Azərbaycan İdeyası

Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur

Tarix:27-05-2025, 10:11
Baxış Sayı:106

Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilir. Həmin maddənin 3-cü bəndinə görə, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir.

Lakin yerlərdə icra hakimiyyətləri öz əsasnamələri ilə təsbit olunmuş “əhalinin sosial müdafiəsini yaxşılaşdırmaq” kimi bir vəzifələrinin olduğunu unudurlar. Hətta yuxarı vəzifəli şəxslərin imperativ göstərişləri belə icra başçılarının qəlbində humanist hissləri oyatmır.

Lənkəran rayonunda qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, MKXD-in yataqxana №1 ünvanda yaşayan Nəbiyev Fikrət Həbib oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, bildirir ki, 2000-ci ildən Xəzər rayon İcra Hakimiyyətində ev növbəsindədir. Bu məsələ ilə bağlı dəfələrlə aidiyyatı orqanlara, hətta I Vitse-Prezident Mehriban xanım Əliyevaya da 2013-cü il tarixdə müraciət edib: “Bu barədə Mehriban xanım Xəzər rayon İcra Hakimiyyətinə lazımi göstərişlər versə də, xanımın göstərişləri yerinə yetirilmir. Nəticə etibarilə heç bir müsbət cavab almamışam. Nəzərinizə çatdırıram ki, ev növbəsində mən tək qalıram, amma mənim həyat yoldaşımı da nəzərə alaraq, qeyd etdiyim faktları ictimailəşdirib geniş oxucu kütləsinə çıxarmaqla, aidiyyatı orqanlara göndərib, mənim evlə təmin olunmağım üçün mənə köməklik etməyinizi sizdən xahiş edirəm”.

Baş redaktor: X.Ə.Quliyeva

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda yeni nazir təyin edildi
Azərbaycanda yeni nazir təyin edildi
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Ombudsman PARLAMENTDƏ
Ombudsman PARLAMENTDƏ
Parlamentin növbəti iclası BAŞLADI
Parlamentin növbəti iclası BAŞLADI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
Xameneinin yerinə o təyin olundu - FOTO
Xameneinin yerinə o təyin olundu - FOTO