Azərbaycan İdeyası

Bakı İnzibati Məhkəməsi Vüqar Behbudovun yetimin çörəyini kəsmək hüququna hörmətlə yanaşıb+FOTO

Tarix:20-02-2026, 17:50
Baxış Sayı:125



“Korrupsiya və Qanun” qəzetinin sadiq oxucuları xatırlayarlar, Abşeron rayonu Masazır kəndi, Duz Zavodu yolu, 2-ci yaşayış massivi, 3-cü bina, 1-ci blok, mənzil 11 ünvanda yaşayan İbrahimzadə Ramiz illərdir ki, sosial müdafiə sahəsində pozulmuş hüquqlarının bərpası uğrunda mücadilə edir və dövlətimizin qayğılı münasibətinin sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara ötürülməsi müstəvisində yol verrilən neqativ hallarla mübarizə aparır. O mövzuda qəzetimizdə 31 yanvar 2024-cü il tarixli sayında “Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib” sərlövhəli, sonra 2025-ci ildə ““Məzun Evi”nin atalı-analı yetimləri” adlı, daha sonra ““Məzun Evi”nin atalı-analı yetimlərindən ibarət təxribatçı dəstə hələ də cəzasız qalıb” başlıqlı məqalələr dərc olunub.
Ramiz İbrahimzadə 13 dekabr 2024-cü il tarixli ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “birdəfəlik maddi yardımın miqdarının artırılması və müraciətlərə cavab verilməsi” tələbinə dair iddiası icraata götürülmüşdür (inzibati iş №2-1(112)-16818/2024). Bakı İnzibati Məhkəməsinin hakimi Tural Məlikov yaranmış zərurətlə əlaqədar 04.07.2025-ci il tarixli məktubu ilə Sosial Xidmətlər Agentliyinə məktub yazaraq, 3 dekabr – Beynəlxalq əlilliyi olan şəxslər günü münasibəti ilə sosial müdafiəyə ehtiyacı olan şəxslərin siyahısının təsdiq edilmiş surətlərinin qısa müddət ərzində məhkəməyə edilməsini tələb etmişdir. Üstəgəl, həmin tarixdə tərtib edilmiş ikinci məktubla Ramiz İbrahimzadənin aldığı maddi yardımın miqdarından narazı qaldığı 2021-ci ildən 2025-ci ilədək Agentliyə göndərdiyi tarixləri bəlli olan məktubların və onlara verilmiş cavabların surətlərini istəmişdir. Məlum olmuşdur ki, həqiqətən də Agentlik hər il Ramiz İbrahimzadəyə hər iki valideynindən məhrum olmuş, sosial yardıma ehtiyacı olan, II qrup əlil şəxs kimi verilən 150 manat birdəfəlik yardımı 2019-cu ildəki 200 manatdan 2020-ci ildə 150 manata endirmiş, 2021-ci ildə isə Beynəlxalq Əlillər Günü ilə əlaqədar 30 manat maddi yardımı Ramiz İbrahimzadəyə ödəməmişdir.
Lakin Bakı İnzibati Məhkəməsinin hakimi Məlikov Tural Rauf oğlunun sədrliyi ilə qəbul edilmiş 08.09.2025-ci il tarixli 2-1(112)-5432/2025 nömrəli qərarla R.İbrahimzadənin iddiası təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının istəklərinin tələblərə uyğun olması baxımından qiymətləndirilməsini inzibati orqana (Agentliyə) verilmiş hüquq hesab etmişdir və bu qənaətə gəlmişdir ki, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə vəzifə kimi qoyula bilməz. İddiaçı həmin qərarın surətini 14.10.2025-ci ildə almış, beləliklə, həmin qərardan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti vermək üçün müəyyən edilən 30 gün müddəti ötmüşdür. Bundan sonra iddiaçı 16.10.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə ərizə ilkə müraciət edərək, qərardan apellyasiya şikayəti vermək və iş üzrə yuxarı instansiya məhkəməsində hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsiniun hakimi Məlikov Tural Rauf oğlunun sədrliyi ilə qəbul edilmiş 30.10.2025-ci il tarixli 2-1(112)-5432/2025 nömrəli qərardadla Ramiz İbrahimzadənin ərizəsi təmin edilmiş, onun hüquqlarının müdafiəsi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Şamil Nəcəfova həvalə edilmişdir. Vəkilin tərtib etdiyi 12.11.2025-ci il tarixli apellyasiya şikayəti ilə iddiaçının öz hesabı ilə son beş il ərzində almadığı 750 manat məbləğində ödənilməmiş birdəfəlik maddi yardımın, həmin maddi yardımın ödənilməməsi ilə bağlı ona vurulmuş mənəvi ziyanın kompensasiyası olaraq 1250 manat məbləğində, cəmi 2000 manat pul məbləğinin ödənilməsi öhdəliyinin, iddiaçının hər il aldığı 150 manat birdəfəlik maddi yardımın məbləğinin artırılaraq növbəti illər üçün 300 manat təyin edilməsi öhdəliyinin, iddiaçının müraciətlərinə qanunamüvafiq qaydada və mahiyyəti üzrə əsaslandırılmış cavab verilməsi öhdəliyinin cavabdehin (Agentliyin) üzərinə qoyulması xahiş edilmişdir.
Mövzuya qayıdacağıq.
“Korrupsiya və Qanun”

Bakı İnzibati Məhkəməsi Vüqar Behbudovun yetimin çörəyini kəsmək hüququna hörmətlə yanaşıb+FOTO

OXŞAR XƏBƏRLƏR
Nazirlik “Uniklinika”da yoxlamalara başladı
Nazirlik “Uniklinika”da yoxlamalara başladı
Parlamentin iclası başladı
Parlamentin iclası başladı
Bakı-Qazax yolunda yük avtomobili aşıb.
Bakı-Qazax yolunda yük avtomobili aşıb.
TƏBİB fəaliyyətini dayandıracaq? - NAZİRDƏN AÇIQLAMA
TƏBİB fəaliyyətini dayandıracaq? - NAZİRDƏN AÇIQLAMA
Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir - Mehriban Əliyeva
Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir - Mehriban Əliyeva
Xocalı soyqırımından 34 il ötür
Xocalı soyqırımından 34 il ötür
Narkotik cinayətlərin sayı 12,4 % azaldı
Narkotik cinayətlərin sayı 12,4 % azaldı
Ötən il 11,5 ton narkotik vasitə müsadirə edilib
Ötən il 11,5 ton narkotik vasitə müsadirə edilib