Azərbaycan İdeyası

Peter Pelleqrini: "Biz Azərbaycanı müştəri kimi görməyə çalışmırıq"

Tarix:17-07-2026, 13:30
Baxış Sayı:3

Peter Pelleqrini: "Biz Azərbaycanı müştəri kimi görməyə çalışmırıq"
"Biz Azərbaycanı müştəri kimi görməyə çalışmırıq. Bir çox başqa ölkələr düşünür: Azərbaycan zəngin dövlətdir, gəlin onlara nə isə satmağa cəhd edək. Biz Slovakiyada bir-birimizlə tərəfdaş kimi işləməyə üstünlük veririk".
Bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada, "AnewZ" telekanalı üçün Bakıda doğulmuş tanınmış jurnalist Mixail Qusmana verdiyi eksklüziv müsahibəsində Azərbaycana səfəri ilə bağlı təəssüratını bölüşərkən deyib.

Söhbət zamanı Slovakiya lideri enerji əməkdaşlığı, müdafiə layihələri və kibertəhlükəsizlik barədə ətraflı danışıb.

Pelleqrini müdafiə sənayesini əməkdaşlığın ən konkret sahələrindən biri adlandırıb. Onun sözlərinə görə, Slovakiyanın müdafiə naziri Slovakiya və Azərbaycan şirkətləri tərəfindən istehsal olunacaq yeni hərbi avadanlıqların yaradılması üzrə birgə layihə barədə danışıqlar aparıb.

"Bundan sonra məhsul Azərbaycan vasitəsilə yeni bazarlara çıxa biləcək və fayda hər iki tərəfə çatacaq", - deyə prezident izah edib.

Rəqəmsal əməkdaşlıqdan danışan Pelleqrini qeyd edib ki, hər iki ölkə bir-birindən öyrənə bilər. Slovakiya vətəndaşların bütün məsələləri evdən həll edə bilməsi üçün dövlət xidmətlərinin onlayn təqdim edilməsinə üstünlük verir. Azərbaycan isə öz növbəsində, bir çox xidmətlərin tək bir yerdə göstərildiyi "ASAN xidmət" sistemini inkişaf etdirir.

"Lakin hazırda ən vacibi kibertəhlükəsizlikdir. Biz vətəndaşların həyatını fiziki dünyadan rəqəmsal dünyaya keçiririk və bu, təhlükəlidir, çünki məlumatları və infrastrukturu qorumaq lazımdır. Kibertəhlükələrin sayı hər gün artır", - deyə Slovakiya lideri xəbərdarlıq edib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?