Azərbaycan İdeyası

Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!

Tarix:Bu gün, 17:04
Baxış Sayı:102

1. Məhkəmə-Hüquq Şurasının Aparatından baş redaktor Quliyeva Xuraman Əhliman qızının ünvanına daxil olan 20.02.2019-cu il tarixli, 1/Q-53 saylı cavab məktubu Aparatın Baş məsləhətçisi Rübabə Əkbərovanın imzası ilə. Bildiririk ki, qanunvericilikdə Məhkəmə-Hüquq Şurasının məhkəmə qərarlarının qanuniliyi və əsaslılığını yoxlamaq səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə qərarları tərəflərin müraciətinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada yalnız yuxarı instansiya məhkəməsi tərəfindən yoxlanıla bilər.

2. Məhkəmə-Hüquq Şurası Aparatından 17.03.2020-ci il tarixli, 1/Q-109 saylı Aparatından aparatın böyük məsləhətçisi Seyfəlpaşa Əliyevin imzası ilə Quliyeva Xuraman Əhliman qızına ünvanladığı cavabı - …Həmçinin sizin müraciətinizdə qeyd etdiyiniz cinayət xarakterli xüsusatlarla bağlı təsdiqedici dəlillərinizi hüquq mühafizə orqanlarına təqdim edə bilərsiz?!

3. Məhkəmə-Hüquq Şurası Aparatından aparatın sektor müdiri Seyfəlpaşa Əliyevin imzası ilə 06.06.2022-ci il tarixli, 1/Q-4/5 saylı Quliyeva Xuraman Əhliman qızının ünvanına daxil olan cavabı: - Bildiririk ki, məhkəmə orqanlarının məhkəmə icraatından kənar hər hansı orqan və şəxs tərəfindən yoxlanılması yolverilməzdir – (hətta vətəndaşlara qarşı qrup halında aşkar xüsusi ağır cinayət əməlləri törətsələr də!!!-Q.X.Ə.

4. Məhkəmə-Hüquq Şurası Aparatından 17.03.2020-ci il tarixli, 1/Q-109 saylı Aparatından aparatın böyük məsləhətçisi Seyfəlpaşa Əliyevin imzası ilə Quliyeva Xuraman Əhliman qızına ünvanladığı cavabı - ...Həmçinin sizin müraciətinizdə qeyd etdiyiniz cinayət xareakterli xüsusatlarla bağlı təsdiqedici dəlillərinizi hüquq mühafizə orqanlarına təqdim edə bilərsiz?!

5. Məhkəmə-Hüquq Şurası Aparatından aparatın sektor müdiri Seyfəlpaşa Əliyevin imzası ilə 06.06.2022-ci il tarixli, 1/Q-4/5 saylı Quliyeva Xuraman Əhliman qızının ünvanına daxil olan cavabı: - Bildiririk ki, məhkəmə orqanlarının məhkəmə icraatından kənar hər hansı orqan və şəxs tərəfindən yoxlanılması yolverilməzdir – (hətta vətəndaşlara qarşı qrup halında aşkar xüsusi ağır cinayət əməlləri törətsələr də!!!-Q.X.Ə.

6. Məhkəmə-Hüquq Şurasının Aparatının Baş məsləhətçisi Rübabə Əkbərovanın imzası ilə 11.09.2024-cü il tarixli, 2-4/2-Q-5064/2-23-7128/2024 saylı cavabı: - Baş prokurorluqdan Məhkəmə Hüquq Şurasına daxil olmuş müraciətinizə baxılmışdır. -
Bildiririk ki, məhkəmə qərarları qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı məhkəmələr tərəfindən yoxlanılır, habelə, işlərə baxılarkən müvafiq səbəblər və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətləri aşkar edildikdə, pozuntuya yol vermiş hakim barədə intizam icraatının başlanması üçün Məhkəmə-Hüquq Şurasına müraciət edilir.

7. Məhkəmə-Hüquq Şurasının Aparatının Baş məsləhətçisi Rübabə Əkbərovanın imzası ilə 12.12.2024; 23.12.2024-cü il tarixli; 2-4/2-Q-5064/3-239765/2024 və 2-4/2-Q-5064/2-23-7128/2024 saylı cavabları: - Baş prokurorluqdan Məhkəmə Hüquq Şurasına daxil olmuş müraciətinizə baxılmışdır. - Bildiririk ki, hakimlər tərəfindən qeryri-qanuni hərəkətlərə yol verilməsi ilə bağlı müraciətinizdə göstərdiyiniz xüsusatlara dair konkret dəlillərinizi Məhkəmə-Hüquq Şurasının Aparatına təqdim edə bilərsiniz.

8. Məhkəmə-Hüquq Şurasının Aparatının sektor müdiri Kərəm Hüseynlinin imzası ilə 02.06.2025-ci il tarixli; 2-4/2-Q-5064/6-23-4624/2025 saylı cavabı: - Bildiririk ki, qanunvericilikdə Məhkəmə-Hüquq Şurasının məhkəmə qərarlarının qanuniliyi və əsaslılığını yoxlamaq səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə qərarları qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı məhkəmələr tərəfindən yoxlanılır, habelə, işlərə baxılarkən müvafiq səbəblər və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətləri aşkar edildikdə, pozuntuya yol verilmiş hakim barədə intizam icraatının başlanması üçün Məhkəmə-Hüquq Şurasına müraciət edilir.


10-3320
Cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğluna xəbərdarlıq: -

Dənyalov Elsaldar Şahmərdan oğlunun Yasamal Rayon Məhkəməsinin saxtakar hakimləri - Məmmədova Südabə Əlislam qızı, Məhərrəmova Südabə Böyükağa qızı, Məmmədli Orxan Qədir oğlu və Nərimanov Rayon Məhkəməsinin, Bakı Apellyasiya və Ali Məhkəmənin adları “Korrupsiya və Qanun” qəzetinin səhifələrində dəfələrlə qeyd edilən hakimləri ilə cinayət əlaqəsinə girərək, Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə-28 ünvanındakı evə mülkiyyət hüquqlarını oğurluq yolla mənimsəməklə, törətdikləri xüsusi ağır cinayət əməlləri barədə Xuraman Əhliman qızı Quliyevanın Baş prokuror cənab Kamran Əliyevə ünvanladığı müraciətləri onun göstərişi əsasında həmin korrupsioner, cinayətkar hakimlərin səlahiyyətlərinə xitam verilməsi və nəticədə cinayət məsuliyyətlərinə cəlb edilmələri məqsədi ilə hər dəfə aidiyyatı üzrə Məhkəmə-Hüqquq Şurasının sədri cənab İnam Kərimova göndərilsə də, Məhkəmə-Hüquq Şurasının sədri cənab İnam Kərimova göndərilsə də, lakin, Məhkəmə-Hüquq Şurasının Aparatının aparıcı məsləhətçiləri - Rübabə Əkbərova, Fuad Əliyev, Rəşad Mürşüdov, sektor müdirləri - Seyfəlpaşa Əliyev, Kərəm Hüseynli cənabları tərəfindən ötən 6 il ərzində mənə - Xuraman Əhliman qızı Quliyevaya göndərilən saxta, yalan cavablarla onlar əslində həmin hakimləri məsuliyyətdən kənarlaşdırmışlar!!! Cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğlunun və onunla cinayət əlaqəsinə girən hakimlərin Xuraman Əhliman qızı Quliyevaya qarşı xüsusi ağır cinayət faktları aşkar törədilən cinayətlər qrupuna aid olmaqla, Baş prokurorluğun prokurorları - Azər Ismayılov, Toğrul Əhmədov cənablarının Xuraman Əhliman qızına ünvanladığı cavablarında onun müraciətlərini aidiyyatı üzrə həmin cinayətkar hakimlər barəsində intizam məsuliyyətinə cəlb edilmələri məqsədi ilə Məhkəmə-Hüquq Şurasına göndərilməsi faktı təsdiqlənsə də, lakin həmin hakimlərin cinayət əməllərinin ötən üç ildəndən artıq müddət ərzində Məhkəmə-Hüquq Şurasında gizlədilməsi faktlarını nəzərə alıb, bu ərizəmin sürətini cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğluna göndərib, ondan cinayətkar yolla mülkiyyətimdə olan Bakı şəh., Əhüseynzadə küç., ev 28 ünvanındakı evdə olan əşyalarını götürüb, həmin evi bir ay ərzində boşalması barədə onu xəbərdar edirəm! Əks təqdirdə, mülkiyyət hüququmu son özünü müdafiə zərurəti həddində sutkanın istənilən vaxtı muzdlu dəmirçi ustanın köməkliyi ilə evimin dəmir qapısını sındırıb, ora daxil olub, mülkiyyət hüququmu öz vəsaitim, imkanım hesabına kostitutsion hüquqlarımı bərpa etmək məqsədi ilə Axərbaycan Respublikası CM-nin 36.1-ci maddəsinin tələbinə uyğun olaraq cinayətkar - oğru Dənyalov Elsaldar Şahmərdan oğlunu cinayətkar yolla mənimsədiyi evimdən çıxartmaq məcburiyyətindəyəm. Bunun nəticələrinin məsuliyyəti Dənyalov Elsaldar Şahmərdan oğlunun və onunla cinayət əlaqəsinə girən hakimlərin cinayət əməllərini Məhkəmə-Hüquq Şurasında gizlədən adlarını yuxarıda qeyd etdiyim Məhkəmə Hüquq Şurasının aparatının aparıcı məsləhətçilərinin və sektor müdirlərinin üzərinə düşəcək.

