Azərbaycan İdeyası

Paytaxtda yerləşən iri “Fresco” supermarketində qiymət uyğunsuzluğu halı qeydə alınıb.

Tarix:13-01-2017, 14:01
Baxış Sayı:287


 Paytaxtda yerləşən iri “Fresco” supermarketində qiymət uyğunsuzluğu halı qeydə alınıb.


İstehlakçılardan birinin şikayətinə görə, marketdən aldığı məhsul piştaxtada bir, kassada isə başqa qiymətə hesablanıb.
Belə ki, alıcının aldığı bananın üzərindəki kağızda qiymət 83 qəpik, kassada verilmiş qəbzdə isə 91 qəpik olaraq qeyd edilib.
Sosial şəbəkədə paylaşılan bu fotunu sizlərin də diqqətinə çatdırırıq. Qeyd edilən tarixə və rəqəmlərə diqqətlə nəzər salın. Göründü kimi, qiymətlər arasında böyük uyğunsuzluq müşahidə edilir.
Qeydə alınan bu qiymət uyğunsuzluğunun qanun pozuntusu olduğunu deyən İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib ki, məhsulun üzərindəki kağızda qeyd edilmiş qiymətlə kassada verilmiş qəbzdəki qiymət eyni olmalıdır: “Belə olmaması isə qanun pozuntusu sayılır və bununla bağlı tədbirlər görülməlidir”.
A.Əliyev vurğulayıb ki, eyni zamanda istehlakçılar bu hallarla qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin “qaynar xətt”i olan 195-ə müraciət etsin. (lent.az)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı