Azərbaycan İdeyası

"Kaş onu heç əlimə almaz olardım" - İstirahətdə qolu qandallandı VİDEO

Tarix:6-08-2016, 22:31
Baxış Sayı:261

"Kaş onu heç əlimə almaz olardım" - İstirahətdə qolu qandallandı VİDEO
"Dedi ki, istiyirsən təşkil edim"

Nabrana istirahət etmək üçün gedən Abşeron rayon sakini oradan narkotik vasitə ilə qayıdıb. Ancaq əməliyyatçıların keçirdiyi tədbirlə saxlanılaraq idarəyə gətirilib. Abşeron rayon sakini 37 yaşlı Şahin Qəhrəmanov istirahətdə olarkən azadlığından olub. Onun sözlərinə görə Nabranda olarkən restoranda bir şəxslə tanış olub.

Yeyib içəndən sonra yeni tanış Şahinə narkotik vasitə təklif edib. Kefli olan Şahin isə bu təklifi qəbul edib: "Dincələrkən bir nəfərlə tanış oldum. Yan stolda oturub çörək yeyirdilər. Elə oldu ki, əyləşdik bir yerdə oturub çörək yedik. Sonra tanımadığım bir şəxs dedi ki, məndə belə bir şey var. Çəkmək istəmirsən?" Daha sonra sözügedən şəxs Şahinə istəsə yenə də narkotik vasitə tapa biləcəyini deyib. Razılıq verən Şahin həmin şəxslə görüşüb və narkotik vasitəni də götürüb Bakıya qayıdıb: "Dedi ki, istiyirsən təşkil edim. Gəldiy Xudat şəhərinə. Orda 70 manata bir kibrit qutusu aldım ondan".

Özünün dediyinə görə avtomobili xarab olduğundan onu təmir etmək üçün maşınına baxış keçirib. Elə bu zaman Abşeron rayon polis idarəsinin əməliyyatçıları ona yaxınlaşaraq idarəyə gətiriblər: "Deməli Qafqaz Universitetinin yanında maşına baxış keçirən zaman, maşında bir az nasazlıq var idi. Polis əməkdaşları yaxınlaşdılar ki, nolub? Nə kömək ola bilər? Bir az həyəcanlandım. Şüphəli şəxs kimi gətirdilər polis idarəsinə. Üzərimə baxış keçirilərkən həmin marixuana aşkar olundu. Çox peşmanam. Kaş o insanı heç görməz olardım. Kaş onu heç əlimə almaz olardım".

Artıq faktla bağlı Abşeron rayon polis idarəsində cinayət işi başlanıb, araşdırma aparılır. (Region TV)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı