
Məhkəmələr tərəfindən qəbul edilən qətnamələr, qərardadlar və hökümıər mütləq qaydada icra olunmalıdır. Və onlar dövlətin adından çıxarılır. Bu qərarların icra olunmasına birbaşa nəzarəti və təmin olunmasına nəzarəti icra məmurları həyata keçirir. İcra məmurları tərəfindən icra bildirişi daxil olduqdan sonra icraçı müvafiq qərarla icra işini başlayır. Tərəflərə, əsasən borclu tərəfə tələbin könüllü icra olunması ilə bağlı 10 günlük müddət tanıyır. Bu 10 gündən sonra tələb borclu tərəfindən icra olunmursa, o zaman icra məmuru tərəfindən müxtəlif icra hərəkətlərinin tətbiq olunması qaçılmaz olur.
Əgər icra məmuru tərəfindən müvafiq qətnamənin və ya məhkəmə qərarının icra olunması ilə bağlı, bütün tədbirlər boşa çıxdıqdan sonra borclu tələb icra olunmasından yayındığı hallarda və ya onu icra etmədikdə, icra məmuru tərəfindən müvafiq protokol tərtib olunmaqla məhkəməyə təqim olunur. Məhkəmə inzibati qaydada və ya cinayət işi əsasında şəxsin barəsində qərar qəbul edir. Birinci növbədə şəxsin barəsində inzibati protokol tərtib olunur. İnzibati protokoıun ardından şəxsin qeydiyyatda olduğu yerin rayon-şəhər məhkəməsi, şəxsin inzibati məsuliyyətə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən onu cərimə edə bilər və ya həmin şəxsin inzibati qaydada həbs olunması ilə bağlı qərar qəbul edə bilər.
Lakin müşahidələr göstərir ki, bəzi iocra məmurları borclu şəxslərə qarşı lazımi tədbirləri görməyə tələsmirlər. Bu “humanizmin” nədən qaynaqlandığını bilmək olmur.
Zərərçəkmiş vətəndaş Gülzar Məşədi qızı Namazova “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək bildirib ki, cavabdeh Vəliyeva Mehriban Qaib qızının ona 7000 (yeddi min) manat məbləğində borclu olması Sabunçu rayon məhkəməsinin 2(008-10742/2015-ci il tarixli qərarı ilə təsdiqlənmişdir.
Lakin 17.12.2015-ci il tarixli icra sənədi üzrə icra işləri yerinə yetirilmədiyindən, on ildən çoxdur ki, M.Q.Vəliyevadan borc məbləğinin alınıb G.M.Namzovaya verilməsi təmin olunmamışdır. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru, I dərəcəli ədliyyə qulluqçusu Amil Əmirov 24.10.2025-ci il tarixdə “borclunun yaşayış yeri məlum olmadığına görə” onun axtarış barədə qərarın icra olunması haqda əslini Sabunçu rayon Polis İdarəsinə, surətini Sabunçu rayon məhkəməsinə və tələbkara məlumat göndərmişdir.
İcra işinin nə səbəbə ləngiməsi sualına cavab tapmaq üçün Sabunçu rayon İcra Şöbəsinin rəisi ilə telefon əlaqəsi saxladıq. Məlum oldu ki, rəis vəzifəyə yeni təyin olunub. Məsələni nəzarətə götürəcəyini vəd etdi və həqiqətən də bir gün sonra borcludan 100 (bir yüz) manat alınıb tələbkara ödənildi.
Borcdan yetmiş dəfə az məbləğdir, amma çox mətləbdən xəbər verir. Belə çıxır ki, lazım gələndə gizlənən borclunu təcili tapmaq, məhkəmə qərarının tez-tez, az hissələrlə icrasını təmin etmək mümkündür. Sadəcə, ədalətin (bizim misalda zərərçəkmişin) təfəində durmaq lazımdır.
Xuraman Quliyeva