Azərbaycan İdeyası

Səkilər daralır, problemlər artır: Bəzi yerlərdə velosiped zolaqları çəkilib, amma...

Tarix:15-01-2026, 12:00
Baxış Sayı:5



Müasir şəhərlərdə yol hərəkətinin əsas iştirakçıları yalnız avtomobillər deyil. Piyadalar və velosipedçilər də gündəlik hərəkətin ayrılmaz hissəsidir. Lakin bir çox şəhərlərdə infrastruktur onların təhlükəsizliyini təmin edəcək səviyyədə deyil.

Dar və işarələnməmiş səkilər, velosiped zolaqlarının olmaması, yüksək sürət limiti və zəif işıqlandırma həm yol qəzalarının, həm də ölümlərin artmasına səbəb olur.

Bu baxımdan şəhər planlaması yalnız nəqliyyatın axınına deyil, insan həyatının qorunmasına yönəldilməlidir.

Bəs təhlükəsizliyi artırmaq üçün hansı urbanistik dəyişikliklər vacibdir? Yerli icmalar və sakinlər bu prosesdə hansı təşəbbüslərlə fərq yarada bilər?

Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov deyib ki, piyadalar xüsusi diqqət mərkəzindədir. Çünki Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununda velosipedçilər də piyadalara bərabər tutulan şəxslər hesab olunur. Dediyinə görə, bu səbəbdən də ilk növbədə məhz piyadalara müraciət edir.

"Digər səbəb isə ondan ibarətdir ki, bu gün şəhər infrastrukturunun əsas istiqamətlərindən sayılan və nəqliyyat sistemində xüsusi mövqeyə malik olan “insan yönümlü şəhər” (people-oriented city) anlayışı artıq dünyada geniş tətbiq olunur. Bu termin bizim dilimizdə yenidir və onunla bağlı müxtəlif müzakirələr aparılır",- həmsöhbətimiz əlavə edib.


Aslan Əsədov: Yeni təmir zamanı velosiped yolunun özünə məxsus zolağı ayrıca planlaşdırılmalıdır

Müsahibimizin sözlərinə görə, əgər insan yönümlü şəhərdən söhbət gedirsə, onun infrastrukturu da insan yönümlü olmalıdır. Əks halda bu, real görünmür. Çünki şəhər məkanının təhlükəsizliyi, piyada və velosipedçi hərəkətinin təmin olunması, qəzaların minimuma endirilməsi, ömürlük əlillik hallarının qarşısının alınması birbaşa olaraq infrastrukturun düzgün planlaşdırılmasından asılıdır. Məhz bu amillər mövzunun dramatikləşməsinə səbəb olur:

“Biz nə edə bilərik” sualına gəldikdə isə, çıxış yolları mövcuddur. Əsas addımlardan biri şəhər nəqliyyatının bütün elementlərinin bir-biri ilə uzlaşdırılmasıdır, piyada yolları, velosiped yolları, avtomobil yolları arasında düzgün və təhlükəsiz əlaqə qurulmalıdır. Zolaqların ayrılması, təhlükəsizlik qaydalarının gücləndirilməsi, yeraltı keçidlərin inşası, həmin keçidlərin velosipedçilər və əlilliyi olan şəxslər üçün panduslarla təchiz edilməsi çox vacibdir. Bu, velosipedçilərin həmin keçidlərdən istifadəyə daha maraqlı və rahat olmasını təmin edər".

Aslan Əsədov onu da qeyd edib ki, hazırda bəzi yerlərdə velosiper zolaqları çəkilib, amma bu, ayrıca velosiped yolu demək deyil. Sadəcə avtomobil yolundan müəyyən sahə ayrılıb. Halbuki bu, tam funksional velosiped zolağı sayıla bilməz:

"Yalnız o zaman tam velosiped yolu yaratmaq olar ki, əvvəlcədən ayrılmış yol infrastrukturu mövcud olsun. Yəni yeni təmir zamanı velosiped yolunun özünə məxsus zolağı ayrıca planlaşdırılmalıdır. Əks halda problemlər davam edəcək".

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026