İmza:
“Korrupsiya və Qanun”
qəzetinin baş redaktoru Xuraman Quliyeva

“Korrupsiya və Qanun”
qəzetinin Hüquq şöbəsinin müdiri Güloğlan Hüseynov




Cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğlunun Yasamal Rayon Məhkəməsinin hakimləri - Məmmədova Südabə Əlislam qızı, Məhərrəmova Xuraman Böyükağa qızı, Məmmədli Orxan və digər hakimlərlə cinayət əlaqəsinə girərək, Xuraman Əhliman qızı Quliyevaya qarşı törətdikləri cinayət əməllərini təsdiqləyən xüsusatları Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova, Aparat rəhbəri Cavid Hüseynov cənablarına və Aparatın Böyük məsləhətçisi Rübabə Əkbərovaya, aparıcı məsləhətçi Fuad Əliyevə, sektor müdirləri - Seyfəlpaşa Əliyev, Kərəm Hüseynli cənablarına təqdim edirik. Hesab edirik ki, əgər doğrudan da onların niyyətləri həmin cinayətkar hakimlərin törətdikləri xüsusi ağır cinayət əməllərini gizlətmək və onları məsuliyyətdən yayındırmaq deyil, məsuliyyətə cəlb edilməklə, ifşa etməkdirsə, belə olan halda, onlara təqdim etdiyimiz hakimlərin törətdikləri cinayətləri təsdiqləyən xüsusatlara münasibət bildirib, hüquqi qiymət verəcəkləri şübhəsizdir!!!

1. Heç vaxt tanımadığı, maliyyə vəziyyətindən xəbərsiz olduğu halda, dələduz Dənyalov Elsaldar Şahmərdan oğlu doğrudan da Xuraman Əhliman qızı Quliyevaya borc müqaviləsi əsasında 40.000 manat pulu üç ay ərzində qaytarmaq şərti ilə vermişdirsə, erməni daşnakları tərəfindən bütün əmlakı silah gücünə əlindən alınan, məcburi köçkün kimi Bakıda məskunlaşan həmin cavabdeh xanım tərəfindən 40.000 manat maliyyə vəsaitinin üç ay müddətinə qaytarılacağına Dənyalov Elsaldar Şahmərdan oğlunda inam nəyin əsasında yaranmışdır?!

2. Dənyalov Elsaldar Şahmərdan oğlu cavabdeh - Xuraman Əhliman qızı Quliyevaya doğrudan da verdiyi 40.000 (qırx min) manat maliyyə vəsaiti barədə borc müqaviləsinin şərtlərinə borc alan Xuraman Quliyeva tərəfindən əməl edilmədiyi halda, Dənyalov Elsaldar Şahmərdan oğlu həmin borc müqaviləsini mübahisələndirməklə 40.000 (qırx min) manatın ötən bir il müddətinə hər ay 5 faiz gətirə biləcəyi əlavə gəliri də məhkəmə qaydasında nə məqsədlə borcludan tələb etmədən, borc müqaviləsinin təminatı kimi, girov götürdüyü Xuraman Əhliman qızı Quliyevaya məxsus evin hərraca çıxarılıb, satılması iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlir?!

