Azərbaycan İdeyası

Nəsimi polisi ahıl və xəstə qadını “qaralayıb” - Sistemli şəkildə qanunsuz saxlanılır, ailəsinə xəbər verilmir

Tarix:2-06-2025, 17:33
Baxış Sayı:104

Nəsimi polisi ahıl və xəstə qadını “qaralayıb” - Sistemli şəkildə qanunsuz saxlanılır, ailəsinə xəbər verilmir

Azərbaycan Respublikası Cinayət Prtosessual Məcəlləsinin 148.3-cü maddəsinə əsasən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda, o, təhqiatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror tərəfindən aşağıdakı hallarda tutula bilər:
Maddə 148.3.1. hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə;
Maddə 148.3.2. daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda;
Maddə 148.2.3 şəxsiyyəti müəyyən edilmədikdə.
Bundan başqa, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 148.4-cü maddəsinə əsasən cinayət işinin başlanılmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır.
“Polis haqqında” qanunun 23-cü maddəsinin 5-ci bəndinə əsasən, azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsin yaxın qohumlarına, tutulması və ya həbsə alınması barədə təxirəsalınmadan məlumat verməlidir.
Ancaq Bakı şəhəri, Ysamal rayonu, Murtuza Muxtarov küçəsi, dalan 4, ev 3 ünvanda yaşayan Hüseynov Həsən İslam oğlu baş prokuror Kmaran Əliyevə, Bakı şəhər prokuroruu Elşən Abbasova, Nəsimi rayon prokuroru Həsən Hənifəyevə, ombudsman Səbinə Əliyevaya, surətini “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ünvanladığı şikayətində buildirir ki, 24.05.2025-ci il tarixdə təxminən saat 13:00 – 14:00 radələrində göstərilən ünvanda yaşayan anası Məmmədova Zümrüd Əsgər qızı polis əməkdaşları tərəfindən qanunsuz saxlanılaraq Bakı şəhər Nəsimmi rayon Polis İdarəsinə aparılmışdır.
H.Hüseynov yazır ki, həmin gün axşam saat 20:00 radələrində anasının evə gəlnmədiyindən narahat olub “103” xidmətinə, 25.05.2025-ci il tarixdə saat 00:47-də isə “102” xidmətinə zəng vurublar: “Yalnız bundan sonra Yasamal rayon Polis İdarəsi tərəfindən 25.05.2025-ci il tarixdə günorta saatlarında anamın Nəsimi rayon Polis İdarəsində saxlanılması barədə məlumat verilərkən xəbər tutmuşuq. Nəsimi RPİ hansısa səbəbdən anamın ailə üzvlərinə onun tutulması barədə qəsdən məlumat vermək istəməmişdir. Nəsimi RPİ-nə getdikdə isə onlatr bizi anamla görüşməyə icazə verməmişdilər. Bundan başqa, anamın yaşayış yeri məlum olduğu halda, ona Nəsimi RPİ tərəfindən barəsində hər hansı bir şikayət ərizəsinin olması barədə əvvəlcədən məlumat veriulməmiş, ona Nəsimi RPİ-nə çağırılmasına dair heç bir bildiriş göndərilməmişdir.. Bütün bu prosessual hərəkətsizliklər ona dəlalət edir ki, Nəsimi RPİ kiminsə sifarişi əsasında, qərəzli şəkildə özbaşınalıq edərək anamı qanunsuz tutub saxlamışdır... Artıq anam 48-ci saata keçir ki, qanunsuz olaraq Nəsimi RPİ-də saxlanılmaqla, onun azadlıq hüququ pozulur. Nəsimi RPİ-dən anamın saxlanılmasına səbəb kimi guya onun kimisə şantaj etməsi bildirilir”.
Kiminsə onun 74 yaşlı, ümumi xəstəlikdən əziyyət çəkən anasına qarşı qərəzli şəkildə şər atdığı qənaətində olan H.Hüseynov xatırladır ki, Nəsimi RPİ artıq ikinci dəfədir ki, anasını qanunsuz olaraq tutub saxlayır: “Buindan əvvəl 2024-cü ilin noyabr ayının 11-də anam Nəsimi RPİ-nin əmnəkdaşları tərəfindən tutularaq həmin gün saat 15:00-dan gecə saat 00:03-ə qədər Nəsimi RPİ-nin inzibati binasında saxlanılmışdır. Artıq Nəsimi RPİ-nin anama qarşı olan bu özbaşınalığı sistematik hala çevrilmişdir. Hesab edirəm ki, bu qanunsuzluq və özbaşınalığa son qoyulması və anamın təcili olaraq sərbəst buraxılması üçün təxirəsalınmaz tədbirlər görülməlidir”.
Müraciət etdiyi prokurorluq orqanlarının rəhbər vəzifəli şəxslərdən köməklik göstərilməsini xahiş edən H.Hüseynov redaksiyamızdan da məsələnin mediada ictimailəşdirilməsini xahiş etmişdir.
Bqaş redaktor: X.Ə.Quliyeva

OXŞAR XƏBƏRLƏR
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
70 yaşın işığında...
70 yaşın işığında...
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Onun ürəyi xalqıyla döyünür.
Onun ürəyi xalqıyla döyünür.
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur
İDARƏ, MÜƏSSİSƏ VƏ TƏŞKİLAT RƏHBƏRLƏRİNİN NƏZƏRİNƏ!+FOTO
İDARƏ, MÜƏSSİSƏ VƏ TƏŞKİLAT RƏHBƏRLƏRİNİN NƏZƏRİNƏ!+FOTO