Azərbaycan İdeyası

Hərdəmxəyal icra məmuru

Tarix:1-08-2023, 15:14
Baxış Sayı:29

16.01.2023-cü ildən axrtarışa verilən Allahverdiyev İlkin Mübariz oğlu kənar təsiri olmadan 30.01.2023 və 22.02.2023-cü illərdə iş üzrə keçirilən məhkəmə iclaslarına gəlib iştirak edir, lakin onun barəsində axtartış elan edən saxtakar icra məmuru Hüseynov Ələddin Qulam oğlu məhkəməyə hörmərtsizlik edərək, məhkəmə iclaslarına gəlməyib gizlənir. 6 aydan sonra birdən yadına düşür ki, Allahvrediyev İlkin Mübariz oğlu barəsində axtarış edib, növbəti dəfə 6 aydan sonra hərəkətə keçir......

Aşağıdakı suallar fırıldaqçı icra məmuru Hüseynov Ələddin Qulam oğlundan və onun tərtib etdiyi qanunsuz protokolları əsassında qərar qəbul edən Binəqədi Rayon Məhkəməsinin hakimlərindən cavab tələb edirlər.
1. Məhkəmə qətnaməsi onu qəbul edən hakim tərəfindən MPM-in 227.3-cü maddəsinin tələbinə uyğun olan cavabdehə rəsmi qaydada təqdim edilmədiyi halda icra məmuru və onun tərtib etdiyi protokollar əsasında qərar qəbul edəın hakimlər cavabdeh tərəfdən həmin qətrnamənin icrasını tələb etməyə mənəvi, hüquqi əsasları varmı?
2. İcra məmuru Hüseynov Ələddin Qulam oğlu iş üzrə cavabdeh Allahverdiyev İlkin Mübariz oğlu barəsində 16.01.2023-cü tarixində axtarış elan edir və həmin tarixdə icra şöbəsinion rəisi İlham Həsənovun imzası ilə Ağdam rayon Polis Şöbəsinin rəisi İsmayılov Pərvizə göndərdiyi məktubda Allahverdiyev İlkin Mübariz oğlunun yerinin müəyyənləşdirilib, tutulub saxlanılmasında onlara köməklik gödtərilməsini xahiş edir. Allahverdiyev İlkin Mübariz oğlunun və anası iş üzrə digər cavabdeh Allahverdiyeva Emeliya Əli qızının icra məmuru Ələddin Hüseynovun onlara qarşı qanunsuz hərəkətlərindən və Binəqədi Rayon Məhkəməsinin 21.11.2022-ci il tarixli 3(001)-3583/2022 saylı qərarından Allahverdiyev İlkinin 500 AZN cərimə olunması barədə qərarından verdikləri apellyasiya şikayətləri əsasında 30.01.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclasında iştirak etmək üçün həm icra məmuru Ələddin Qulam oğlu Hüseynov, həm də barəsində axtarış elan etdiyi Allahverdiyev İlkin məhkəmə iclasında iştirak etmək üçün məhkəməyə çağırırlar. 30.01.2023-cü il tarixində “axtarışda olan” Allahverdiyev İlkin Mübariz oğlu anası Allahverdiyeva Emeliya Əli qızı ilə birlikdə həmin gün məhkəmə iclasında iştirak etmək məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə gəlir, məhkəmə iclasında iştirak edir, lakin onu 16.01.2023-cü il tarixdə axtarışa verən icra məmuru Hüseynov Ələddin məhkəımınin iclasına üzürsüz səbəbdən gəlmir, gizlənir, məhkəmə iclası onun iştirakı olmadan keçirilir və Ələddin Qulam oğlu Hüseynovun Allahverdiyev İlkin Mübariz oğlu barəsində qəbul etdiyi inzibati protokol və həmin protokol əsasında qəbul edilən məhkəmə qərarı qanunsuz hesab edilərək ləğv edilir və yenidən baxılması üçün Binəqədi Rayon Məhkəməsinə qaytarılır. Bakı Apellyasiya Məhkəməsinin 30.01.2023-cü il tarixli qərarı əsasında Binəqədi Rayon Məhkəməsində 22.02.2023-cü il tarixdə məhkəmə iclası təyin edilir və məhkəmə iclasında iştirak etmək üçün həm icra məmuru Hüseynov Ələdddin Qulam oğlu, həm də Allahverdiyev İlkin Mübariz oğlu məhkəmə iclasına dəvət olunurlar. Lakin bu dəfə də guya axtarışda olan Allahverdiyev İlkin Mübariz oğlu 22.02.2023-cü il tarixdə məhkəmə iclasına gəlir, iştirak edir, onun barəsində axtarış elan etmiş Hüseynov Ələddin Qulam oğlu növbəti dəfə məhkəməyə hörmətsizlik edərək məhkəmə iclasına gəlmir və dəqiq bilir ki, axtardığı Allahverdiyev İlkin Mübariz oğlu Binəqədi Rayon Məhkəməsində iş üzrə keçirilən məhkəmə iclasında iştirak edir, bunu bildiyi halda Binəqədi Rayon Məhkəməsinə üzürsüz səbəbdən gəlmir, hardasa gizlənir! Həmin məhkəmə iclasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Hüseynov Ələddin Qulam oğlunun Allahverdiyev İlkinə qarşı hərəkəti qanunsuz hüquqi qiymət verilərək və işinə, icraatına da xitam verilir!!!
Doğrudan da icra məmuru Hüseynov Ələddin Qulam oğlu, onun rəisi İlham Həsənov Allahverdiyev İlkin Mübariz oğlunu axtarırdılarsa və bu axtarışda Ağdam Rayon Polis Şöbəsinin rəisindən də kömək etməsini xahiş etmişdirlərsə, belə olan halda Allahverdiyev İlkin Mübariz oğlunu iki dəfə axtarışa veriləndən sonra Bakı Apellyasiya Məhkəməsində və Binəqədi Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında onun iştirak etdiyini dəqiq bildikləri halda, nə üçün axtarışa verdikləri Allahverdiyev İlkin Mübariz oğlunu Bakı Apellyasiya Məhkəməsinə və ya Binəqədi Rayon Məhkəməsinə gəlib, 30.01.2023-cü il və ya 22.02.2023-cü il tarixdə Allahverdiyev İlkin barəsində təkrar protokol tərtib edib, onun həbs edilməsini Binəqədi Rayon Məhkəməsindən tələb etməmiş, məhkəmə iclasına gəlməkdən yayınmışdır?!
3. İddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının kimə məxsus olduğunu müəyyən etmədən həmin qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya verilməsini qət etməyə hakimin haqqı, əsası varmı?!
Hüquqşünas Hüseynov Güloğlan
20.07.2023

OXŞAR XƏBƏRLƏR
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Nikahlarla bağlı YENİLİK
Nikahlarla bağlı YENİLİK