Azərbaycan İdeyası

Tərtər məhkəməsinin hakimi Kamil Rzayev tərəflər arasında bağlanan nikah ləğv edildikdən sonra uşaqları ilə bir il müddətinə birgə yaşayan atadan aliment tutulmasını tələb etməkdə haqlı idimi?

Tarix:20-02-2026, 15:13
Baxış Sayı:101



Tərtər rayonunun Kəbirli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, C.Novruzov küçəsi, ev 2 ünvanda yaşayan Əsədov Cavidan Cəfər oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək keçmiş arvadının haqsız aliment tələbi əsasında problem yaşadığını bildirib.
C.Əsədov yazır ki, 2021-ci ildə Əsədova Əfsanə Yaqub qızı ilə ailə qurub. Həmin nikahdan 2022-ci və 2024-cü illərdə iki övladları dünyaya gəlib. 4 yaşlı oğlu anadangəlmə autizm xəstəsidir. Qaynanasının müdaxiləsi nəticəsində yoldaşı Sabunçu rayon məhkəməsinə ərizə verib, ondan boşanıb. Boşanmalarına baxmayaraq, bir il birgə yaşamaqda davam ediblər. Bildirir ki, həmin dövrdə həm övladlarına, həm də keçmiş həyat yoldaşına – Əsədova Əfsanəyə münasibətdə yaxşı baxıb, dolanışıqlarını təmin edib. Var gücü ilə çalışaraq, imkanı daxilində qazancını xəstə uşağının müalicəsinə sərf edib. Buna baxmayaraq, keçmiş həyat yoldaşı 2025-ci ilin sentyabr ayında məhkəməyə müraciət edərək, hər ay 200 (iki yüz) manat olmaqla, ötən bir il iki ay müddətində 2800 manat aliment tələbi irəli sürmüşdür.
Cavidan qeyd edir ki, o, hazırda aylıq alimenti ödəyir, ancaq ona qəribə gələn məsələ icra məmuru Amil Səfərovun ondan Əfsanənin tələbi ilə 2800 (iki min səkkiz yüz) manat tələb etməsidir. Çünki bu məbləğə boşanmadan sonra birgə yaşadıqları bir il iki aya görə hesablanan aliment məbləği də daxildir.
C.Əsədov Tərtər rayon məhkəməsinin 04.12.2025-ci il tarixli qərarını yalnız 09.02.2026-cı il tyarixdə aldığını bildirir və bu qərarla razı deyil. Odur ki, redaksiyadan məsələnin ictimailəşdirilməsini xahiş etmişdir.
Qanuna görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Müstəsna hallarda alimentin əvvəlki vaxtlar üçün verilməsinə yol verilir. Məhkəmə əvvəlki müddət üçün aliment tutulmasına yalnız iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görülməsini iddiaçının xahişi ilə cavabdeh şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment tutulması barədə qərar verə bilər. Məhkəməyə müraciət edildiyi tarixdən isə bu cür ödənişlərin edilməsi davam etdirilir. Maraqlıdır, görəsən Tərtər rayon məhkəməsi Cavidan Əsədova boşanmadan sonrakı, amma ailəsi ilə birgə yaşamaqda davam etdiyi bir il üçün aliment müəyyən edəndə hansı “müstəsna” halı əsas götürüb?

OXŞAR XƏBƏRLƏR
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Donald Tramp jurnalistlərə söz atdı: "Mən gedəndən sonra yazmağa xəbər tapmayacaqsınız"
Donald Tramp jurnalistlərə söz atdı: "Mən gedəndən sonra yazmağa xəbər tapmayacaqsınız"
Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
ABŞ qaz daşıyan tankeri vurdu: Ölənlər var
ABŞ qaz daşıyan tankeri vurdu: Ölənlər var
Itkinizə üzgünük
Itkinizə üzgünük