Azərbaycan İdeyası

Aranlının mədəniyyət başqanı Elşən Əsədov “əvvəl gödəniyyət” prinsipi ilə işləyir

Tarix:29-09-2025, 12:26
Baxış Sayı:240

Aranlının mədəniyyət başqanı Elşən Əsədov “əvvəl gödəniyyət” prinsipi ilə işləyir

Qəzetimizin bölgə təmsilçisi, İmişli rayonunun Aranlı kənd sakini Yadigarov Bayraməli İxtiyar oğlu redaksiyamıza təqdimat yazaraq bildirir ki, İmişli rayonunun Mədəniyyət və Turizm Şöbəsinin (Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəliyi – red.) tabeliyindəki Aranlı qəsəbə Mədəniyyət Evinin fəaliyyəti qeyri-qənaətbəxşdir. Elşən Əsədovun rəhbərlik etdiyi Aranlı Mədəniyyət Evinin işçiləri xalqa mədəni xidmət göstərmək əvəzinə iş saatlarında domino, nərd oynamaqla məşğuldurlar. Direktor və digər vəzifəli şəxslər qohumbazlıq edir, iş yerlərinə, hətta xadimə vəzifələrinə də öz yaxınlarını götürürlər.
“Elşən Əsədovun həyat yoldaşı 2 nömrəli orta məktəbdə ibtidai sinif müəllimidir. Əlilliklə əlaqədar pensiya almasına baxmayaraq, məktəbdə də fəaliyyət göstərir. Elşənin Rayon İcra Hakimiyyətində işləyən oğlu da əlillik dərəcəsi ilə pensiya alır. Ailəlikcə Əsədovların dövlətə, xalqa heç bir faydaları yoxdur”.
B.Yadigarov mədəniyyət sektorunda yer alan neqativ hallarla bağlı Elşən Əsədova suallar verəndə aralarında insident yaranıb. direktor ona hücum çəkib, nalayiq ifadələrlə təhqir edib, ölümlə hədələyib. Yadigarov məruz qaldığı hədəni real qəbul edib: “Elşənin pulu çoxdur, sələmə pul verir. İmişli sakinlərinin ona olan borcu banka olan borclarından çoxdur. Adam öldürüb qan bağlaya bilər”. Ona görə də Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib və onu ifadə verməsi üçün İmişli Rayon Polis Şöbəsinə çağırıblar.
Ancaq Elşən Əsədov izahat verməsi üçün polisə çağılrılanda əsl “mədəniyyət adamı” kimi artistlik edib: “Polis Şöbəsində guya ürəyi gedib. Üzünə-başına su töküblər ki, özünə gəlsin”.
Məsələ ilə əlaqədar İmişli rayon Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimovla telefon əlaqəsi saxlayıb münasibətini soruşduq. N.Əzimov bildirdi ki, insidentdən xəbəri var və hazırda faktla bağlı İmişli rayon Polis Şöbvəsində araşdırma aparılır. İnsidentin səbəinə gəlincə, N.Əzimov hər vəchlə çalışdı ki, tərəflər arasında mübahisəni şəxsi ədavət zəminində baş vermiş kimi təqdim etsin. Lakin əməkdaşımız B.Yadigarov E.Əsədovla onun arasında heç bir şəxsi ədavətin olmadığını, qarşı tərəfin onun peşə fəaliyyətinə mane olmaq istəyinin nəticəsi olduğunu bildirir.

“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?