3. Dənyalov Elsaldar Şahmərdan oğlunun qeyd edilən iddia tələbi əsasında, yalnız, onun və hakim Məmmədova Südabə Əlislam qızının iştirak etdiyi iş üzrə 03.04.2009-cu il tarixində keçirilən məhkəmə iclasında onun iddia tələbinin təmin edilməsi barədə qəbul edilən qətnamə bir aydan sonra qanuni qüvvəyə mindikdən sonra həmin qətnamənin icrası nə hakim Məmmədova Südabə, nə də Dənyalov Elsaldar tərəfindən Yasamal rayon İcra və Probasiya Şöbəsindən “İcra haqqında” Qanunun 8 və 12-ci maddələrinin tələblərinə uyğun 2-3 ay müddətinə icra olunması tələb edilməməmiş və nə məqsədlə onlar, həmin qətnaməni cavabdeh - Xuraman Əhliman qızı Quliyevadan gizlədərək, 5 il 5 ay müddətində susmuşlar?! Əgər doğrudan da Dənyalov Elsaldar Şahmərdan oğlu Xuraman Əhliman qızı Quliyevaya 40.000 manat borc verilmişdirsə, onun iddia tələbi əsasında hakim Məmmədova Südabə 03.04.2009-cu il tarixdə Azərbaycan dövləti adından ədalətli qətnamə qəbul etdiyinə əmin idisə, belə olan halda, həmin qətnaməni nə məqsədlə MPM-in 168 və 227-ci maddələrinin tələbinə uyğun müəyyən edilmiş müddətdə qarşı tərəfə 9 il 9 ay müddətində təqdim edilməmişdir?!

