Məhkəmə - Hüquq Şurasının aparıcı məsləhətçisi Fuad Əliyev, baş məsləhətçisi Rübabə Əkbərova, sektor müdiri Seyfəlpaşa Əliyev, aparıcı məsləhətçisi Rəşad Mürşüdov.
“Korrupsiya və Qanun” qəzetinin baş redaktoru Quliyeva Xuraman Əhliman qızına qarşı bir qrup hakimlərin vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı kimi aşkar cinayət əməlləri törətməklə dələduz cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğlu ilə cinayət əlaqəsinə girərək, törətdikləri xüsusi ağır cinayət əməlləri Ali Məhkəmədə, Ədliyyə Nazirliyində, Məhkəmə - Hüquq Şurasında və baş prokurorluqda illərlə kimlərin vasitəsiylə və necə gizlədilir?!
2(004) - 1485/09 saylı, 03.04.2009-cu il; 2(004)-8210/2018 saylı, 03.12.2018-ci il; 2(102)-4335/2021 saylı, 23.07.2021-ci il; 2-1(103)-1111/2022 saylı, 24.02.2022-ci il; 13(102)-241/2021 saylı, 30.12.2021-ci il tarixli cinayət tərkibli iş materiallarındakı rəsmi cavablar:
1. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Aparatından baş redaktor Quliyeva Xuraman Əhliman qızının ünvanına Aparatın aparıcı məsləhətçisi Fuad Əliyevin imzası ilə 10.07.2019-cu il tarixli, 1/Q-53/4 saylı cavabı - Bildiririk ki, qanunvericilikdə Məhkəmə-Hüquq Şurasının məhkəmə qərarlarının qanuniliyi və əsaslılığının yoxlaması səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə qərarları yalnız tərəflərin müraciəti əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəməsi tərəfindən yenidən yoxlanıla bilər.
Səh-69.
2. Məhkəmə-Hüquq Şurasının Aparatından baş redaktor Quliyeva Xuraman Əhliman qızının ünvanına daxil olan 20.02.2019-cu il tarixli, 1/Q-53 saylı cavab məktubu Aparatın baş məsləhətçisi Rübabə Əkbərovanın imzası ilə. Bildiririk ki, qanunvericilikdə Məhkəmə-Hüquq Şurasının məhkəmə qərarlarının qanuniliyi və əsaslılığını yoxlamaq səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə qərarları tərəflərin müraciətinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada yalnız yuxarı instansiya məhkəməsi tərəfindən yoxlanıla bilər.
səh-67.
3.Ali Məhkəmənin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdir müavini Vəsilə Əsədovanın Quliyeva Xuraman Əhliman qızına ünvanladığı 13.03.2020-ci il tarixli, 3ş-838/20 saylı və 3/kol-7785 saylı, 21.07.2022-ci il tarixli cavabları: - Sizin Azərbaycan Respublikası Prezident Administrasiyasından Ali Məhkəməyə daxil olmuş müraciətinizə baxıldı. Bildiririk ki, Sizin mülki mübahisənizə bütün məhkəmə istansiyalarında baxılmışdır, Ali Məhkəmənin MK-nın 23.07.2021-ci il tarixli qərarından vermiş olduğunuz əlavə kassasiya şikayətində Azərbaycan Respublikası MPM-in 425.1 və 426.3.1-ci madələrində nəzərdə tutulmuş əsaslar olmadığından Ali Məhkəmə Sədrinin (?!) 30.12.2021-ci il tarixli, 13(102)-241/2021 saylı qərardadı ilə plenum baxışına çıxarılmamışdır!!!
Qeyd: Bu fakt həqiqəti əks etdirmir, belə ki, Quliyeva Xuraman Əhliman qızı əlavə kassasiya şikayəti əsasında 13(102)-241/2021 saylı Ali Məhkəmənin sədri tərəfindən deyil, Ali Məhkəmənin beş saxtakar hakimləri - Abbasov Aqil Əzizağa oğlu, Nəbizadə Rahib Sahib oğlu, Nurməmmədov Əhməd Gülməmməd oğlu, Məmmədli Bəhrəm Məmməd oğlu və Hüseynov Abiddin Qabil oğlu tərəfindən qəbul edilmişdir.
Səh-111, 113
4.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən Quliyeva Xuraman Əhliman qızına Təşkilat-Nəzarət Baş İdarəsinin aparat məsləhətçisi Fərid Hacıyevin imzası ilə göndərilən 21.07.2022-ci il tarixli, 20-226 saylı cavab məktubu. Bildiririk ki, “Azərbaycan Respublikası Ədliyyə Naziliyi haqqında Əsasnamə”də Nazirliyin məhkəmənin icraatında olan işləri nəzarətə götürmək, habelə məhkəmə qərarlarının qanuniliyi və əsaslılığını yoxlamaq səlahiyyəti müəyyən edilməmişdir. Həmçinin, məhkəmə qərarından qanuna müvafiq qaydada, yalnız yuxarı instansiya məhkəmələrinə (Ali Məhkəmənin qərarından isə əlavə kassasiya qaydasında) şikayət verilə bilər.
Səh-
5. Məhkəmə-Hüquq Şurası Aparatından 17.03.2020-ci il tarixli,1/Q-109 saylı Aparatından aparatın böyük məsləhətçisi Seyfəlpaşa Əliyevin imzası ilə Quliyeva Xuraman Əhliman qızına ünvanladığı cavabı - ...Həmçinin sizin müraciətinizdə qeyd etdiyiniz cinayət xarakterli xüsusatlarla bağlı təsdiqedici dəlillərinizi hüquq mühafizə orqanlarına təqdim edə bilərsiz?!
Səh-73
6. Məhkəmə-Hüquq Şurası Aparatından aparatın sektor müdiri Seyfəlpaşa Əliyevin imzası ilə 06.06.2022-ci il tarixli, 1/Q-4/5 saylı Quliyeva Xuraman Əhliman qızının ünvanına daxil olan cavabı: - Bildiririk ki, məhkəmə orqanlarının məhkəmə icraatından kənar hər-hansı orqan və şəxs tərəfindən yoxlanılması yolverilməzdir – (hətta vətəndaşlara qarşı qrup halında aşkar xüsusi ağır cinayət əməlləri törətsələr də!!! - Q.X.Ə.
Səh-99
7. Məhkəmə-Hüquq Şurası Aparatından aparatın sektor müdiri Seyfəlpaşa Əliyevin imzası ilə hakimlərin qrup halında törətdikləri xüsusi ağır cinayət əməllərini gizlətmək məqsədi ilə 28.10.2022-ci il tarixli, 1/Q-4/7 saylı Quliyeva Xuraman Əhliman qızına ünvanladığı növbəti cavabı - …Bildiririk ki, qanunvericiliyə əsasən hər-hansı bir şəxs tərəfindən, hər-hansı bir səbəbdən bilavasitə, yaxud, dolayı yolla məhkəmə icraatına təsir və müdaxilə etməsi yolverilməzdir - (hətta, hakimlər vətəndaşlara qarşı qrup halında aşkar xüsusi ağır cinayət əməlləri törətsələr də, rüşvət alsalar da!!!.) (H.G.P. Q.X.Ə.)
8. Məhkəmə-Hüquq Şurasının Aparatının Baş məsləhətçisi Rübabə Əkbərovanın imzası ilə 11.09.2024-cü il tarixli, 2-4/2-Q-5064/2-23-7128/2024 saylı cavabı: - Baş prokurorluqdan Məhkəmə Hüquq Şurasına daxil olmuş müraciətinizə baxılmışdır.
Bildiririk ki, məhkəmə qərarları qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı məhkəmələr tərəfindən yoxlanılır, habelə, işlərə baxılarkən müvafiq səbəblər və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətləri aşkar edildikdə, pozuntuya yol vermiş hakim barədə intizam icraatının başlanması üçün Məhkəmə-Hüquq Şurasına müraciət edilir.
9. Məhkəmə Hüquq Şurasının Aparatının məsləhətçisi Rəşad Muradovun 08.12.02023-cü il tarixli, 2-4/2-Q-361/2023 saylı cavabı: - Baş prokurorluqdan Məhkəmə Hüquq Şurasına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, qanunvericilikdə Məhkəmə Hüquq Şurasının məhkəmə qərarlarının qanunililiyini və əsaslılığını yoxlamaq səlahiyyəti nəzərdə tutulmamışdır!!!
10. Məhkəmə-Hüquq Şurası Aparatından növbəti dəfə Aparatın baş məsləhətçisi Rübabə Əkbərovanın imzası ilə 23.12.2024-cü il tarixli, 2-4/2-Q-5064/4-23-10078/2024 saylı Quliyeva Xuraman Əhliman qızının ünvanına daxil olan növbəti cavabı: - Baş prokurorluqdan Məhkəmə Hüquq Şurasına daxil olmuş müraciətinizə baxılmışdır. - Bildirilir ki, hakimlər tərəfindən qeyri-qanuni hərəkətlərə yol verilməsi ilə bağlı müraciətinizdə göstərdiyiniz xüsusatlara dair konkret dəlillərinizi Məhkəmə-Hüquq Şurasının Aparatına təqdim edə bilərsiniz!!!
Baş redaktor Quliyeva Xuraman Əhliman qızına qarşı hakimlər tərəfindən qrup halında törədilən xüsusi ağır cinayət faktları ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokurorluğundan göndərilən cavablar:
1. 10.09.2018-ci il tarixli, 09/389 saylı Baş prokurorluğun Sənədlərlə və Müraciətlərə Baxılması İdarəsinin rəisi cənab Anar Məmmədovun imzasıyla Xuraman Əhliman qızı Quliyevaya ünvanlanan cavabı.
2. Bakı şəhər prokurorluğu DİO istintaq, Təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini cənab Elçin Sultanovun Nərimanov rayon prokuroru cənab Vüqar Əliyevə, sürəti Xuraman Quliyevaya ünvanladığı 05.03.2020-ci il tarixli, 05-5991 saylı cavabı.
3. Azərbaycan Respublikası Baş prokurorluğun sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəis müavini Toğrul Əhmədovun imzası ilə 15.09.2020-ci il tarixli, 20-0090-01-01-059097 saylı Bakı şəhər prokurorluğuna - cənab Vüqar Əliyevə, sürəti Xuraman Quliyevaya ünvanladığı cavabı.
4. Azərbaycan Respublikası Baş prokurorluğun Sənədlərlə və Müraciətlərlə işin təşkili idarəsinin rəis müavini Toğrul Əhmədovun imzası ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Aparatına və sürəti Xuraman Quliyevaya ünvanladığı 30.03.2021-ci il tarixli, 17/168 saylı cavabı. Qoşma: 03 vərəq.
5. Azərbaycan Respublikası Baş prokurorluğun sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəis müavini Yadigar Aslanovun imzası ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Aparatına sürəti Xuraman Quliyevaya ünvanladığı 02.07.2021-ci il tarixli, 21-0090-01-01-050-272 saylı cavabı.
6. Azərbaycan Respublikası Baş prokurorluğun sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəis müavini Yadigar Aslanovun imzası ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatına sürəti Baş redaktor Xuraman Quliyevaya ünvanladığı 05.04.2022-ci il tarixli, 22-0090-01-01-024589-272 saylı cavabı.
7. Bakı şəhər prokurorluğunun prokurorluqda İstintaqa Nəzarət idarəsinin rəisi Cəlaləddin Axundovun imzası ilə Yasamal rayon prokuroru cənab Elman Süleymanova sürəti baş redaktor Xuraman Quliyevaya ünvanladığı 26.04.2022-ci il tarixli,04-2418 saylı cavabı. Qoşma: 01 vərəq.
8. Bakı şəhər prokurorluğu Sənədlərlə və Müraciətlərlə işin təşkili idarəsinin rəisi Əmir Qarayevin imzası ilə baş redaktor Xuraman Quliyevaya ünvanladığı 21.04.2022-ci il tarixli, 17-2449-024392 saylı cavabı - Sizin hüquqlarınızla bağlı Bakı şəhər prokurorluğuna daxil olmuş müraciətinizə baxılmışdır!!!
...Həmçinin Sizə izah edilir ki, MPM-in 265.4-cü maddəsinin tələbinə əsasən məhkəmə mülki işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayət əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərar çıxarmaqla prokurora xəbər verir!!! Bəs, prokuror necə? - Q.X.Ə.
9. Baş prokurorluğun Sənədlərlə və Müraciətlərlə İşin Təşkili İdarəsinin rəis müavini Toğrul Əhmədovun imzası ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatına, sürəti baş redaktor Xuraman Quliyevaya ünvanladığı 16.05.2022-ci il tarixli, 22-0090-01-01-036382 saylı cavabıl... Qoşma: 08 vərəq.
10. Baş prokurorluğun Sənədlərlə və Müraciətlərlə işin təşkili idarəsinin rəis müavini Toğrul Əhmədovun imzası ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatına, sürəti baş redaktor Xuraman Quliyevaya ünvanladığı 19.12.2022-ci il tarixli, 22-0090-01-01-100292 saylı cavabı... Qoşma: 06 vərəq.
11. Baş prokurorluğun Sənədlərlə və Müraciətlərlə İşin Təşkili İdarəsinin rəis müavini İsmayıl Ağayevin imzası ilə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Aparatına, sürəti baş redaktor Xuraman Quliyevaya ünvanladığı 09.09.2024-ci il tarixli, 2-2-173/2-123236/2024 saylı cavabı... Qoşma: 01 vərəq, 1 qəzet.
12. Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Elvin Nəsirovun imzası ilə Yasamal rayon prokuroru cənab Elman Süleymanova, sürəti - Baş redaktor Quliyeva Xuraman Əhliman qızına ünvanlanan 19.04.2024-cü il tarixli, 25291/24 saylı aşkar saxta cavabı: - Bakı şəhər Baş Polis İdarəsindən daxil olmuş Quliyeva Xuraman Əhliman qızının müraciəti Azərbaycan Respublikası Baş prokurorluğunda araşdırılması aparılmış eyni məzmunlu materiala əlavə edilməsi məqsədiylə aidiyyatı üzrə göndərilməsi üçün Sizə göndərilir!!!
13. Baş prokurorluğun Sənədlərlə və Müraciətlərlə İşin Təşkili idarəsinin rəis müavini İsmayıl Ağayevin 09.09.20224-cü il tarixli, 2-2-173/2-123236/2024 saylı cavabı:
Vətəndaş X.Ə.Quliyevanın Respublika Baş prokurorluğuna daxil olmuş müraciəti baxılması üçün Sizə göndərilir. Nəticəsi barədə müraciət müəllifinə məlumat verilsin.
14. Azərbaycan Respublikası Baş prokurorluğun sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəis müavini İsmayıl Ağayevin imzası ilə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Aparatına sürəti Baş redaktor Xuraman Quliyevaya ünvanladığı eyni məzmunlu 11.12.2024-cü il tarixli, 2-2-171/2-196887/2024 saylı Məhkəmə-Hüquq Şurasının Aparatına, sürəti baş redaktor Xuraman Quliyevaya təkrar ünvanlanan cavabı.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin sənədlərlə və vətəndaşların Müraciətləri şöbəsinin müdiri cənab Şahin Qəhrəmanovun imzasıyla 02.07.2024-cü il tarixli, 1-8/2-Q-1988/2-3-6445/2024 saylı baş redaktor Xuraman Quliyevaya ünvanladığı cavabında yazır: - ...Qeyri-prossesual münasibətlərə dair xüsusatları təsdiq edən dəlil və ya sübutlarınız mövcuddursa, Məhkəmə-Hüquq Şurasına müraciət etməyiniz izah olunur!!!
16. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin sənədlərlə iş idarəsinin rəisi cənab Samir Sultanovun imzası ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, sürəti baş redaktor Xuraman Quliyevaya ünvanlanan 26.02.2024-cü il tarixli, 3-3-24/2 Kol.-1733-23/2024 saylı cavabı.
Qoşma: 2 sənəd, cəmi 16 vərəq və 14 ədəd qəzet.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin sənədlərlə və vətəndaşların Müraciətləri şöbəsinin müdiri cənab Şahin Qəhrəmanovun imzasıyla 14.03.2024-cü il tarixli, 1-8/2-Kol-2204-23-1992/2024 saylı baş redaktor Xuraman Quliyevaya ünvanladığı cavabı: - Bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli, 2(103)-4621/2023 saylı nömrəli qətnaməsindən iddiaçı Abbasov Altay Əhliman oğlu tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il 19 fevral tarixli, 2(102)-1127/2024 nömrəli qərardadı ilə icraata qəbul edilmiş və yazılı icraat qaydasında baxılması qərara alınmışdır. İzah edilir ki, kassasiya şikayətinə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq baxılacaqdır.
18. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin sənədlərlə iş idarəsinin rəisi cənab Samir Sultanovun imzası ilə 08.11.2024-cü il tarixli, 3-39-24/2-Q-9075-23/2024 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinə, sürəti baş redaktor Xuraman Quliyevaya ünvanlanan cavabı.
Qoşma: 1 vərəq və 1 ədəd qəzetin I ünvana göndərdiyi qeyd edilir.