Azərbaycan İdeyası

86 yaşlı anasını döyə-döyə öldürən oğula HÖKM OXUNDU

Tarix:23-08-2016, 12:01
Baxış Sayı:372

86 yaşlı anasını döyə-döyə öldürən oğula HÖKM OXUNDU
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 86 yaşlı anasını döyə-döyə öldürməkdə təqsirləndirilən İqor Avşarovun cinayət işi üzrə məhkəməsi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən İqor Avşarov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il aprelin 25-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 86 yaşlı Lidiya Avşarovnanın üzərində döyülmə üçün xarakterik olan meyiti mənzilində tapılıb. Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 56 yaşlı oğlu İqor Avşarov tutulub. Müəyyən edilib ki, 86 yaşlı Lidiya Avşarova xeyli vaxtdır, yataq xəstəsi imiş.

Gözlərinə qara su gələn ahıl qadının 10 ilə yaxındır ki, gözləri tutulub və ailə üzvləri onun qayğısına qalırmış. Anasının tez-tez onu çağırıb saatı soruşmasından, yemək-su istəməsindən bezən 56 yaşlı İqor Avşarov aprelin 25-də evdə sərxoş vəziyyətdə yatarkən növbəti dəfə onu dünyaya gətirən qadının səsini eşidib. Anasının qayğısına qalmaqdan bezən oğul əsəbi halda ona tərəf şığıyıb və təpiklə qadının başına zərbələr endirib. Ağır xəsarətlər alan qadın hadisə yerindəcə keçinib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı