Azərbaycan İdeyası

Bakıda keçmiş məmur gözətçisini niyə güllələdi? TƏFƏRRÜAT

Tarix:15-09-2016, 10:52
Baxış Sayı:237

Bakıda keçmiş məmur gözətçisini niyə güllələdi? TƏFƏRRÜAT
Üç gün əvvəl Bakıda gözətçinin ev sahibi tərəfindən güllələnməsi hadisəsinin maraqlı təfərrüatı üzə çıxıb. Lent.az-ın məlumatına görə, təqaüdçü olan Vidadi Quliyev Sabunçu rayonunun Ləhiş bağlar sahəsindəki evində gözətçilik edən Elşad Kazımovla şəhərdəki kafelərdən birində yeyib-içib.

Daha sonra evə gedən hər iki şəxs burada yolüstü aldıqları pivəni də içiblər. Bundan sonra isə hələlik dəqiqləşməmiş səbəblərdən E.Kazımov əsəbləşməyə başlayıb və onun hər kəsə hörmət etdiyini, hamının da ona hörmət göstərməli olduğunu deyib. E.Kazımov hörmətsizlik edən şəxslərin ünvanına ağır ifadələr işlədib. V.Quliyev özündən yaşca kiçik olan Elşadı qucaqlayaraq onu sakitləşdirməyə çalışıb və ondan konkret kimi söydüyünü soruşub.

İçkinin təsiri altında olan E.Kazımov konkret olaraq V.Quliyevi söyüb və onu boğmağa başlayıb. V.Quliyev E.Kazımovun əlindən çıxan kimi belindəki tapançanı çıxarıb və ona atəş açıb.

Bildirilir ki, öz evinin gözətçisini güllələyən V.Quliyev əvvəllər xüsusi təyinatlı idarələrdən birində vəzifədə olub. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı