Azərbaycan İdeyası

Aqil Abbas: “Seçki prosesindən razı qaldım”

Tarix:2-11-2015, 11:42
Baxış Sayı:364

“İnsanlar seçkiyə gedərək istədiyi namizədə səs verib. Siyasi partiyaların, eləcə də bitərəf şəkildə namizədliyini irəli sürən şəxslərin seçki məntəqələrində müşahidəçiləri, vəkilləri vardı. Azərbaycanda demokratik bir seçki keçirilib, seçici kimə istəyibsə, səsini verib”. Bunu Teleqraf.com-a yazıçı, deputatlığa bitərəf namizəd Aqil Abbas deyib. Seçkilər barədə danışan A.Abbas bildirib ki, seçki pozuntusu haqqında danışmağa dəyməz: “Minə qədər seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Eləcə də bir neçə qeyri-hökumət təşkilatı exit-poll keçirib. Yəni məntəqələrdə insanlar bir-birinə nəzarət edib. Ümumilikdə prosesdən razıyıq. Şəxsən mən 50-yə qədər görüş keçirmişəm, insanların dediklərinə qulaq asmışam, dərdlərini bilirəm, dövlətə və dövlətçiliyə münasibətlərindən məlumatlıyam. Seçki çox yüksək səviyyədə keçib, şəffaflıq təmin olunub”. Yazıçı əlavə edib ki, müasir dünyada dövlətlərin parlamenti seçki yolu ilə müəyyən edilir: “Parlamentdə də əyləşənləri seçici seçir. Bəzi ölkələrdə parlament hökuməti formalaşdırır. Bizim parlamentdə isə əsasən qanunlar işlənilir, hazırlanır. Mənim seçkilərə ümumi yanaşmam konkretdir. Bizim ölkəmizdə beş ildə üç dəfə seçkilər keçirilir. Söhbət prezident, bələdiyyə və parlament seçkilərindən gedir. Hakimiyyətin mənbəyi seçicilərdir. Seçicilər ümumiyyətlə seçkilərdə aktiv olmalı, onun maraqlarının müdafiəçisi olan namizədə səs verməlidirlər”. Aqil Abbas seçkilərə xarici müşahidəçilərin, beynəlxalq qurumların müsbət mövqe sərgilədiklərini qeyd edib: “Avropa Şurasından gələn müşahidəçi seçkilərlə bağlı gözəl atmosferin olduğunu bildirdi. Amerikadan, uzaq Avstraliyadan seçkiləri izləmək üçün müşahidəçilər gəlib. Təbii ki, Azərbaycana yaxın ölkələrdən, o cümlədən MDB məkanından müşahidəçilər var. Onların da mövqeyi tədricən açıqlanıb. Mən gördüyüm budur ki, xarici müşahidəçilər seçkilərin demokratik və şəffaf keçirildiyini açıq ifadə edirlər. Əlbəttə, düşməncəsinə danışanlar da tapılacaq. Ona münasibət də adekvat olacaq. Azərbaycan müstəqil dövlətdir, seçkini də Azərbaycan xalqı keçirir. Avropa Parlament Assambleyasına üzv olan deputatlar da öz ölkələrindən seçilir və orada da seçkiləri öz dövlətlərinin müvafiq qurumları keçirirlər. Nə biz gedib Almaniya, Fransa, İtaliyada seçki keçirəcəyik, nə də alman, fransız, ingilis, italiyalı gəlib burada seçki keçirəcək. Avropa Şurasının, ATƏT-in və digər qurumların da dediyi bizim üçün qanun deyil. Bir çox qurumlar seçkilərlə bağlı müxtəlif xarakterli fikirlər deyə bilərlər. Nə oldu, indiyə qədər bu qurumların çoxu elan edirdilər ki, Azərbaycanda şəffaf, azad və demokratik seçkilər keçirilib, bu, irəliyə doğru addımdır. İndi bunu kimlərsə demirlərsə, deməli, həm də siyasi qərəzləri var. Bizim üçün bunlar vacib deyil. Vacib olan budur ki, xalqımız, vətəndaşımız seçkiyə gedərək səsini istədiyi namizədə verib. Çünki hakimiyyətin mənbəyi xalqdır”. - See more at: http://teleqraf.com/news/75079#sthash.Lq5mev3X.dpuf

OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
“Gəlin 7 aylıq hamilə imiş..."
“Gəlin 7 aylıq hamilə imiş..."
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür