Azərbaycan İdeyası

İİB sədri: "Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir"

Tarix:18-06-2026, 17:00
Baxış Sayı:3


"Bakı və ümumilikdə Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir".

Oxu.Az xəbər verir ki, bunu İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan "İslam İnkişaf Bankı Qrupunun Sədri ilə səmimi söhbət formatında görüş"də deyib.

İslam İnkişaf Bankı Qrupu sədri bildirib ki, onun ailə kökləri karvan ticarəti (karvansaraçılıq) ənənəsinə gedib çıxır və Bakıya səfəri zamanı bu tarixi irslə bağlı xatirələrini yenidən xatırlayıb.

Məhəmməd Süleyman Əl-Casir qeyd edib ki, ötən gecə karvansarada olması onu öz əcdadlarını düşünməyə vadar edib. O vurğulayıb ki, belə tarixi həyat tərzi mədəniyyətlərin yaxınlaşmasına və insanları yoxsulluqdan çıxarmaq üçün göstərilən zəhmətin daha yaxşı anlaşılmasına şərait yaradır.

İİB sədri Azərbaycanın paytaxtı Bakı ilə əlaqələrinin uzun illərə söykəndiyini diqqətə çatdıraraq bildirib ki, Beynəlxalq Valyuta Fondunda (BVF) icraçı direktor vəzifəsində çalışdığı dövrdə Azərbaycan və digər MDB ölkələrinin BVF-yə üzvlük prosesində iştirak edib.

O əlavə edib ki, Səudiyyə Ərəbistanı hökumətinin tapşırığı ilə həmin ölkələrin, o cümlədən Azərbaycanın beynəlxalq maliyyə institutlarına inteqrasiyasına dəstək verib. Daha sonra İİB Qrupuna rəhbərlik etdiyi dövrdə də Bakıya səfərlər etdiyini xatırladıb.

"Şəhərin inkişafı və transformasiyası gözlə görünəcək dərəcədə dəyişib və Bakı sürətli inkişaf nümunəsi kimi diqqət çəkir. Keçmiş sovet dövrü artıq geridə qalıb və indi ölkənin inkişafı xalqın özünün idarəçiliyi ilə gələcək nəsillərin rifahı naminə davam etdirilir".

İİB sədri vurğulayıb ki, Bakı və ümumilikdə Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir.

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir