Azərbaycan İdeyası

Komitə sədri: "Qadınlar adekvat mənzilə çıxış zamanı daha çox çətinliklərlə qarşılaşırlar"

Tarix:22-05-2026, 15:00
Baxış Sayı:8


"Qadınların təhlükəsiz mənzilə çıxışı gender bərabərliyinin əsas şərtlərindən biridir".

Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı" mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, qlobal mənzil və iqlim böhranlarının dərinləşdiyi dövrdə qadınlar adekvat mənzilə çıxış zamanı daha çox çətinliklərlə qarşılaşırlar:

"Bu maneələr iqtisadi bərabərsizliklər, patriarxal stereotiplər, sosial müdafiə mexanizmlərinin qeyri-kafiliyi, torpaq və mülkiyyət hüquqlarına qeyri-bərabər çıxış, eləcə də genderə qeyri-həssas siyasətlərlə bağlıdır".

B.Muradovanın sözlərinə görə, qadın başçılıqlı ailələr, məcburi köçkün, yaşlı və əlilliyi olan xanımlar daha yüksək risk qrupuna daxildirlər:

"Kredit və maliyyə resurslarına çıxışın məhdudluğu, təhlükəsiz mülkiyyət hüququnun zəif təmin olunması və mənzil siyasətində iştirak imkanlarının məhdudluğu onların sosial və iqtisadi dayanıqlığını zəiflədir".

O qeyd edib ki, gender əsaslı zorakılıq hallarında təhlükəsiz mənzilin olmaması qadınları ağır seçim qarşısında qoyur:

"Ya zorakılıq mühitində qalmaq, ya da yoxsulluq və evsizlik riski ilə üzləşmək məcburiyyətində qalırlar. Bu isə göstərir ki, mənzil siyasəti yalnız yaşayış sahəsinin təmin olunması deyil, həm də insan təhlükəsizliyi, sosial müdafiə və fundamental hüquqlar məsələsidir".

Komitə sədri vurğulayıb ki, qadınların torpaq və mənzil hüquqlarına təhlükəsiz və bərabər çıxışını təmin edən hüquqi və institusional mexanizmlər daha da gücləndirilməlidir:

"Mənzil sistemləri yalnız yaşayış funksiyası daşımamalı, eyni zamanda sosial inklüzivliyi, təhlükəsizliyi, əlçatanlığı və imkan bərabərliyini təşviq edən mühit formalaşdırmalıdır".

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir