Azərbaycan İdeyası

Zəngəzurda yaşayan erməni: "Biz isə elə bilirik ki, buralar bizim torpaqlardır

Tarix:12-11-2015, 15:23
Baxış Sayı:360

"Azərbaycanlılar gecələr buralarda olur..."
"Korrupsiya və Qanun" qəzetinə istinadən Ölkə.Az xəbər verir ki, Zəngəzur ərazisində yaşayan yaşlı erməni Rusiyadan olan jurnalistlərdən birinə azərbaycanlılarla qonşu kənddə yaşamaqdan danışıb.
Yayılan videogörüntülərdən də məlumdur ki, yaşlı erməni bu dağlıq əraziləri olduqca təhlükəli hesab edir. Jurnalist isə bunun səbəbini öyrənmək istəyəndə o, Qarabağ müharibəsi zamanı baş verən əhvalatdan söz açır.
O bildirir ki, vaxtilə ermənilər azərbaycanlıları o ərazilərdən qovalayaraq onların mal-qarasını aparıblar. Azərbaycanlı çoban isə ermənilərdən onu öldürməmələrini istəyib və əvəzində daha çox mal-qara gətirəcəyini vəd etsə də, alayla birlikdə qayıdır.
"Buna görə də onlar həmişə oradadır. Onlar düşünmür ki, bu, rusiyalı müxbirdir, onlara görə burdakılar ermənidir. Həmişə pusqudadırlar. Onlar öyrəşib və gecələr gəlirlər qəbirləri ziyarət edib gül qoyurlar. Biz isə burda yatır və elə sanırıq ki, bura bizim torpaqlardır. Azərbaycanlılar bu əraziləri daha yaxşı tanıdıqları üçün bura daha təhlükəlidir", - deyə erməni bildirib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı