Azərbaycan İdeyası

Şəxsi obyektlərin qarşısında parklama qadağası - sürücülər nə etməlidir? (ARAŞDIRMA)

Tarix:7-01-2020, 16:13
Baxış Sayı:86




Bu gün qadağan işarəsi altında avtomobili saxlamaq ən çox yayılan qanun pozuntularından biridir, qeyri-qanuni yerdə parklamaya görə cərimə mövzusu isə hər zamankından daha aktualdır. Bakı Nəqliyyat Agentliyi (BNA) bu məsələni diqqətlə izləyir və yol qaydalarının bu formada pozulmasına operativ şəkildə reaksiya göstərir. Bir çox hallarda iş cərimə yazılması ilə bitmir, hətta avtonəqliyyat vasitəsinin cərimə meydançasına aparılması ilə nəticələnir.
Parklamanı qadağan edən işarələr altında nəqliyyat vasitəsini saxlamaq birmənalı şəkildə olmaz və heç kim bununla mübahisə etmir. Bəs "parkovka” yerinin qanuni olduğu halda bu ərazinin yaxınlığında yerləşən obyektin sahibi onu "özəlləşdirib”sə, nə etmək lazımdır?
Son vaxtlarda dost-tanışdan tez-tez eşidirəm, hətta özüm də dəfələrlə şahidi olmuşam ki, avtomobili park edərkən yaxınlıqdakı obyektdən mühafizəçi çıxaraq "Bizim mağazamıza, gözəllik salonumuza, restoranımıza gəlmisiniz” sualı ilə müraciət edir. Cavabınız mənfidirsə, sizdən bu parklama yerini boşaltmağınız xahiş olunur, oranın guya obyektə məxsus olduğu bildirilir və imtina edəcəyiniz təqdirdə evakuator çağırılacağı, geri dönəcəyiniz ana qədər avtomobilin artıq olmayacağı ilə bağlı təhdidlər başlayır.

OXŞAR XƏBƏRLƏR
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır