Azərbaycan İdeyası

Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?

Tarix:3-06-2025, 10:49
Baxış Sayı:127

Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?

Sabirabad rayonunun Qəzli kənd sakinləri Məmmədov Arif Məhəmməd oğlu və digərləri ölkə başçısına, baş prokurora və rayon prokuroruna, daxili işlər nazirinə, iqtisadiyyat nazirinə, ədliyyə nazirinə ünvanladıqları kollektiv şikayət ərizəsinin bir nüsxəsini də “Korrupsiya və Qanun” qəzeti redaksiyasına göndərib, mətbuatda ictimailəşdirilməsini xahiş ediblər.
Ərizə müəllifləri Qəzli kəndinin aid olduğu Quruzma bələdiyyəsinin sədri Mirmövsüm Heydərovdan şikayətləniblər. Sakinlər üz tutduqları qurumların rəhbərlərindən xahiş edirlər ki, bələdiyyənin illik maliyyə hesabatları, mülkiyyətində olan torpaq sahələrinin satılarkən hərraca çıxarılıb-çıxarılmadığını, istifadəyə verilməsinin qanuniliyi köklü şəkildə yoxlanılsın.
Konkret faktlar sadalayan şikayətçilər misal çəkirlər ki, Bakı şəhər sakini Şaiq Məmmədovun istifadəsində olan 15,60 hektar əkin sahəsinin icarə müqaviləsinin müddəti 2022-ci il aprel ayının 14-də bitmiş və elə həmin il sözügedən torpaq sahəsi hərraca çıxarılmışdır. Lakin hərracın yekun qərarı çıxmadan üç ildən artıq müddətdir ki, bələdiyyə sədrinin gözləri qarşısında Şaiq Məmmədov torpaqdan qanunsuz istifadə etməkdə davam edir. Hal-hazırda həmin sahədə arpa əkilib, qazancı bələdiyyə sədri ilə bölünür.
Yazırlar ki, bələdiyyə mülkiyyətində olan torpaqların əkin təyinatı qəsdən dəyişdirilir: “Əgər prokurorluq Statistika Komitəsinə sorğu göndərsə, dövlət tərəfindən verilən subsidiyanın qanunsuz istifadə edilmiş olması müəyyən edilə bilər. Bu iki şəxs cari ildə qanunsuz əkilmiş 15,60 hektar torpaq sahəsindən bir kipi 3 manatdan təxminən 3500 ədəd ot kipi satmışlar ki, ümumi dəyəri 10000 manatdan çox edir. Daha 40-50 sot torpaqda nar bağı salmışdılar...”
Şikayətçilərin ərizəyə qoşma etdikləri sənəd surətlərindən görünür ki, onların daha əvvəl müraciət etmiş olduqları Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən dolayı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi iş materiallarını baxılması üçün Nazirliyin Şirvan Regional Ədliyyə İdarəsinə göndərmiş və idarə tərəfindən araşdırılma aparılmışdır. İdarədən vətəndaş Arif Məmmədova verilən 05.08.2024-cü il tarixli cavab məktubunda təsdiqlənir ki, araşdırma nəticəsində Quruzma bələdiyyəsinin qanunsuz fəaliyyəti ilə bağlı məsələlər öz əksini tapmışdır. Regional İdarənin tərtib etdiyi arayışda göstərilir ki, Quruzma bələdiyyəsi 30 may 2024-cü il tarixdə sözügedən torpaq sahəsini Şaiq Məmmədova 11 ay müddətinə icarəyə verrmişdir. Lakin Şirvan Regional Ədliyyə İdarəsinin təklifinə əsasən qərar ləğv edilmişdir (Arayışda 2022-ci ilin aprel ayının 14-dən 2024-cü ilin may ayının 30-dək olan dövrdə Şaiq Məmmədovun sözügedən torpaq sahəsindən qanunsuz istifadə etməsinə münasibət bildirilməyib). Həmçinin qeyd olunur ki, Şaiq Məmmədovla Mirmövsüm Heydərovun iş birliyinə gedərək 3500 ədəd ot kipini satmaları təsdiqini tapmayıb.
Bəs elə isə şikayətçiləri çağırıb izahatlarını alan cinayət təqibi orqanı (Sabirabad rayon prokurorluğu) niyə bələdiyyə sədrinin qanunsuz əməllərinə hüquqi qiymət verməyə tələsmir? Bəlkə rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur? Ya da ola bilər ki, elə özü də nəfsi iti biridir. Hərçənd, sonuncu versiya daha ağlabatandır. Belə ki, keçən ilin avqust ayında Sabirabad rayon prokuroru Fəxrəddin Pənahovun Mərdəkandakı qonşusu Bağırov Elqar Elmir tərəfindən Xəzər rayon məhkəməsinə verildiyi barədə məlumat yayıldı. 2023-cü ilin oktyabr ayında məhkəməyə edilmiş müraciətdə iddia olunub ki, prokuror Mərdəkandakı 14-55 saylı bağ sahəsinin həyət qapısını irəli çəkməklə ümumi istifadədə olan dalanı zəbt edərək, qonşularına problem yaradıb.
O da qeyd olunurdu ki, hətta ümumi istifadədə olan dalanı Fəxrəddin Pənahovun zəbt etməsi ilə bağlı ekspert rəyi belə verilib, amma məhkəmə də, hakim də işi uzadır.

Mövzuya qayıdacağıq.

Baş redaktor: X.ƏQuliyeva.
[/justify]

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda yeni nazir təyin edildi
Azərbaycanda yeni nazir təyin edildi
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Ombudsman PARLAMENTDƏ
Ombudsman PARLAMENTDƏ
Parlamentin növbəti iclası BAŞLADI
Parlamentin növbəti iclası BAŞLADI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
Xameneinin yerinə o təyin olundu - FOTO
Xameneinin yerinə o təyin olundu - FOTO