Azərbaycan İdeyası

Vəkillər Kollegiyasının “partizanı” hüquqlarını müdafiə etməli olduğu şəxslərə qarşı terror sərgiləyir

Tarix:1-08-2023, 15:59
Baxış Sayı:175

Vəkillər Kollegiyasının “partizanı” hüquqlarını müdafiə etməli olduğu şəxslərə qarşı terror sərgiləyir
Söz vaxtına çəkər, düz iki il əvvəl “Korrupsiya və Qanun” qəzetinin 15 iyul 2021-ci il tarixli 08(82)-ci sayında Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsi, ev 326 ünvanda yaşayan Məmmədov Tofiq Baloğlan oğlunun şikayəti əsasında “VƏKİLLƏR KOLLEGİYASININ ANTİ-MİXAYLOSU” sərlövhəli məqalə dərc olunmuşdu.
Vəkil Hüseynzadə Mehdi Pəli oğlundan şikayətlənən T.Məmmədov bildirirdi ki, oğlunun məhkəmə işi ilə bağlı 2016-cı ilin sentyabr ayında özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edən Hüseynzadə Mehdi Pəli oğlu ilə tanış olub. Vəkil ondan ilkin olaraq 600 manat pul alıb, müvəkkilinə məhkəməyə getməməyi tövsiyə edərək hər şeyi özü yoluna qoyacağına söz verib. T.Məmmədov bir də məhkəmədən bir neçə ay sonra ayılıb ki, onlara Sabunçu rayon İcra və Probasiya Şöbəsinbdən zəng edilib: “Orada bizə məhkəmənin qərarını verdilər və dedilər ki, siz apellyasiya şikayəti vermədiyiniz üçün məhkənmə qərarı artıq qüvvəyə minib. Biz artıq yaşadığımız Binəqədi rayonu 28 may qəsəbəsi, İzlivnoy küçəsi 326 ünvana qeydiyyata düşmüşdük deyə işləri Sabunçu rayonundan Binəqədi İcra Şöbəsinə göndərməyə qərar verdilər. Bu barədə vəkil Mehdi Hüseynzadəyə telefon açdım, ancaq o, telefonuma cavab vermədi. Aylarla axtarmalı oldum, məlum oldu ki, o, bir dəfə də olsun məhkəməyə getməyib, heç maraqlanmayıb. O, mənə bildirdi ki, “iş indi bir az da çətinləşib, mənə köməkçi bir vəkil də lazım olacaq, işi apellyasiya məhkəməsinə qaytaraq”. 2019-cu ilin mart ayının 6-da Mehdi Hüseynzadənin o vaxt işlədiyi Bakıxanov qəsəbəsindəki 7 saylı Vəkillər Bürosunda 110 manat ödəməklə müqavilə bağladıq. Bir neçə gündən sonra Bakı Apellyasiya Məhkəməsinin qabağındakı yeməkxanada onunla birlikdə olan, özünü vəkil kimi təqdim edən Firudinlə (Fedya) və keçmiş polis işçisi olduğunu bildirən Zahid adlı şəxslə görüşdük. Mehdi Hüseynzadə “bu yoldaşların köməyilə tezliklə işi apellyasiya məhkəməsinə qaytaracağıq və yoluna qoyacağıq, buna görə 1000 manat verməlisən” – dedi. Dedim ki, cəmi 900 manatım var. Dedilər ki, eybi yoxdur, 100 manat da sonra verərsən. Bundan sonra mənim qara günlərim başladı. O, gah telefonların söndürür, gah da yalan vədlər verirdi. Mən yenidən aldandığımı başa düşdüm. Onlardan şikayət edəcəyimi deyəndə onlar 900 manatı qaytaracaqlarını söz verdilər. Bir ildə onlardan az-az 670 manat almışam. 2016-cı ildə Mehdi Hüseynzadəyə verdiyim 630 manatı və 900 manatdan qalan 200 manatı vermir”.
Şikayətçi qeyd edirdi ki, o, Mehdinin aldatdığı yeganə adam deyil: “Mən onunla “Elit”də, Nərimanov bağında görüşəndə görürdüm ki, nə qədər aldatdıqları var. Əlacsız adamlar vəkil axtarır, borc-xərc pul tapıb onlara verir, onlar isə insanların ümidini qırırlar, insanları dövlətdən narazı salırlar”.
T.Məmmədov eyni məzmunlu şikayətlə 24.02.2020-ci il tarixdə Vəkillər Kollegiyasına müraciət etmiş və Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə Mehdi Hüseynzadəyə “peşə fəaliyyətini həyata keçirərkən qanunvericiliyin tələblərinə əməl etməsi tapşırılmışdır.
Vəkillər Kollegiyasının redaksiyamıza yazdığı 08.09.2021-ci il tarixli 1075 saylı cavab məktubunda bildiriılir ki, T.Məmmədovun şikayəti araşdırılaraq “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Vəkillərin davranılş qaydaları haqqında” Əsasnamənin tələblərini pozduğuna görə M.Hüseynzadəyə xəbərdarlıq edilmişdir. Halbuki, Kollegiya M.Hüseynzadəni üzvləri sırasından kənarlaşdırmalıydı. Təsəvvür edin, vəkilin fəaliyyətindən insan taleyi – azadlıqdan məhrum olub-olmaması asılıdır. Kollegiya isə bircə xəbərdarlıqla kifayətlənir. Hətta heç nəzərə alınmayıb ki, T.Məmmədov M.Hüseynzadədən şikayətlənən yeganə şəxs deyil. Redaksiya olaraq xatırladırıq ki, daha əvvəl qəzetimizdə vətəndaşlar İslamov Əbülfəz Qurbanəli oğlunun və Quliyeva Xuraman Əhliman qızının Hüseynzadə Mehdi Pəli oğlunun barəsində şikayətləri dərc olunmuş, redaksiyamız tərəfindən aidiyyəti qurumlara göndərilmişdir. İslamov Əbülfəz Qurbanəli oğlu məhkəmədə iddia qaldıraraq, Hüseynov Mehdi Pəli oğlundan 1000 (bir min) manat məbləğində piul vəsaitinin alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasına nail olmuşdur. Həmin işlə əlaqədar Vəkillər Kollegiyası M. Hüseynzadəyə yalnız töhmət verməklə kifayətlənmişdir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Hüseynzadə Mehdi Pəli oğlunun barəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə “Korrupsiya və Qanun” qəzetinin baş redaktoru Xuraman Quliyevanın göndərdiyi müraciətinə üstündən xeyli müddət keçəndən sonra nəhayət ki, cavab gəlmişdi. Rəyasət Heyətinin sədr müavininin imzaladığı 11.01.2021-ci il tarixli 39 saylı həmin məktubda bildirilirdi ki, müraciətə Vəkillərin İntizam Komissiyasında araşdırılaraq müvafiq rəy verilmiş və həmin rəyə Rəyasət Heyətinin iclasında baxılmışdır. Həmçinin bildirilirdi ki, qəbul edilmiş qərara əsasən ərizədə qeyd edilən məlumatların araşdırılması Rəyasət Heyətinin səlahiyyətinə aid olmadığından, məsələyə hüquqi qiymət verilməsi mümkün olmamışdır.
Bu barədə məlumatı “Korrupsiya və Qanun” qəzetinin oxucuları ilə bölüşməyi məqsədəuyğun hesab edən X.Quliyeva müəllifi olduğu “Öz vəkillərinə vəkillik edən Kollegiya” məqaləsində haqlı olaraq belə bir sual ortaya qoymuşdu: “Nəyə görə ərizə göndərdiyi vaxtdan cavab alana kimi keçən müddət ərzində dəfələrlə zəng edib nəticəni soruşduğu hallarda,ona Vəkillər Kollegiyasının Rəyasət Heyətinin M.Hüseynzadənin hərəkətinə (hərəkətsizliyinə) hüquqi qiymət vermək səlahiyyətinin olmadığı deyilməyib, boşuna vaxtı alınıb? Nəyə görə cavab məktubunda belə səlahiyyəti olan orqanın adı çəkilməyib və müəllifə məhz həmin orqana müraciət etmək tövsiyə olunmayıb? Ümumiyyətlə, birdən Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkilin əməllərində cinayət tərkibi görmüş olsa, o halda da hərəkətsizlik edəcəkmi?
Hələ ki, bu suallar açıq qalır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib
Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”
Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”
2024-cü ilin yanvar-mart aylarında Goranboyda istehlak bazarı
2024-cü ilin yanvar-mart aylarında Goranboyda istehlak bazarı
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür