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-ci bəndinə görə isə, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin - (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bundan başqa, Şirkətin Kadrlar şöbəsinin qeydiyyat kitabından çıxarışdan göründüyü kimi, Fərzəliyev Əflatun İsi oğlu HRR 37/23 saylı, 31.01.2023-cü il tarixli əmrin surətini və əmək kitabçasının əslini elə həmin tarixdə, yəni 31.01.2023-cü ildə sözügedən kitaba imza etməklə almışdır (Qeydiyyat kitabından çıxarışın surəti əlavə olunur). Beləliklə, Əmək Qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarına əsaslanaraq hesab edirik ki, Ə.İ. Fərzəliyevin hüququnun pozulduğunu aşkar etdiyi gün Şirkətdən əmək kitabçasını aldığı və son haqq hesabının onun hesabına köçürüldüyü gün 31.01.2023-cü il tarixi olduğundan, o, həmin vaxtdan 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, göstərilən müddəti ötürməklə 1 il 6 aydan artıq müddətdən sonra Şirkətin sözügedən əmrlərini məhkəmədə mübahisələndirmişdir.
Təəssüflər olsun ki, məhkəmə cavabdeh şirkətin mövqeyini dəstəkləmiş, Ə.Fərzəliyevin şirkətdən əmək kitabçasını aldığı və son haqq hesabının onun hesabına köçürüldüyü gün 31.01.2023-cü il tarixi əsas götürmüş və belə qət etmişdir ki, həqiqətən də iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür: “Bununla belə, işçi hüquqlarının pozulduğunu aşkar etdiyi vaxtdan 1 il 7 ay sonra mediasiyaya, daha sonra isə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının fərdi əmək mübahisəsinin həlli ilə bağlı polis, prokurorluq orqanlarına müraciət etməsi, hər hansı mətbuat orqanından yardım gözləməsi, səhv məhkəmə aidiyyəti üzrə iddia verməsi 1 aylıq iddia müddətinin ötürülməsi üçün üzrlü səbəb hesab edilə bilməz!..” Lakin hakim İlkin Əliyev işçinin işdən azad edilməsi faktını bildiyi andan bir ay ərzində əmək qanunvericiliyinin yuxarıda qeyd edilən tələbinə əsasən ona işdən azad edilməyi barədə qəbul edilən ilk növbədə ƏMR (sərəncam, qərar) ona təqdim edildiyi an nəzərdə tutulduğunu qeyd etsə də, iddiaçı Fərzəliyev Əflatun İsi oğluna mübahisələndirdiyi əmrlərin ona cavabdeh şirkət tərəfin nə məqsədlə ötən 1 il 7 ay ərzində bildirib, hüquqi qiymət vermədən səhv nəticəyə gəlmişdir!!! Hakim İlkin Əliyev dəqiq bilirdi ki, iddiaçı Fərzəliyev Əflatun İsi oğlu tərəfindən ona təqdim edilmiş əmək kitabçasının deyil, onun barəsində qəbul edilmiş ƏMR-ləri mübahisələndirirdi!

Güloğlan Hüseynov, hüquqşünas


Apellyasiya Şikayəti

Bakı Apellyasiya Məhkəməsinə
Binəqədi Rayon Məhkəməsinin
05.11.2024-cü il tarixli,e-2-1(001)-5752/2024
saylı məhkəmə qətnaməsindən həmin iş üzrə
iddiaçı Fərzəliyev Əflatun İsi oğlu tərəfindən
( +994(50) 442 23 28 +9944; (50) 470 84 59)

Mənim - iş üzrə iddiaçı Fərzəliyev Əflatun İsi oğlunun iddia ərizəsi əsasında Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Əmək Məcəlləsinin 296.2 və 296.3-cü maddələrinin tələblərini qəsdən səhv tətbiq etməklə,eləcə də, oğurluq cinayət əməlləri törətməkdə ittiham edərək, hədə-qorxu gəlməklə öz ərizəmlə işdən azad edilməyim faktına münasibət bildirib, hüquqi qiymət vermədən 05.11.2024-cü il tarixli, e-2-1(001)-5752/2024 saylı ədalətsiz, saxta qətnamə qəbul edilmişdir. Bu qənaətimi aşağıdakı faktlarla əsalandırıram:
1.İddia əizəmdə cavabdehin “Binəqədi Oil Company” şirkətinin Qahir adlı şöbə müdiri 31.01.2023-cü il tarixində məni yanına çağırıb, icazəsiz olaraq şirkətdə yük maşınına mil turbalar yükləməyimlə əlaqədar izahat verməyi tələb etdi, o, bu faktla məni oğurluq etməkdə təqsirləndirərək, cinayət məsuliyyətindən kənarlaşmağım məqsədiylə işdən çıxmağım barədə ərizə yazmağımı mənə təklif etdi. O, bu məqsədlə məndən yazılmış hazır ərizəyə imza etməyimi tələb etdi və mən ona maşına mil turbaları və digər şirkətə məxsus əşyaların maşına yüklənməsinin mənim gündəlik işim olduğunu ona izah etsəm də, o israrla ərizəyə qol çəkməyi məndən tələb etdi! Mən isə Qahirin bu şər-böhtan əməllərindən keçirtdiyim əsəbi gərginliyin nəticəsində yaranmış vəziyyətdən çıxış yolu kimi, ani olaraq, fərqinə varmadan onun verdiyi hazır ərizəni imzaladım. Məhkəmə prosesində cavabdehin nümayəndəsi verdiyi izahatında bildirdi ki, iddiaçının istinad etdiyi oğrluqla bağlı onda hər-hansı məlumat yoxdur və onun dedikləri formal mülahizələrdən ibarətdir!!! Cavabdehin nümayəndəsi İsgəndərov Vüqarın bu cavabına aydınlıq gətirmək məqsədi ilə hakim İlkin Əliyev, əgər, həmin oğurluqla bağlı səndə hər-hansı məlumat yoxdursa, belə olan halda, sən nəyə əsaslanıb iddiaçının oğurluqda onun Qahir adlı şöbə müdiri tərəfindən təqsirləndirməsinin onun mülahizəsi olduğu qənaətinə gəlirsiniz-sualını verib, həmin oğurluq faktını axıradək aydınlaşdırmadı!!! Bundan savayı, cavabdehin nümayəndəsi Niftiyev Vüsal Nəbi oğlu izahatında qeyd etdiyi - “iddiaçının təsdiqlədiyi “Korrupsiya və Qanun” qəzeti redaksiyasından onlara daxil olmuş müraciətinə zərurət görmədikərindən cavab verilməmişdir!!! Nəzərə alsaq ki, həmin qəzetin 27.05.2023-cü il tarixli buraxılışında“Binəqədi neft şirkəti 35 ilin qüsursuz işçisini necə şərləyib” başlıqlı dərc olunan məqalədə həmin şirkətin Qahir adlı şöbə müdiri tərəfindən mənim oğurluqda şərləndiyim qeyd edilmişdir! İş üzrə keçirilən məhkəmə iclasında şirkətin nümayəndəsi Nifiyev Vüsal qəzetin səhifəsində iddiaçının oğuluq cinayət faktıyla şərləndiyindən məlumatlı olduğunu təsdiqləyərək, həmin oğurluq faktı barədə redaksiyadan şirkətə daxil olan müraciətə cavab verməyə zərurət görməmişlər!!! Cavabdehin nümayəndəsi Niftiyev Vüsal Nəbi oğlu bu cavabı ilə mənim iddia ərizəmi araşdıran hakim Əliyev İlkinə şirkət tərəfindən iddiaçı Fərzəliyev Əflatun İsi oğlunun oğurluq cinayət faktıyla şərlənərək, “öz xahişi” ilə işdən çıxarılmasına təhrik edildiyi faktının gizlədildiyi barədə məlumatlı olduğu təsdiqlənir. Hakim Əliyev İlkin isə öz növbəsində, iddiaçı Fərzəliyev Əflatun İsi oğlunun iddia ərizəsi hərtərəfli, obyektiv araşdırmaq niyyətində olmadığı səbəbindən cavabdehin nümayəndəsinin məhkəmə iclasında iş üzrə verdiyi aşkar yalan izahatına münasibət bildirib, nəinki hüquqi qiymət verməmiş, hətta, onun həqiqəti əks etdirməyən yalan faktlardan ibarət izahatını həqiqət kimi qəbul edir və işi obyektiv araşdırmaqdan,düzgün nəticəyə gəlməmişdir!!! Məhz, bu səbəbdən də, iddiaçı Fərzəliyev Əflatun İsi oğlu barəsində hansı səbəbdən cavabdeh “Binəqədi Oil Company” şirkətinin direktoru cənab Sergey Neymışev 2 ay müddətində 2 dəfə - 30.11.2022-ci il və iki aydan sonra, növbəti dəfə 31.01.2023-cü il tarixlərində Fərzəliyev Əflatun İsi oğlunun “öz xahişi ilə” işdən azad olunması barədə HRR37R və HRA 201/22 saylı ƏMR-lər imzalayır və 30.11.2022-ci il tarixdə Fərzəliyev Əflatunun işdən azad edilməsi barədə ƏMR imzaladıqdan sonra onunla şirkət arasında bağlanan əmək müqaviləsinə xitam verilmir, nə də əmək kitabçası iddiaçıya təqdim edilmir! Bundan başqa, cənab Sergey Neymışev, əlbəttə, şöbə müdiri Qahir adlı bölmə rəisinin səyi nəticəsində Fərzəliyev Əflatun İsi oğlu 30.11.2022-ci ildə “öz xahişi” ilə işdən çıxdıqdan bir gün sonra (!!!) iddiaçının öz xahişi ilə yazılan ərizəsi, istəyi-iradəsi olmadan 01.12.2022-ci ildə şirkətin direktoru Sergey Neymışev öz şəxsi maraqlarına, iradəsinə əsaslanaraq Fərzəliyev Əflatun İsi oğlunun 30.11.2022-ci il tarixdə şirkətdə işdən çıxardığı halda, onun başqa işlə təmin edilməsi barədə növbəti əmr imzalayır? ” Niyə? Nə məqsədlə? Əmək Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə əsasən Fərzəliyev Əflatun İsi oğlu öz xahişi ilə işdən azad edilməsi barədə verdiyi ərizəsi əsasında, əgər, doğrudan da işdən çıxarılmışsa, bir təqvim ayı müddətində barəmdə müvafiq ƏMR verildiyi halda, onun işə çıxmamaq və son haqq-hesabını aparılmasını tələb etmək hüququ yaranır! Əmək Məcəlləsinin həmin maddəsinin tələbinə uyğun olaraq mən - Fərzəliyev Əflatun İsi oğlu, doğrudan da 30.11.2022-ci il tarixində öz ərizəm əsasında işdən çıxarılmışdımsa, belə, ərizə yazmışdımsa nə məqsədlə əmək qanunvericiliyinin tələbləri cənab Sergey Neymışev tərəfindən kobud şəkildə pozularaq, onun tərəfindən Fərzəliyev Əflatun İsi oğlu həmin tarixdə işdən çıxarılarkən onunla şirkət arasında bağlanan əmək müqaviləsinə də xitam verilməmiş və onunla haqq-hesab aparılmamışdır?! Bu suala da aydınlıq gətirmək iş araşdıran hakim Əliyev İlkinin vəzifə borcu olsa da, o, bu faktı da araşdırıb, hüquqi qiymət verməkdən qəsdən yayınmışdır!!! İddiaçı Fərzəliyev Əflatun İsi oğlunun iddia ərizəsini hakim Əliyev İlkin işi araşdırarkən yuxarıda qeyd edilən ciddi əmək qanunvericiliyinin tələblərinin iş üzrə cavabdeh tərəfin olan “Binəqədi Oil Company” şirkətinin direktoru Sergey Neymışev tərəfindən iddiaçının öz xahişi ilə iki ay ərzində iki dəfə işdən çıxarılması, eləcə də, oğurluq faktlarını gizlətmək məqsədi ilə onun iddia tələbini rədd etməklə yol verdiyi vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə kimi törətdiyi cinayət əməllərini də gizlətmək məqsədi ilə ƏM-nin 296.2 və 296.3-cü maddələrinin tələblərini özünün cinayətkar niyyətlərinə uyğun tətbiq etmək qərarına gəlir! O,296.2-ci maddəsini tətbiq edərək,təsdiqləyir ki, ...fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə mürtaciət edə bilər. Əmək Məcəlləsinin 296.3-cü maddəsini tətbiq edərək təsdiqləyir ki, ...işçinin hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə ƏMR-in (sərəncamın, qərarın) əmək kitabçasının - bunu qaralayaraq xüsusi vurğulayır - haqq-hesab sənədlərinin əmək müqaviləsinin bu məcəllədə nəzərdə tutulmuş şərtlərinin işə götürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür! Əmək Məcəlləsinin 296.3-cü maddəsinin qeyd edilən tələbindən də görünür ki, qanunvericilik işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququnun yaranması ona yalnız əmək kitabçasının haqq-hesab sənədlərinin deyil, ilk növbədə ƏMRLƏRİN (qərarın, sərəncamın) işçiyə verildiyi aydan bir təqvim ayı ərzində işçinin pozulan hüquqlarıyla əlaqədar məhkəməyə müraciət etmək hüququna malik olduğunu təsdiqlədiyi halda, hakim Əliyev İlkin Əmək Məcəlləsinin qeyd edilən maddələrinin də tələblərini qəsdən pozaraq, cavabdeh şirkət tərəfindən iddiaçıya işdən çıxarılması barədə ƏMRLƏRİN ona bir il, bir il altı ay müddətində verilmədiyini dəqiq bildiyi halda, həmin əmrlərin nə məqsədlə 1 il 6 ay müddətində iddiaçıdan gizlədilməsi faktına münasibət bildirib, hüquqi qiymət vermədən ona qanunvericilik tərəfindən işdən qanunsuz çıxarılması faktını mübahisələndirmək üçün verilən bir ay müddətini cavabdeh tərəfindən əmək kitabçasının işdən ilk dəfə iki ay keçdikdən sonra, ikinci dəfə “öz ərizəsi” əsasında işdən çıxardıqdan sonra verilməsi faktıyla əsalandırır ki, bu fakt da hakim Əliyev İlkin Əli oğlunun iddiaçı Fərzəliyev Əflatun İsi oğlunun iddia ərizəsini araşdırarkən-ona qarşı münasibətdə qərəzli olduğunu və vəzifə saxtakarlığına, cinayət əməllərinə yol verdiyini təsdiqləyir!
Hakim Əliyev İlkin Əli oğlu dəqiq bilirdi ki, cavabdeh tərəf - “Binəqədi Oil Company” şirkətinin rəhbərliyinə qarşı iddiaçı Fərzəliyev Əflatun İsi oğlunun yazdığı iddia ərizəsini icraatına qəbul etdiyi vaxtdan təqribən 15-20 gün sonra, yalnız onun tərəfindən Fərzəliyev Əflatun İsi oğlunun öz ərizəsi ilə işdən azad edilməsi barədə cavabdeh şirkətə göndərdiyi məhkəmə sorğusundan sonra, həmin əmrlər məhkəməyə təqdim edilmişdir. Bu faktı da hakim Əliyev İlkin Əli oğlu iddiaçı Fərzəliyev Əflatun İsi oğlunun iddia ərizəsi əsasında qəbul etdiyi 05.11.2024-cü il tarixli, e-2(001)-5752/2024 saylı qətnamədə qəsdən qeyd etməmiş, gizlətmişdir!!! Əgər doğrudan da iddiaçı Fərzəliyev Əflatun İsi oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbi pozularaq həmin Məcəllədə nəzərdə tutulan bir ay müddəti ötürüldükdən sonra Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdirsə, belə olan halda, hakim İlkin Əliyev iddiaçı Fərzəliyev Əflatunun iddia ərizəsi əsasında araşdırma aparmadan həmin əsasla Azərbaycan Respublikası adından qərardad qəbul etməklə iddia ərizəsini nə üçün geri qaytarmamışdır? Bu sualın cavabı da cənab İlkin Əliyevdən soruşulmalıdır?!
Yuxarıda qeyd edilən faktları Azərbaycan Respublikası MPM-in 357-361-ci maddələrinin tələblərini əldə rəhbər tutub, Bakı Apellyasiya Məhkəməsindən
X A H İ Ş E D İ R Ə M:
1.Binəqədi Rayon Məhkəməsinin 05.11.2024-cü il tarixli, e-2-1(001)-5752/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə ədalətli, hüquqi qətnamə qəbul edilsin.

2.Hakim Əliyev İlkin Əli oğlunun cavabdeh “Binəqədi Oil Company” şirkətinə ünvanladığı sorğusu əsasında həmin şirkət tərəfindən məhkəməyə göndərilən ƏRİZƏLƏRİN mənim tərəfimdən kimdən sözündən sonrakı - əllə yazılan yazıların mənə məxsus olduğunu təsdiqləmək məqsədi ilə xətşünaslıq ekspertizası təyin edilməsi barədə qərar qəbul edilsin.
İşə əlavə edilir:
1.İşdən azad edilməyim barədə “Binəqədi Oil Company” şirkətinin filialının Baş direktoru Sergey Neymışevə mənim adımdan yazılan mənə imzalatdırılan öz xahişimlə 30.11.2022 və 31.01.2023-cü il tarixli ərizələr.
3.Apellyasiya şikayəti bir nüsxədə.

Qeyd: - İş üzrə keçirilən 05.11.2024-cü il tarixli məhkəmə iclasında hakim Əliyev İlkin mənə üzünü tutub, qətnamənin nəticə hissəsini elan etdikdən sonra bildirdi ki, qətnamə hazır olduqda sənə zəng edəcəyik, gəlib, götürərsən. Dekabr ayının 7-dək gözlədim, lakin məhkəmədən zəng edilmədiyindən, narahat olub, dekabr ayının 7-də Binəqədi Rayon Məhkəməsinə gəlib, iddia ərizəm əsasında qəbul edilən qətnaməni qəbul etdi. Elektron imzadan istifadə etməyi bacarmadığım səbəbindən onu saxlamaq məqsədi ilə nümayəndəm Hüseynov Güloğlan Pəli oğluna vermişdim. Bu faktı da nəzərə almağnızı xahiş erdirəm.
İmza: iş üzrə iddiaçı Fərzəliyev Əflatun İsi oğlu
Tarix: 18.12.2024.

OXŞAR XƏBƏRLƏR
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü alıb – aldatma ilə məşğuldur
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü alıb – aldatma ilə məşğuldur
Birinci Vitse-Prezidentə müraciət
Birinci Vitse-Prezidentə müraciət
BİNƏQƏDİ NEFT ŞİRKƏTİNƏ SATILAN MƏHKƏMƏ hakimi: “Hüququ pozulan şəxs polisdən, prokurorluqdan və mətbuatdan kömək gözləməməlidir”
BİNƏQƏDİ NEFT ŞİRKƏTİNƏ SATILAN MƏHKƏMƏ hakimi: “Hüququ pozulan şəxs polisdən, prokurorluqdan və mətbuatdan kömək gözləməməlidir”
İlham Əliyev – 63: Müzəffər Ali Baş Komandan
İlham Əliyev – 63: Müzəffər Ali Baş Komandan
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi faydasız qida əlavələri alverçiləri ilə bağlı sorğulardan niyə yayınır?
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi faydasız qida əlavələri alverçiləri ilə bağlı sorğulardan niyə yayınır?
Təlimçi müəllimi ölümlə hədələdi – Əfsanə Abdullayevanın arxasında duran “Əfsanə” kimdir?
Təlimçi müəllimi ölümlə hədələdi – Əfsanə Abdullayevanın arxasında duran “Əfsanə” kimdir?
Aldadıb ələ keçirdiyi pulu “bandotdelə” verdiyini dedi və “yoxa çıxdı”
Aldadıb ələ keçirdiyi pulu “bandotdelə” verdiyini dedi və “yoxa çıxdı”