Azərbaycan İdeyası

Birinci instansiya məhkəməsi lotereya ortaqlarını aldadan apellyasiya məhkəməsi işçisinin əməlinə necə münasibət sərgiləyəcək?

Tarix:Bu gün, 15:03
Baxış Sayı:0

Birinci instansiya məhkəməsi lotereya ortaqlarını aldadan apellyasiya məhkəməsi işçisinin əməlinə necə münasibət sərgiləyəcək?

Adamlar var, qazandıqları pullar zəruri ehtiyaclarını ödəsə də, izafi xərclərə yol verdikləri üçün artığını yığa bilmirlər. O üzdən iri problemlərini həll edə, məsələn, ev, maşın almaq, xeyir işlərini başa çatdırmaq planlarını qeyri-müəyyən vaxta təxirə salmalı olurlar. Məhz bədxərcliyin qarşısını almaq üçün qohum-qonşu, iş yoldaşları və dostlar arsında oynanılan lotereya köməyə çatır. Yəni, hər kəs hər ay eyni miqdarda pul verir və hər ay adamlardan biri bu pulları götürür. Aylar üzrə növbə hamıya çatır. Burda heç kimin pulu batmır və heç kim artıq pul götürmür, sadəcə olaraq hər ay verdiyi pul toplanaraq bir dəfə ona bütöv şəkildə verilir. Bu cür lotereya oynamaq halaldır.
Amma dinə görə, pulla satılan biletlərlə, püşkatma və buna bənzər vasitələrlə oynanılan lotereyalar haramdır. Çünki bu zaman minlərlə insan udmaq həvəsilə pul verib bilet alır, aralarından biri onların pulunu mənimsəyir. Bu, qumarın bir növüdür. Bu cür lotereya oyunlarına qatılmaq, bilet almaq, udmaq və uduş pulunu götürmək haram sayılır.
Di gəl, tanış-biliş arasında oynanılan lotereyada da dəcəllik edənlər olur. Belə ki, növbədə irəli olanların digərlərini incitmək şansı olur. Bu cür vəziyyətlərdə iştirakçılar arasında sadəcə borc öhdəliyi olur və kiminsə öhdəliyi pozduğu halda digərlərinin borcunu qaytarmaq vəzifəsi oyunun təşkilatçısı qismində olan iştirakçının üzərinə düşür.
Zaqatala rayonunun Mukax kəndində qeydiyyatda olan, Ucar rayonunun Alpout kəndində yaşayan Yusifova Fatimə Ağahüseyn qızının başına məhz bu cür hadisə gəlib. Vətəndaş Yusifova “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ünvanladığı məktubda bildirir ki, həmkəndlisi Əliyeva Təravət Elşad qızının vasitəçiliyi ilə tanış olduğu Mikayılova Ayna Mehman qızı 01 dekabr 2024-cü il tarixdə onların “lotereya” komandasına qoşulub. Ayna Mikayılova komandaya qatılmaq istəyini bildirəndə Yusifova bir daha həmkəndlisi olan Təravət xanıma zəng vuraraq Aynanın barəsində məlumat alıb. Aynanın vəzifəli şəxs olduğunu, Şirvan Apellyasiya Məhkəməsinin arxiv şöbəsində işlədiyini öyrənəndən sonra ona etibar edib: “Sonra Ayna Mikayılova mənim kartıma 9000 (doqquz min) manat pul köçürərək lotereyaya qoşuldu və ikinci ayın pulunu götürdü, dekabr ayının pulunu qaytarmaq lazım gələndə pulu geri qaytarmadı. Mən həmyerlim Təravət xanıma zəng edərək bildirdim ki, gəl gedib polisə müraciət edək. Təravət xanım da pul götürəcəkdi. Ayna pulu geri qaytarmadı deyə heç birimiz pul götürüb komandaya ödəniş edə bilmədik və mən məcbur qalıb həyətimdə olan mal-heyvanları satdım, anamın, atamın, baldızımın, yoldaşımın adına kredit götürüb hər kəsin pulunu qaytardım. Yoldaşımın maşınını belə satdım”.
F.Yusifova bildirir ki, məsələ ilə əlaqədar Ucar Rayon Polis Şöbəsinin rəisinin qəbulunda olub: “Polisdə əvvəlcə mənə yalan vədlər verərək, inandırmağa çalışdılar. Sonra isə müstəntiq “get, ha ra istəyirsən şikayət et, heç kim sənə kömək etməyəcək” dedi. Hətta Aynanın həyat yoldaşı Elşən Mikayılov mənə hədə-qorxu gəlirdi ki, bizim sənə veriləcək pulumuz yoxdur”.
Şikayətçi məsələnin ictimailəşdirilməsini redaksiyadan xahiş edib. Çünki hesab edir ki, onun Ayna Mikayılova barədə şikayəti üzrə cinayət işinin başlanılmasını rədd edən polis və prokurorluq işə obyektiv yanaşma sərgiləmir.
Digər tərəfdən, Əliyeva Təravət Elşad qızı da Yusifova Fatimə Ağahüseyn qızına qarşı pul tələbinə dair iddiası Ucar rayon Məhkəməsində icraata qəbul edilmişdir. Belə olan halda Ucar polisi və prokurorluğu Fatimə Yusifovaya Ayna Mikayılova barədə şikayətini mülki iş kimi məhkəməyə göndərmək hüququnu izah etməklə kifayətlənirsə, məhkəmə də öz növbəsində hər iki işi eyni icraatda birləşdirərsə, ədalətli yanaşma sərgiləmiş olar. Bax elə burada Ayna Mikayılovanın Şirvan Apellyasiya Məhkəməsində işləməsi məsələyə təsir göstərə bilər.
Mövzuya qayıdacağıq.

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin Baş İstintaq İdarəsinə
Ədliyyə Nazirliyinin Baş İstintaq İdarəsinə
Hakim xəyanətinin illərlə axıtdığı göz yaşları
Hakim xəyanətinin illərlə axıtdığı göz yaşları
Əli Kərimlinin əmisi oğlunun törətdiyi cinayət ört-basdır edilir – Şəriki tam məsuliyyəti öz boynuna götürür
Əli Kərimlinin əmisi oğlunun törətdiyi cinayət ört-basdır edilir – Şəriki tam məsuliyyəti öz boynuna götürür
Dördüncü ildir pasport qeydiyyatına alınmayan vətəndaş yeni 2026-cı ildən nə gözləyir?
Dördüncü ildir pasport qeydiyyatına alınmayan vətəndaş yeni 2026-cı ildən nə gözləyir?
Sevir Vətənini səmimi-qəlbdən
Sevir Vətənini səmimi-qəlbdən
Hicran Hüseynova – Haqqın zərif gücünün təcəllası
Hicran Hüseynova – Haqqın zərif gücünün təcəllası
Böyük Bəhmənlidə yanğın: Müraciətlərə laqeyd yanaşan məmurların səhlənkarlığı ucbatından...
Böyük Bəhmənlidə yanğın: Müraciətlərə laqeyd yanaşan məmurların səhlənkarlığı ucbatından...
Nazirliyin vəzifəli şəxsi qeyri-leqal işə cəlb etdiyi fəhlənin pulunu vermir
Nazirliyin vəzifəli şəxsi qeyri-leqal işə cəlb etdiyi fəhlənin pulunu vermir