4. Məlumdur ki, oğrular, dələduzlar, rüşvətxorlar, qatillər bir qayda olaraq törətdikləri cinayət əməllərinin üstünün açılması, məsuliyyətdən yayınmaq məqsədi ilə cinayəti gizli, hadisə yerində heç bir iz qoymadan törətməyə çalışırlar! Bu səbəbdən də dələduz Dənyalov Elsaldar Şahmərdan oğlu və onunla cinayət əlaqəsinə girən hakim Südabə Əlislam qızı Məmmədova iş üzrə keçirilən məhkəmə iclasını qarşı tərəfdən xəbərsiz, gizli keçirtdikləri və nəticədə qəbul etdikləri saxta, ədalətsiz qətnamənin 5 il 5 aydan sonra, 22.09.2014-cü il tarixdə planlıaşdırdıqları icrasını da Xuraman Əhliman qızı Quliyevadan xəbərsiz gizli keçirməyi qərara alırlar! Yalnız Yasamal Rayon icra məmurunun və Hərrac Mərkəzinin rəhbərinin iştirak etdikləri MM-in 319.4 və 415-ci maddələrinin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunan hərracda Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küç. ev 28 ünvanındakı evi icra məmuru və hərracın təşkilinə rəhbərlik edən şəxs tərəfindən tələbkar Dənyalov Elsaldar Şahmərdan oğluna 28.680 manata satılmış, həmin gün hərracın yekun protokolu da ona təqdim edilir. Dənyalov Elsaldar Şahmərdan oğlu protokolu alan kimi, vaxt itirmədən, Bakı şəhəri 9 saylı Notariat kontoruna gəlib, həmin protokolu xüsusi notariusa təqdim edərək, yuxarıda qeyd edilən ünvandakı evə Xuraman Əhliman qızı Quliyevanın adına olan “ÇIXARIŞ”-ın ləğv edilməsini və həmin evə onun adına mülkiyyət hüququnu təsdiq edən, yeni “ÇIXARIŞ”-ın verilməsini tələb edir və notarius da öz növbəsində, Dənyalov Elsaldar Şahmərdan oğlunu əlıavə sorğu-suala tutmadan - evin mülkiyyətçisinin kimliyini, hərracda iştirak edib-etməməsini, hərracın keçirilməsindən məlumatlı olub-olmadığını soruşmadan, həmin evə Xuraman Əhliman qızı Quliyevanın adına verilən çıxarışı ləğv edərək, dələduz Dənyalov Elsaldar Şahmərdan oğlunun adına yeni “ÇIXARIŞ” təqdim edir!!! Lakin Dənyalov Elsaldar Şahmərdan oğlu Yasamal Rayon Məhkəməsinin cinayətkar hakimi Məmmədova Südabə Əlislam qızı ilə cinayət əlaqəsinə girərək, özgənin - Xuraman Əhliman qızı Quliyevanın mülkiyyətində olan evinə mülkiyyət hüququnun ondan gizli, oğurluq yolla mənimsənildiyini başa düşüb, törətdikləri xüsusi ağır cinayət faktlarının üstünün açıla biləcəyindən ehtiyatlanaraq, mülkiyyət hüququna qəsd etməklə, xüsusi külli miqdarda maddi ziyan vurduğu Xuraman Əhliman qızı Quliyevanın və həmin evdə qeydiyyatda olan övladlarının mülkiyyət hüquqlarını oğurladıqları evə yaşayış hüququndan məhrum edilmələri barədə Yasamal Rayon Məhkəməsinə iddia ərizsi ilə müraciət etməyə tələsmir! Bundan başqa, mənimsədiyi ev hərrac mərkəzində 28.680 manat məbləğində qiymətləndirilsə də, Dənyalov Elsaldar Şahmərdan oğlunun Xuraman Əhliman qızı Quliyevaya qarşı 40.000 manat məbləğində borc verdiyi barədə şər-böhtan atdığını dəqiq bildiyi səbəbindən mülki qanunvericilikdə həmin məbləğdən mənimsədiyi evin 28.680 manat satış qiymətini çıxmaqla, çatışmayan 11.320 manatın da Xuraman Əhliman qızı Quliyevadan tələb etmək hüququna malik olsa da, lakin, cinayətkar niyyətinin, uğurla nəticələndiyini nəzərə alıb, Xuraman Əhliman qızına verdiyi 40.000 manat borc vəsaitindən ona ödənilməyən 11.320 manat vəsaiti mülkiyyət hüquqlarına qəsd etdiyi cinayət subyektinə bağışlamaq qərarına gəlir!!! Digər tərəfdən, Dənyalov Elsaldar Şahmərdan oğlu 11.320 maliyyə vəsaitini Xuraman Əhliman qızı Quliyevadan ona görə tələb etmir ki, onun mülkiyyətində olan evi faktiki olaraq qardaşı Abbasov Altay Əhliman oğluna verdiyi 15.000 manat borcun təminatı kimi onun tərəfindən girov qoyulduğu və borclu Abbasov Altay tərəfindən 2012-ci ilədək həmin borc vəsaitindən 14.500 manat qaytardığını və əlavə olaraq həmin borcun təminatı kimi onun girov qoyduğu bacısı Xuraman Əhliman qızı Quliyevaya məxsus 80.000 manat dəyərində evini 22.09.2014-cü il tarixdə mənimsədiyini də nəzərə almaqla, ifrat dərəcədə acgözlük nümayiş etdirib, çatışmayan 11.320 manatı Xuraman Əhliman qızı Quliyevadan tələb etməyə cəsarət etmir!!!

Xuraman Əhliman qızı Quliyevanın və övladlarının faktiki mülkiyyətlərində olan Bakı şəhəri, Ə.Hüseynzadə küç. - 28 ünvanındakı evə yaşamaq hüquqlarına xitam verilməsi tələbi ilə cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğlu Yasamal Rayon Məhkəməsinə ona görə iddia ərizəsi ilə müraciət etməyə tələsmir, düşünür ki, Baş prokuror, Məhkəmə-Hüquq Şurasının sədr vəzifəsinə prinsipial vəzifə borcuna məsuliyyətlə, vicdanla yanaşan şəxslər təyin ediləcəkləri halda, onun və cinayət əlaqəsinə girdiyi xəyanətkar hakim - Məmmədova Südabə Əlislam qızının Xuraman Əhliman qızı Quliyevaya qarşı törətdikləri xüsusi ağır cinayətin üstü açılacağı halda, onların törətdikləri cinayət faktları üzrə məhkəmə istintaqının yekununda barələrində çıxarılacaq ittiham hökmü cinayətin baş verdiyi vaxtdan CM-nin 75.1.4-cü maddəsində nəzərdə tutulan 10; 15 il müddəti ötdükdən sonra, cinayətin müddətinin ötdüyü nəzərə alınmaqla çıxarılan hökmün icraya yönəldilməməsini nəzərə alıb, Xuraman Əhliman qızı Quliyevanın və övladlarının faktiki mülkiyyətlərində olan evə yaşayış hüquqlarına xitam verilməsi tələbi ilə cianyətkar Dənyalov Elsaldar Şahmərdan oğlu onların həmin evə mülkiyyət hüquqlarını 22.09.2014-cü il tarixdə oğurladıqdan ötən 4 il 2 aydan sonra onların yaşayış hüquqlarına xitam verilməsi tələbi ilə 2018-ci ilin noyabr ayınadək Yasamal Rayon Məhkəməsinə müraciət etməyə cəsarət etməmişdir!!!

Cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğlu və onunla cinayət əlaqəsinə girən Yasamal Rayon Məhkəməsinin cinayətkar hakimləri - Məmmədova Südabə Böyükağa qızı, Məhərrəmova Xuraman Böyükağa qızı, Məmmədli Orxan və digər hakimlər tərəfindən oğurluq yolla mənimsənilən Xuraman Əhliman qızı Quliyevanın mülkiyyət hüququnu təsdiqləyən ÇIXARIŞ!!!

Xuraman Əhliman qızı Quliyevanın və onun övladlarının mülkiyyətlərində olan evin mülkiyyət hüququnun cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğlunun Yasamal Rayon Məhkəməsinin, Bakı Apellyasiya və Ali Məhkəmələrinin bir qrup hakimləri ilə cinayət əlaqəsinə girərək mənimsənilməklə törətdikləri xüsusi ağır cinayət əməlləri barədə “Korrupsiya və Qanun” qəzetinin səhifələrində dərc olunan Baş prokuror cənab Kamran Əliyevə ünvanladığı müraciətləri hər dəfə Baş prokurorluğun prokurorları cənab İsmayıl Ağayev və Toğrul Əhmədov cənabları tərəfindən aidiyyatı üzrə cianyət əməlləri törətmiş hakimlər barəsində tədbir görülməsi, səlahiyyətlərinə xitam verilməsi məqsədi ilə Məhkəmə-Hüquq Şurasına göndərilmişdir! Lakin Məhkəmə-Hüquq Şurasının böyük məsləhətçisi Rübabə Əkbərova, Aparıcı məsləhətçisi Fuad Əliyev və sektor müdirləri - Seyfəlpaşa Əliyev, Kərəm Hüseynli cənabları hakimlərin xüsusi ağır cinayət əməllərini gizlətmək məqsədi ilə müraciət müəllifi Xuraman Əhliman qızı Quliyevaya iki cümlədən ibarət heç bir hüquqi normativ aktlara istinad etmədən həqiqəti əks etdirməyən saxta, cinayət tərkibli cavablar göndərməklə, nəinki Xuraman Əhliman qızı Quliyevanın konstitutsion mülkiyyət hüququna, həm də ölkə Konstitusiyasının qanunvericilik aktlarının düzgün tətbiq edilməsinə prosessual rəhbərliyi həyata keçirən Baş prokurluğa qarşı aşkar hörmətsizlik etməkdən də çəkinməmişlər!!!
Hakimlərin qrup halında vətəndaşlara qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri barədə Baş prokurorluqdan Məhkəmə-Hüquq Şurasına göndərilən təsdiqedici materiallarla əlaqədar Məhkəmə-Hüquq Şurasının Aparatının böyük və aparıcı məsləhətçiləri, sektor müdirləri tərəfindən müraciət müəlliflərinə, indiki halda Xuraman Əhliman qızı Quliyevaya ünvanlanan qeyri-hüquqi, saxta cavablar Məhkəmə-Hüquq Şurasının Aparatının əməkdaşlarının nəinki ölkə Konstitusiyasına, Cinayət Prosessual Məcəlləsinə, eləcə də, prosessual rəhbərliyi həyata keçirən, cinayətkarlığa qarşı mübarizədə son dərəcə mühüm rolu olan Baş prokurorluğa da aşkar hörmətsizlik deyilmi?!

OXŞAR XƏBƏRLƏR
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
“Manato” Azad Şuşanı işğal edir
“Manato” Azad Şuşanı işğal edir
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Möhtəşəm qayıdış
Möhtəşəm qayıdış
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın  mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!